"Yəqin ki, kilsə səhvini başa düşəcək və türk dünyasından üzr istəyəcək"

“Azadlıq-2015” seçki blokunun təsisçilərindən olan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu partiyanın növbəti qurultaya, eyni zamanda parlament seçkilərinə hazırlıq və digər məsələlərlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

- Partiyanın qurultayına hazırlaşırıq. Bir neçə rayon təşkilatında konfranslar keçirmişik.  Qurultaya nümayəndələr seçilib. İnşallah iki-üç aya işlərimizi tamamlayacağıq. İlkin qərarımızı KXCP Ali Məclisinin aprelin 19-da keçiriləcək iclasında verəcəyik.

- Sədrliyə iddianızı ortaya qoymusuz. Bu, hansı ehtiyacdan doğub?

- Mənim partiya sədrliyindən getmək fikirim yoxdur. Amma yəqin ki, bu, mənim KXCP sədrliyi uğurunda son mübarizəm olacaq. Növbəti qurultaylarda namizədliyimi irəli sürmək niyyətində deyiləm.

- Parlament seçkilərinə necə hazırlaşırsız?

- Təbii ki, biz həm qurultaya, həm də parlament seçkilərinə hazırlaşırıq. Zona müşavirələrini keçirmişik. Yalnız Naxçıvanda qalıb.

- Neçə dairədən namizəd irəli sürmək imkanınız var?

- Bunu indidən demək olmaz. Həm müttəfiqlərimizlə birlikdə, həm də partiya olaraq seçki hazırlığı işlərini davam etdiririk.

- Bu dəfəki seçki kampaniyanız əvvəlkindən nə ilə fərqlənəcək? Yəni bununla bağlı fəaliyyətinizdə taktiki dəyişikliklər olacaqmı?

- Əlbbəttə ki, bu dəfə fərqli taktikadan istifadə edəcəyik. Amma bu barədə indidən danışmaq istəmirəm. Vaxtı çatanda bu barədə ictimiyyətə məlumat veriləcək.  

- Müttəfiqiniz Pənah Hüseyn mətbuata açıqlamasında bildirib ki, parlamentdə təmsil olunmaq istəyən müxalifət partiyaları hakimiyyətlə danışıqlara getməlidir. Bu yanaşma ilə nə dərəcədə razısınız?

- Açığı mən Pənah Hüseynin mövqeyi ilə tanış deyiləm. Amma bildiyim qədər onun fikirləri konteksdən çıxarılıb. Burada söhbət seçkilərlə bağlı hakim partiya ilə müzakirələrin aparılmasından gedə bilər. İndi bizim bu məsələyə təkrar qayıtmağımız etik olaraq doğru deyil. Çünki Pənah bəyin özü məsələyə aydınlıq gətirib.

- Növbəti dialoqlarda seçki məsələləri müzakirə olunacaqmı?

- Bəli. Bu, bizim gündəmimizdə olan məsələdir və onun müzakirəsini vacib sayırıq.

- "Azadlıq-2015" seçki blokunda durum nə yerdədir?

- Toplantılar keçiririk, müzakirələr aparırıq. Yaxın vaxtlarda digər siyasi təşkilatların rəhbərləri ilə təmaslarımız, müzakirələrimiz olacaq. 

- KXCP aksiya keçirmək barədə nə düşünür?

- Aksiya, mitinq keçirmək hər bir partiyanın marağındadır. Amma biz nəticəsi bəlli olan tədbirlərə üstünlük veririk.

- Müsavat Partiyası aprelin 19-da yürüş keçirmək niyyətindədir. Partiya sədri Arif Hacılı qeyd edib ki, aksiyada iştirak etmək üçün digər partiyalara müraciət olunacaq. KXCP Müsavatın aksiyasına qatılacaqmı?

- Bizim aprelin 19-da Ali Məclisin toplantısı var. Toplantını təxirə salmaq niyyətində deyilik.

- Roma papasının qondarma erməni soyqırımı haqqında çıxışı ilə yəqin tanışsız. Buna münasibətiniz necədir?

- İki ölkə arasında diplomatik münasibətlər başqadır, Katolik kilsəsinin mahiyyəti başqa. Roma Papası və onu danışdıranların türk dünyasına münasibəti bəllidir. Papa desəydi ki, 1915-ci ildə baş verənlər soyqırımı deyil, onda biz buna təəccüblənərdik. Onlara səlib yürüşünü xatırlamaq lazımdır. Roma papasının arxasında duranlar və onun arxasında durduğu güclərdən maşa kimi istifadə etməsindən xəbərimiz var. Əslində Roma papası dinlərarası həmrəyliyi əsas tutaraq barışıq dili ilə danışmalı idi, tarixdə baş verən mübahisəli halları yenidən gündəmə gətirib çaxnaşma salmamalı idi. Yəqin ki, Vatikan səhvini başa düşəcək və türk dünyasından üzr istəyəcək.

Bölməyə aid digər xəbərlər

22 Mart 2020 “5-ci kalon” kimlərdir?

05 Fev 2018 “Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır”-Pənah Hüseyn

03 Noy 2016 Sərdar Cəlaloğlu həbsdə olan siyasətçini ittiham etdi

01 Noy 2016 ABŞ-ın Gülənin planından xəbəri var idi - Rusiya

28 Okt 2016 "Hər bir şəhid məzarının üzərində bayrağın ucaldılması doğru deyil"

26 Okt 2016 Tramp: “Klinton ABŞ-ı üçüncü dünya müharibəsinə sürükləyəcək”

18 Okt 2016 İlham Əliyev: “Dağlıq Qarabağ muxtar respublika statusu ala bilər”

13 Okt 2016 Çavuşoğludan sensasion açıqlama- “Çevriliş cəhdinin ertəsi gün həyat yoldaşım məni təhdid etdi…”

09 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Məhərrəmliklə bağlı qadağalar doğru deyil”

04 Okt 2016 Şiə din xadimindən fətva ''Türk əsgərinə qarşı vuruşmaq vacibdir''

30 Sent 2016 Rusiya: “İŞİD-in hədəfi Türküstandır”

23 Sent 2016 Proxanov: “Putinin nəzərinə: SSRİ-ni məhz Qarabağ münaqişəsi dağıtdı”

17 Sent 2016 Rəsul Quliyev: “Milli Şura analiz edə bilmir”

09 Sent 2016 Akif Nağı: “Rusiya çalışır ki, Dağlıq Qarabağ məsələsi gündəmə gəlməsin”

09 Sent 2016 ABŞ: “İrana yenidən sanksiya tətbiq edə bilərik”

01 Sent 2016 Əli Əliyev: “Qeydə alınan hər bir ölüm faktı ayrılıqda araşdırılmalıdır”

30 Avq 2016 Saakaşvili Putini timsahla müqayisə etdi

14 Avq 2016 M.Əliyev: 'Hakimiyyət referendum əleyhdarı istəmir'

06 Avq 2016 Səxavət Əlisoy: “Xalq müxalifətə dəstək vermək iqtidarında deyil”

31 İyul 2016 Ərdoğan: “Heç bir prezident qiyam gecəsindən sonra Türkiyəyə gəlmədi”

31 İyul 2016 Klinton: “Hücumu rus kəşfiyyatı təşkil edib”

30 İyul 2016 Qənirə Ataşova Pensilvaniya səfərindən yazdı: ''Güləndən ''Nəyə görə ABŞ səni qoruyur'' soruşmuşdum''

27 İyul 2016 “Müxalifət bir araya gəlib referendum kampaniyasında iştirak etməlidir”

26 İyul 2016 “Məktəblərdə ailə dəyərləri haqqında maarifləndirici təlimlərə vaxt ayrılmalıdır”

26 İyul 2016 “Ərdoğan Türkiyəni parçalanmadan qurtaramaq üçün qərarını verməlidir”

23 İyul 2016 MTRŞ: “ANS-in yayımı bərpa olunmayacaq”

20 İyul 2016 "Beynəlxalq yarış və müsabiqələr,iqtisadiyyatımıza mənfi təsir edib"

16 İyul 2016 “Əminəm ki, Türkiyə xalqı dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq”

16 İyul 2016 “Çevrilişdə iştirak edənlərin xalq düşməni adlandırılmasının əleyhinəyəm”

14 İyul 2016 "AXC-nin fəaliyyəti tarix qarşısında layiqli qiymətini alacaq"

Xəbər lenti