Klassik Xalq Cəbhəsi Partiyasının(KXCP) Gənclər Təşkilatı Hadi Rəcəblinin müəllimlərin maaşı və işi ilə bağlı dediyi uyğunsuz ifadələrə qarşı bəyanat verib.

KXCP GT-dan Teleqraf.az-a daxl olan bəyanatda deyilir:

Artıq neçənci dəfədir ki, qeyri ciddi sözlərlə gündəmə gələn deputat Hadi Rəcəbli bir az da dərinə gedərək müəllimləri təhqir etdi. Deputat deyir ki, müəllimlərin maaşı onların dolanışığına bəs etmirsə gedib başqa işlə də, məşğul olsunlar. Hansı ki həmin deputat bir neçə ay öncə çox böyük həyacanla deyirdi ki, 2000 manat pul deputatlara bəs etmir, onların maaşını qaldırmaq lazımdır. O zaman biz də deyirik ki, Hadi müəllim, o maaş sizə bəs etmirsə gedin başqa işlə də, məşğul olun. Doğrudur, bu təklif  Hadi Rəcəbli üçün heç də təhlükəli deyil, hər halda onun da digər deputatlar kimi kifayət qədər qazanc mənbəyi var. Amma 150-200 manat maaş alan müəllimlərdə bu yoxdur. Odur ki, müəllimlərə bu cür təklifin təhqirdən başqa adı yoxdur.
Hadi Rəcəbli yaşlı adamdır, ola bilsin ona dərs deyən müəllimlər dünyasını dəyişib. Amma gərək o digərlərinə, ən azından övladlarına dərs deyən müəllimlərə hörmət edib bu cür danışmayaydı. Hər kəsə ANA, VƏTƏN kəlimərini yazmağı əlindən tutaraq müəllim öyrədir. Böyüyüb deputat təyin olunandadn sonra bu cür sözlər söyləmək istər istəməz adama “Ustadına kəm baxanın gözlərindən qan damar” məsəlini  xatırladır.
KXCP Gənclər Təşkilatı olaraq biz Hadi Rəcəblidən sözlərinə görə müəllimlərdən üzr istəməyi, ən azından yanlış ifadələrinə  ictimaiyyət qarşısında düzəliş etməyi tələb edirik.

Sonda isə KXCP sədrinin gənclər məsələləri üzrə müşaviri Sərxan Carçı bunları deyib:  Gənclər bir müddət öncə Hadi müəllimin digər bir ifadələrinə qarşı kompaniyaya başlamışdı. Görünən odur ki, buna yenə ehtiyac var.

Bölməyə aid digər xəbərlər

22 Mart 2020 “5-ci kalon” kimlərdir?

05 Fev 2018 “Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır”-Pənah Hüseyn

03 Noy 2016 Sərdar Cəlaloğlu həbsdə olan siyasətçini ittiham etdi

01 Noy 2016 ABŞ-ın Gülənin planından xəbəri var idi - Rusiya

28 Okt 2016 "Hər bir şəhid məzarının üzərində bayrağın ucaldılması doğru deyil"

26 Okt 2016 Tramp: “Klinton ABŞ-ı üçüncü dünya müharibəsinə sürükləyəcək”

18 Okt 2016 İlham Əliyev: “Dağlıq Qarabağ muxtar respublika statusu ala bilər”

13 Okt 2016 Çavuşoğludan sensasion açıqlama- “Çevriliş cəhdinin ertəsi gün həyat yoldaşım məni təhdid etdi…”

09 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Məhərrəmliklə bağlı qadağalar doğru deyil”

04 Okt 2016 Şiə din xadimindən fətva ''Türk əsgərinə qarşı vuruşmaq vacibdir''

30 Sent 2016 Rusiya: “İŞİD-in hədəfi Türküstandır”

23 Sent 2016 Proxanov: “Putinin nəzərinə: SSRİ-ni məhz Qarabağ münaqişəsi dağıtdı”

17 Sent 2016 Rəsul Quliyev: “Milli Şura analiz edə bilmir”

09 Sent 2016 Akif Nağı: “Rusiya çalışır ki, Dağlıq Qarabağ məsələsi gündəmə gəlməsin”

09 Sent 2016 ABŞ: “İrana yenidən sanksiya tətbiq edə bilərik”

01 Sent 2016 Əli Əliyev: “Qeydə alınan hər bir ölüm faktı ayrılıqda araşdırılmalıdır”

30 Avq 2016 Saakaşvili Putini timsahla müqayisə etdi

14 Avq 2016 M.Əliyev: 'Hakimiyyət referendum əleyhdarı istəmir'

06 Avq 2016 Səxavət Əlisoy: “Xalq müxalifətə dəstək vermək iqtidarında deyil”

31 İyul 2016 Ərdoğan: “Heç bir prezident qiyam gecəsindən sonra Türkiyəyə gəlmədi”

31 İyul 2016 Klinton: “Hücumu rus kəşfiyyatı təşkil edib”

30 İyul 2016 Qənirə Ataşova Pensilvaniya səfərindən yazdı: ''Güləndən ''Nəyə görə ABŞ səni qoruyur'' soruşmuşdum''

27 İyul 2016 “Müxalifət bir araya gəlib referendum kampaniyasında iştirak etməlidir”

26 İyul 2016 “Məktəblərdə ailə dəyərləri haqqında maarifləndirici təlimlərə vaxt ayrılmalıdır”

26 İyul 2016 “Ərdoğan Türkiyəni parçalanmadan qurtaramaq üçün qərarını verməlidir”

23 İyul 2016 MTRŞ: “ANS-in yayımı bərpa olunmayacaq”

20 İyul 2016 "Beynəlxalq yarış və müsabiqələr,iqtisadiyyatımıza mənfi təsir edib"

16 İyul 2016 “Əminəm ki, Türkiyə xalqı dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq”

16 İyul 2016 “Çevrilişdə iştirak edənlərin xalq düşməni adlandırılmasının əleyhinəyəm”

14 İyul 2016 "AXC-nin fəaliyyəti tarix qarşısında layiqli qiymətini alacaq"

Xəbər lenti