“Birbaşa ölkə başçısının kompetensiyasında olan məsələ haqqında hər hansı parlamentarinin fikir söyləməsi və bunu dəqiqliklə bilən ekspertlər kimi davranması yalnış olardı”.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc çıxış edib.  O, Azərbaycanda görülən bütün işlərin qiymətləndirildiyini bildirib:

“Ramiz Mehdiyevin çıxışından sonra mətbuatda Azərbaycan hökumətində dəyişikliklərin olacağı ilə bağlı baxışlar, təhlillər çox artıb. Bir çoxları hesab edir ki, bu, müəyyən kadr dəyişikliklərinin mesajıdır. Başqa biriləri bunu idarəetmənin effektini artırmaq üçün aparılacaq köklü islahatların anonsu kimi dəyərləndirirlər. Ona görə də birbaşa ölkə başçısının kompetensiyasında olan məsələ haqqında hər hansı parlamentarinin fikir söyləməsi və bunu dəqiqliklə bilən ekspertlər kimi davranması yanlış olardı. Əvəzlənsələr də, yerlərində qalsalar da hər bir şəxs nəzərə almalıdır ki, prezident artıq 2013-cü ilin oktyabrında yenidən seçildikdən sonra komandasında mühüm vəzifə tutan bir neçə şəxsi əvəz etdi. Yenidən təqdimat alan insanlar da bundan bir siqnal kimi ölçü götürməliydilər ki, əvəzolunmaz şəxs yoxdur. Maksimum dərəcədə burada götürülən qayə ondan ibarətdir ki, həmin işlər effektiv qurulsun. Dünyada sanksiyaların tüğyan elədiyi cəmiyyətlərdə idarəçilik, məmur-vətəndaş münasibətlərinin effektivliyi ən ön məsələ kimi qarşımıza çıxır. Ona görə də biz hansı idarələrin effektivliyi, işlərini nə dərəcədə səhih görmələri, vətəndaşlarla birbaşa münasibətə girmələri və digər məsələlər barədə məlumata malikik. Bizdən daha artıq isə dövlətin birinci şəxsi ən müxtəlif mənbələrdən hər bir nazirin işi haqqında, o cümlədən onun rəhbərlik etdiyi strukturun fəaliyyəti barəsində məlumatlar alır. Hər gün cənab prezidentin masası üzərinə çeşidli səviyyədə informasiyalar təqdim olunur. Elə hesab edirəm ki, bağlı qapılar arxasında o strukturların rəhbərlərinə verilən tapşırıqlar kifayət qədər fərqlidir və bəzən onların cəmiyyətə çıxmaması elə bir təəssürat yaratmamalıdır ki, dövlət sistemində hansı problemlərin olduğu bilinmir. Hamı bilməlidir ki, Azərbaycanda görülən bütün işlərin qiymətləndirməsi var”.

Bölməyə aid digər xəbərlər

22 Mart 2020 “5-ci kalon” kimlərdir?

05 Fev 2018 “Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır”-Pənah Hüseyn

03 Noy 2016 Sərdar Cəlaloğlu həbsdə olan siyasətçini ittiham etdi

01 Noy 2016 ABŞ-ın Gülənin planından xəbəri var idi - Rusiya

28 Okt 2016 "Hər bir şəhid məzarının üzərində bayrağın ucaldılması doğru deyil"

26 Okt 2016 Tramp: “Klinton ABŞ-ı üçüncü dünya müharibəsinə sürükləyəcək”

18 Okt 2016 İlham Əliyev: “Dağlıq Qarabağ muxtar respublika statusu ala bilər”

13 Okt 2016 Çavuşoğludan sensasion açıqlama- “Çevriliş cəhdinin ertəsi gün həyat yoldaşım məni təhdid etdi…”

09 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Məhərrəmliklə bağlı qadağalar doğru deyil”

04 Okt 2016 Şiə din xadimindən fətva ''Türk əsgərinə qarşı vuruşmaq vacibdir''

30 Sent 2016 Rusiya: “İŞİD-in hədəfi Türküstandır”

23 Sent 2016 Proxanov: “Putinin nəzərinə: SSRİ-ni məhz Qarabağ münaqişəsi dağıtdı”

17 Sent 2016 Rəsul Quliyev: “Milli Şura analiz edə bilmir”

09 Sent 2016 Akif Nağı: “Rusiya çalışır ki, Dağlıq Qarabağ məsələsi gündəmə gəlməsin”

09 Sent 2016 ABŞ: “İrana yenidən sanksiya tətbiq edə bilərik”

01 Sent 2016 Əli Əliyev: “Qeydə alınan hər bir ölüm faktı ayrılıqda araşdırılmalıdır”

30 Avq 2016 Saakaşvili Putini timsahla müqayisə etdi

14 Avq 2016 M.Əliyev: 'Hakimiyyət referendum əleyhdarı istəmir'

06 Avq 2016 Səxavət Əlisoy: “Xalq müxalifətə dəstək vermək iqtidarında deyil”

31 İyul 2016 Ərdoğan: “Heç bir prezident qiyam gecəsindən sonra Türkiyəyə gəlmədi”

31 İyul 2016 Klinton: “Hücumu rus kəşfiyyatı təşkil edib”

30 İyul 2016 Qənirə Ataşova Pensilvaniya səfərindən yazdı: ''Güləndən ''Nəyə görə ABŞ səni qoruyur'' soruşmuşdum''

27 İyul 2016 “Müxalifət bir araya gəlib referendum kampaniyasında iştirak etməlidir”

26 İyul 2016 “Məktəblərdə ailə dəyərləri haqqında maarifləndirici təlimlərə vaxt ayrılmalıdır”

26 İyul 2016 “Ərdoğan Türkiyəni parçalanmadan qurtaramaq üçün qərarını verməlidir”

23 İyul 2016 MTRŞ: “ANS-in yayımı bərpa olunmayacaq”

20 İyul 2016 "Beynəlxalq yarış və müsabiqələr,iqtisadiyyatımıza mənfi təsir edib"

16 İyul 2016 “Əminəm ki, Türkiyə xalqı dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq”

16 İyul 2016 “Çevrilişdə iştirak edənlərin xalq düşməni adlandırılmasının əleyhinəyəm”

14 İyul 2016 "AXC-nin fəaliyyəti tarix qarşısında layiqli qiymətini alacaq"

Xəbər lenti