Vüqar ZİFƏROĞLU

ziferoglu.blogspot.com 

Səudiyyəli şiə Ayətullah Nimr əl-Nimrin edamı ilə pik həddə çatan İran-Səudiyyə Ərəbistanı gərginliyi 2016-cı ilin Yaxın Şərqində nələr olacağını xəbər verən ilk işartı hesab oluna bilər. Yaxın Şərqin əyninə yenə də son dərəcə təhlükəli və eyni zamanda miqyası olduqca geniş olan qanlı məzhəbsəl qarşıdurma köynəyini geyindirməkdədirlər. Diqqət edin: Edam həyata keçirilən kimi İranın ərəb baharından sonra ətrafında formalaşdırmağa müvəffəq olduğu “şiə hilalı” hərəkətə keçdi: İraqda Müktəda əs-Sədr bütün şiələri etirazlara səslədi, Bəhreyndə kütləvi şiə etirazları başladı, Livan "Hizbullah"ı baş verənlərə sərt reaksiya bildirdi, Yəməndə husilərlə qarşıdurma yenidən start götürdü... 

Əslində hər şey buna doğru gedirdi. Məsələ heç də şiə Ayətullahın sələfi səudlar tərəfindən edamında deyil. Məsələ bu edamın fonunda ortaya çıxa biləcək qorxunc məzhəbzəl qarşıdurmadır. Xatırlayırsanızsa, 26 mart 2015-ci il tarixində yazıdğımlz “Yəməndə Ərəb-İran savaşı” adlı analitik yazımızda bütün proseslərin məhz məzhəbsəl pərdə ilə örtülmüş olan yeni bir qarşıdurmaya doğru sürətlə getdyi barədə yazmışdıq. Təəssüf ki, proqnozlarımız və yazdıqlarımız düz çıxdı. Dəfələrlə qeyd etmişik ki, hazırda öz ətrafında kifayət qədər sağlam həlqə formalaşdrmağa müvəffəq olmuş İran, Yaxın Şərqdə özünü təsdiq etməyi hədəfləyən bir qüvvə olaraq ilk növbədə ərəblərə özünü qəbul etdirməli idi. 

Son proseslərlə əslində biz, Yaxın Şərqdə bir tərəfdən İranın Səudiyyə Ərəbistanını hədəf alan “Şiə” mərkəzli bir siyasət izləməsinə paralel olaraq, digər tərəfdən də Səudların liderliyində İranı hədəf alan “sünni” mərkəzli bir başqa mərkəzin formalaşdırılmasının şahidi olduq. Maraqlı məqam odur ki, bu mərkəzi formalaşdırmaq üçün ərəblər hətta öz aralarındakı siyasi –ideoloji ixtilafları belə unutmağın zamanı gəlib çatdığını anlamışdılar. Misir məsələsində “İxvan-ul Müslimin”ə edilən dəstəkdən dolayı ciddi fikir ayrılıqları olan Qatar və Səudiyyə Ərəbistanının 34 dövləti ətrafında brləşdirən “İslam Koalisiyası” ilə bağlı son dərəcə yaxın və vahid mövqe sərgiləmələri bunun əyani sübutu hesab edilə bilər. Amma bu barədə bir az sonra...

Sovetlərin dağılmasından 25 il keçməsinə rəğmən dünya hələ də yeni bir düzənə qovuşa bilməməkdədir. Yeni Dünya Düzəninin formalaşma prosesi hələ də davam edir və Yaxın Şərqdə baş verənlər məhz bu fonda nəzərdən keçirilməlidir. 

Təcrid və embarqoların qalxması, eləcə də ərəb baharından sonra İranın izlədiyi xarici siyasət bölgədə dəngələrin onun lehinə dəyişməsinə səbəb oldu. Bu dəyişiklikər bir tərəfdən İranın izlədiyi siyasəti, digər tərəfdən İrandan rahatsız olan və ya onun imkanlarını məhdudlaşdırmağa çalışan bölgə ölkələrinin bu siyasətə qarşı ortaya qoyduqları siyasətdən doğan bir zaman sürəci olaraq qiymətləndirilməlidir

 Daha əvvəl başlamış olsa da, 1979-cu il İranda gerçəkləşən inqilabdan sonra yeni çalar alan ABŞ-Ərəb yaxınlaşması son zamanlar getdikcə zəifləməyə başlamışdı. Vyana Razılaşmasından son dərəcə narazı qalan Səudlar, eləcə də digər sünni ərəb ölkələri ənənəvi qərb müttəfiqlərindən incikliklərini hər fürsətdə göstərirdilər. Ərəblər “ərəb baharı”nın nəticələrindən ayılmamış bir-bir ölkələrində baş qaldıran xaos və qarşıdurmaların fonunda güclənən İran kölgəsini də əslində gec fərq etdilər. Onların başı, məsələn, Misirdə, Tunisdə, elə Yəmənin özündə “İxvan-ül Müslimin”in axırına çıxmağa, Suriyada və İraqda baş qaldıran İŞİD faktorunun özü ilə birgə gətirmiş olduğu dəhşətlərin nəticələrini hesabamağa qarışdığı zaman, İran İraqı ələ keçirmişdi, Suriyada möhkəmlənmişdi, Livandan isə “Hizbullah”ın dili ilə növbəti düşəcək ərəb qalasının Yəmən olacağına işarələr verməkdə idi. İran eləcə də Bəhreyn və hətta səudların öz içində də özünə yaxın sadiq “5-ci kolonlar” formalaşdırmışdı. 

Mövcud şərtlər altında İranın İraqdakı nüfuzu, Suriya iqtidarı ilə yaxın münasibətləri, İraq və Suriyada İran hərbi varlığı, İrandan başlayaraq İraq və Suriya üzərindən Aralıq Dənizinə qədər uzanan “İran koridoru” ifadəsinin yaranmasına gətirib çıxartdı. Bu koridorun, şimaldan Səudiyyə Ərəbistanına, cənubdan da Türkiyəyə qonşu olması – olduqca önəmli məqamlardır. 

Əgər Aralıq Dənizinin şərqinə açılan bir “İran koridoru”ndan söz edildiyi, İraqın Tehranın nəzarətində olduğu, İranın İraqda və Suriyada hərbi varlığı, İranın Livanda “Hizbullah”ı Suriya üzərindən ayaqda saxladığı və “İran koridoru” ilə Livanın İranın Aralıq Dənizinin şərqinə açıla bilmək strategiyasının parçaları olduğu diqqətə alınarsa, həm İranın Suriyadan vaz keçməyəcəyi, həm də Əsədin asanlıqla iqtidardan vaz keçməyəcəyi nəticəsinə gəlmək olar ki, bu da Səudiyyə-İran qarşıdurmasının ən önəmli nöqtələrindən biridir. 

Şərtlər dəyişir və bu şərtlər altında İran və Səudların toqquşması labüd olmaqda idi. Səudiyyə Ərəbistanının şərqində enerji baxımından zəngin Dammam bölgəsində çoxluqda olan şiə məzhəbli Səudiyyə vətəndaşlarının İranın təsiri altında olması və bunun Riyad üçün ciddi daxili təhlükəsizlik məsələsi olma xüsusiyyəti daşıdığı bilinməkdədir. Düşündürücü məqamdır ki, bu bölgə ciddi şiə nüfuzuna sahib Bəhreynə də dənizdən qonşudur. Qeyd etməliyik ki, Bəhreyndə İranın tam təsiri altında olan ciddi şiə hərəkatı yaşanmışdır və məhz səudlardan alınan hərbi-siyasi dəstəklə Bəhreyn iqtidarı bu hərəkatı nəzarət altına ala bilmişdi. Qırmızı Dənizə cənubdan giriş-çıxışa nəzarət edən Babül-Məndəb boğazının şərq sahili ölkəsinə daxil olan Yəmən, cənubdan Səudiyyə Ərəbistanına qonşudur və hal-hazırda Yəməndə İranla səudlar qarşı-qarşıya durmaqdadırlar. Əslində bütün bunlar İranın Səudiyyə Ərəbistanını təcrid siyasəti sərgilədiyinə işarət edən xüsuslardır. 

İrandan gələn bütün bu həmlələr öz təbii cavabını almalı idi. İslam koalisiyasının formalaşması hər nə qədər İŞİD və terror qruplaşmalarına qarşı olsa da, “sünni koalisiyası” adlandırılmasının kökündə məhz İrana qarşı duruş gətirə biləcək bir faktor ola bilməsi həqiqəti də yatmaqdadır. Bu ilk cavabın ardınca, bölgədə İranın ərköyünlüyünə dözmək niyyətində olmadıqlarını göstərmək üçün Səudlar, ard-arda daha iki addım atdılar: məşhur şiə Ayətulahın edamı və ardınca da husilərə qarşı hərbi əməliyyatların Yəməndə bərpası. 

Hazırda Səudiyyə Ərəbistanı olduqca qarışıq və çətin bir dövr yaşamaqdadır. Hə daxildə, həm də beynəlxalq münasibətlərdə ciddi potensiallı risk və təhdidlərlə qarşı-qarşıyadır. İranın yüksələn gücü və İran-Qərb yaxınlaşması, rəsmi Riyadı İranı hədəf alan daha kəskin siyasət izləməyə vadar etməkdədir. İraqın müəyyən dərəcədə Tejranın təsiri altına düşməsi və bununla da səudların İraq üzərindən İran ilə qonşu olmaları faktı ilə üz-üzə qoyub. Diqqət edin: Sünni kimliyə bürünmüş İŞİD, belə bir mənzərədə ortaya çıxmış və İraqda nəzarət edə bildiyi yerlər üzərindən Şiə İraq (İran) rəhbərliyi ilə Səudiyyə Ərəbistanı arasında bir “tampon” bölgə yarada bilmişdi. 

Akaba körfəzi üzərindən səudların qonşusu olan İsrail, Vyana razılaşması və Qərb-İran yaxınlaşmasından narazı qalan digər tərəfdir. İsrailin bu narazılığı, İranın nüvə təsislərini hava zərbələri ilə vurmaq təhdidini açıq şəkildə dilə gətirəcək səviyyədədir. Səudlardan İraqn qarşısında duran İsrailə dəstək ifadə edilməkdədir. Və Səudiyyə Ərəbistanı İsrailə İranın dərinliklərinə hava hərəkatı gerçəkləşdirə bilmək imkanı təmin etməkdədir. Vurğulamaq yerinə düşər ki, Sisinin rəhbərliyi altında gerşəkləşən hərbi çevrilişdən sonra səudlarla son dərəcə yaxın olan Misirin də bu ittifaqda təmsil olunması tam mümkündür. Bütün bunlara baxaraq söyləmək olar ki, İran qarşısına aktiv olaraq “Səudiyyə-Misir-İsrail” üçlüyü çıxmaqdadır. Lakin İrana qarşı çevrələmə siyasətində Səudların yanında yer alan ölkələrin sayını bu üçlüklə məhdudlaşdırmaq doğru olmazdı. Yeni yaranmış “İslam koalisiyası” bunun ən bariz nümunəsidir. 

Bəsrə körfəzinin kiçik ölkələri Bəhreyn və Birləşmiş Ərərb Əmirliklərinin rəsmi Riyadla bir sırada olmalarına heç bir şübhə ola bilməz. Ölkəsində ciddi bir Amerika hərbi kontingenti olan Qatarın da, səudlarla münasibəti nə qədər soyuq və rəqabətli olsa belə Riyadla bir sırada olacağı dəqiqdir. Ən azından Qərb-İran yaxınlaşmasının fonunda Tehrana münasibətdə arada qalmamaq üçün Qatar belə bir seçim etmək məcburiyyətindədir. Tehranın İraq üzərindəki geniş təsiri səbəbi ilə, ikinci ilə Bəsrə körfəzi üzərindən qonşu olan və bu təsiri ağır şəkildə öz üzərində hiss edən kiçik, lakin potensialı geniş və ciddi strateji əhəmiyyəti olan Küveyt də arada qalmamaq üçün seçimini səudların xeyrinə etməkdədir. Bu seçimin həm də digər

səbəbi 1990-cı ildə İraqın Küveyti işğal etməsi zamanı Səudiyyə Ərəbistanının bu kiçik ərəb ölkəsinə hər cür dəstək göstərmiş olmasıdır. 

Burada başqa bir məqam qeyri-ərəb ölkələri olan Türkiyə və Pakistandır. Keçən ilin əvvəlində hər iki ölkə Yəməndə baş verənlərlə əlaqədar olaraq Səudların təklifi ilə yaradılan hərbi birləşmədə yer almayacaqlarını bəyan etsələr də, ilin sonunda yaradılan “İslam Koalisiyası”nda təmsil olunacaqlarını bildirdilər. Həm Türkiyə, həm də Pakistanın öz maraqları var və istər bu gün Rusiya və İranla Suriya və İraq məsələsinə görə münasibətləri kifayət qədər soyuq olan Türkiyənin, istərsə də daxilində ciddi şiə nüfuzu olması səbəbi ilə daim İranın təsirini hiss edən Pakistanın beə bir addım atmaları əslində anlaşılandır. ABŞ-ın Hindistanla yaxınlaşması və İran-Qərb münasibətlərinin istiləşməsi, Pakistanın həm şərqdən, həm də qərbdən sıxışmasına səbəb olmaqdadır. İranın “böük fars coğrafiyası” idealı çərçivəsində Əfqanıstana və onun üzərindən də Tacikistana maraq göstərməsi, Pakistanla olan qonşuluğunu fiziki olaraq daha geniş çevrəyə yaya biləcəyinə işarə etməkdədir. Bu isə, İslamabadı razı sala biməz. 

Qərb isə hazırda şiə ayətullahın edamı ilə gərginliyi pik həddinə çatan bu iki ölkə arasında baş verən hadisələri özlərinə məxsus reaksiya sərgiləməklə izləməkdədir. ABŞ, bölgədə ənənəvi müttəfiqi Səudiyyə Ərəbistanında gerçəkləşən bu edamlara münasibət bildirmir, susqunluq nümayiş etdirir və bununla sanki Riyadın yanında yer aldığını göstərir. ABŞ əslində İran və Rusiyanın bölgədə irəliləmələrinə göz yumaraq onları ustalıqla Suriyaya doğru yönəldə bildi. İŞİD – hər iki ölkənin Suriya girdabında daha artıq batmaları üçün bir oyuncaq hədəf oldu. Və hazırd bu bataqlığa kifayət qədər batmış İranın Yaxın Şərqdəki nüfuzunu laxlatmaq üçün Səudiyyə önə çıxarılmaqdadır. Ümumiyyətlə Obama adminstrasiyasının Yaxın Çərq syasətində ən maraqlı və spesifik məqam o olub ki, Amerika regional münaqişələrin həllində birbaşa müdaxilə əvəzinə öz “müttəfiqlərini” qabağa verib. Obamanın "bölgədəki problemlərin həllində bölgə dövlətləri məsuliyyəti öz üzərinə götürməlidir" bəyənatı da məhz bu siyasətin açar ifadəsidir. Və hazrda İranın irəliləməsinin məsuliyyəti də Səudların üzərinə qoyulur.

Lakin başqa bir maraqlı məqam qoca qitə - Avropadır. Maraqlıdır ki, son 20 ildə Yaxın Şərqə yönəlik siyasətdə ABŞ və Avropanın bir sıra məqamlarda baxışları üst-üstə nəinki düşməyib, hətta ziddiyyət yaradıb. Və indi də, ABŞ-ın susqunluğu, bir növ səudları İranın qabağına itələməsi fonunda, Avropa (Almaniya XİN-in mövqeyi və Avropa İttifaqının xarici məsələlər üzrə Ali nümayəndəsi Federika Moqerininin açıqlaması) edamı qəti şəkildə pisləyərək dolayısı ilə İrana yol verməkdədirlər. Qərbin tərəfləri biri-biri ilə savaşdıraraq sonradan kənarda duraraq olanları həvəslə müşahidə etmək təcrübəsi böyükdür...

2016-cı ilin gəlməsi ilə Yaxın Şərqdə yeni ssenari işə düşdü. Görünən odur ki, regionda baş verən münaqişə ocaqları bu dəfə yeni – məzhəbsəl faktorla daha da alovlanacaq. Qərb həmişəki kimi olanları kənardan həvəslə seyr edə biləcəkmi? Düşünmürəm. 2015-ci ilin əvvəlində və sonunda Parisdə baş verən terror olayları əslində Yaxın Şərqdən atılan daşın Avropanın göbəyində kiminsə başını yara biləcəyini göstərirdi. Və indi artıq olanlar daha kəskin boyut almaqdadır. Və bu öz təsirini hər ölkəyə göstərə biləcək gücə malikdir. Yazının əvvəlində də qeyd etdiyimiz kimi, Yaxın Şərqin əyninə yenə də son dərəcə təhlükəli və eyni zamanda miqyası olduqca geniş olan qanlı məzhəbsəl qarşıdurma köynəyini geyindirməkdədirlər. Əslində Səudiyyəli ayətullahı deyil, bütöv bir bölgəni edam səhpasında çıxartmaqdadırlar. Maraqlıdır ki, qurban verənlərlə qurban edənlər eyni qüvvələrdir. Digəl ki, qanı axacaq olanlar həmişəki kimi günahsizlar olacaq...

 TURKUSTAN.info

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti