Elşən Əlisoy

Son zamanlar Azərbaycanda radikal dini cərayanlara qarşı rəsmi orqanlardan açıq bəyanatlar verildi. Bu ciddi təhlükəni gec də olsa anladıqları üçün bunlara bir təşəkkür düşür.Axır ki, dövlətçiliyimizə qarşı olan ən böyük təhlükələrdən birini anlamağa başladılar.

Ancaq bu bəyanatlar əsasən Vəhhabilərə qarşı oldu.

Bu gün Azərbaycanda məzhəbçilik salan tək Vəhhabilərdirmi ? Düzdür Vəhhabilərin çox ciddi təhlükə olduğunu heç kim inkar edə bilməz. Çünki manqurtlaşmış və milli dəyərlərə qarşı olan, vətən anlayışını itirmiş bu radikal qruplar ölkədə ciddi şəkildə təşkilatlanmaqdadırlar. Vəhhabilər artıq şəhidlərimizədə dil uzadaraq onların şəhid olmadıqlarını təbliğ edirlər. Ancaq bunlara başımızı qatıb başqa bölücü qrupları diqqətdən kənar saxlamaq olmaz.

İranın Azərbaycanda olan "Desant"ları

İranın Azərbaycanda Şiə pərdəsinə bürünən,əslində isə Şiəliyin ən əsas təməllərindən ola Əhli- beyt sevgisindən uzaq düşüb,İran alimlərinin gözü bağlı əsgərlərinə dönən radikal Şiə qruplarında dövlətə təhlükəsi az deyil. Azərbaycanın Cənub bölgəsində , Bakı kəndlərinin əksəriyyətində ciddi qüvvə kimi formalaşan İran artıq Azərbaycanın mərkəzi bölgələrinə tərəf üz tutmaqdadır. Bəzən dövlətin bu diqqətsizliyinə təəcüb edir və öz - özünədə olsa deyirsən ki, aidiyyəti qurumlar hara baxır?Bəyəm bu qurumlar İrana xəstə daşımaq adı ilə ayda ən azı 10 dəfə səfər edən bir çox adamların əsil məqsədlərini bilmirlərmi... Artıq bu adamların getməyə bəhanələri qalmadığında öz ailə - uşaqlarını müalicə adı ilə İrana daşıyaraq onlarıda bu oyunun iştirakçılarına çevirirlər.

Azərbaycanın aidiyyəti qrumları Azərbaycanda fəaliyyət görsədən İrançı müğənnilərin Xomneiyyə xitabən "Ağam Xomneyyyi" ,"rəhbərim Xomneyyi" adlı musiqilər oxuyub, bu mahnılara disklər yazaraq İran təbliğatını açıq- aşkar, əsasən az yaşlı gənclərin başlarına dolduranların fəaliyyətlərinin hansı nəticələr verə biləcəyini bilmirlərmi ... Bu gün rəhbəri və ağasının Xomnei olduğu beyninə doldurulmuş bu savadsız gənclərin gələcəkdə öz ağalarının verdiyi əmirləri burada icra etməyəcəyini düşünmək savadsızlıq olar.

Erməni namaz qılsa qardaşdır...

Bir zamanlar İranın öz erməni qardaşlığını malalamaq üçün ortaya belə bir mövzu salmışdılar "Erməni namaz qılsa qardaşdır " İranpərəst qüvvələr vətəndaşlarımızı təsirə salaraq,vətənə qarşı biganəlik hissləri formalaşdırır.

Vəhhabilər üçün Suriyada döyüşmək Qarabağda döyüşməkdən necə müqəddəsdirsə, iranpərəst qüvvələr üçün də Fələstində və İranın məsləhət gördüyü yerlərdə döyüşmək bir o qədər müqəddəsdir.

Dövlətin aidiyyəti qurumları bunu görmürlərmi ki, Azərbaycanda məzhəblər arası soyuq savaş gedir...?  Bircə qığılcım lazımdır ki, ölkə alova qərq olsun. İrandan Azərbaycana daşınaraq özlərinin dini dükanlarında açıq - aşkar satılan İran Ayyətullahlarının yazdıqları təxribatçı risalələrinin Azərbaycan konstitusiyasına zid olduğunu başa düşməyədə  Dövlətin aidiyyəti qurumlarının savadları çatmırmı ? İran Ayyətullahlarının risaləsində olan bir- iki fətvanı nəzərlərinə çatdıra bilərəm. " Sünnidən qız almaq olar , ancaq qız vermək olmaz" və ya " əli bağlı namaz batildir . (Yani ki, Sünninin namazı batildr ) Ancaq Azərbaycan konstitusiyasında kiminsə başqa bir insanın innclarının aşağılanmasına icazə verilmir.

Heç olmasa arada bir bu qüvvələrin nəzarətində olan Çay evlərinə diqqət edin. Buralar əsil separatizm yuvasıdır. Ayılın!!!Arada heç olmasa Dövlətin maraqlarını da düşünün Cənablar!!

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti