İyunun 13-də Roma şəhərində Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçiriləcəkdir.

TELEQRAF.AZ-ın xəbərinə görə, tədbirdə Hökumətlərarası Komissiyanın həmsədri, AR Energetika Naziri Natiq Əliyevin rəhbərliyi ilə Azərbaycanın müxtəlif dövlət qurumlarını təmsil edən heyət iştirak edəcəkdir. Komissiyanın iclası ilə yanaşı, həmin gün hər iki ölkənin aparıcı şirkətlərinin də qatılacağı Azərbaycan-İtaliya Biznes Forumu təşkil ediləcəkdir. Hər iki tədbirdə Azərbaycan və İtaliya arasında iqtisadi münasibətlərin, xüsusilə də enerji, neft-kimya, kənd təsərrüfatı, aqrosənaye, nəqliyyat-logistika və əczaçılıq sektorlarında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə ediləcək, müvafiq təqdimatlar keçiriləcəkdir.

İtaliya uzun müddətdir ki, Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2015-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 2,84 mlrd. ABŞ dolları olmuşdur ki, bunun 2,25 mlrd ABŞ dollarını Azərbaycandan İtaliyaya, 587,8 mln. ABŞ dollarını isə İtaliyadan Azərbaycana ixrac təşkil etmişdir. Azərbaycan İtaliyanın əsas xam neft təchizatçılarından biridir. Eyni zamanda, Azərbaycan da bölgədə İtaliyanın ən böyük ixrac bazarlarından birinə çevrilməkdədir. Belə ki, son 5 il ərzində İtaliyanın Azərbaycana ixracı 3 dəfədən də çox artmışdır ki, bunun da böyük hissəsini texnologiya və avadanlıqlar təşkil edir. Hazırda Azərbaycanda müxtəlif sektorlarda çoxsaylı İtaliya şirkətləri fəaliyyət göstərir. TAP layihəsinin reallaşması ilə Azərbaycan təbii qazı İtaliya vasitəsilə Avropa istehlakçılarına çatdırılacaqdır.


13 iyun tarixində Romada keçiriləcək Hökumətlərarası Komissiyanın iclası və Biznes Forum Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi ilə yanaşı, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi prosesinin dərinləşdirilməsinə, habelə ölkəmizin qeyri-neft ixracının artırılmasına töhfə verə biləcək layihələrə italyan biznesinin cəlb olunması imkanlarını nəzərdən keçirmək üçün yaxşı fürsət olacaqdır.

Bölməyə aid digər xəbərlər

02 Sent 2020 “ARDNF bir işçiyə hər ay orta hesabla 16 min manat xərcləyir” -EKSPERT

06 Apr 2019 “Elə mexanizm qurmalıyıq ki, dünyada qəbul olunan standartlar Azərbaycanda da qəbul olunsun”

09 Okt 2018 Azərbaycan nefti ucuzlaşdı

20 Fev 2018 Bankda əmanət necə olur ki, “qorunmayan” statusa keçir?

06 Fev 2018 ARDNF AÇG və "Şahdəniz"dən 131,6 mlrd. dollaradək gəlir əldə edib

06 Fev 2018 Azərbaycan nefti bahalaşıb

06 Fev 2018 Mərkəzi Bank yeni məzənnəni açıqladı

05 Fev 2018 Dolların bu günə olan rəsmi məzənnəsi –Mərkəzi Bank

25 Okt 2017 2018-ci ilin büdcəsinin hər 100 manatından 55 manat 10 qəpiyini neft pulu təşkil edəcək

26 Okt 2016 Dollar yenə bahalaşdı

18 Okt 2016 Azərbaycan nefti ucuzlaşdı

18 Okt 2016 Dollar bu gün neçəyə satılır?

17 Okt 2016 Bakıda evlərin qiyməti qalxmağa başladı

14 Okt 2016 Azərbaycan nefti yenə ucuzlaşdı

13 Okt 2016 Neft yenidən ucuzlaşdı

10 Okt 2016 Dollar ucuzlaşdı

08 Okt 2016 Azərbaycan nefti ucuzlaşıb

01 Okt 2016 Azərbaycan-İran avtomobil zavodunun ilk məhsulu nə vaxt hazır olacaq?

30 Sent 2016 Azərbaycan nefti 3 dollardan artıq bahalaşıb

29 Sent 2016 Qızıl bahalaşdı

22 Sent 2016 Rusiyadan neft hasilatı ilə bağlı rekord nəticə

21 Sent 2016 FES uçot dərəcəsini dəyişməyib

21 Sent 2016 Qızıl 3 dollardan çox ucuzlaşıb

20 Sent 2016 Dollar bu gün neçəyə satılır - Rəsmi məzənnə

16 Sent 2016 SOCAR-ın səhmləri satışa çıxarıla bilər

09 Sent 2016 “Manatın ucuzlaşması qaçılmazdır” - VİDEO

08 Sent 2016 Manatın rəsmi məzənnəsinin mənası nədir ?

08 Sent 2016 Qızıl bahalaşdı

01 Sent 2016 Azərbaycan nefti 47 dollara düşüb

31 Avq 2016 Dollar sürətlə bahalaşır

Xəbər lenti