"İndiki həsas sosial durumda “Azərsu” ASC-nin bütün məsuliyyəti öz üzərinə götürüb müstəqil qərar verməsi də inandırıcı görsənmir." 

11 may 2016-cı ildə prezident İlham Əliyevlə görüşən Fransa Sahibkarlar Təşkilatı - MEDEF-in bəzi üzvləri “SUEZ”, “Sidem” və “İtron” şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti iki gün sonra “Azərsu” Açıq Səhmdar Cəmiyyətində görüş keçirərkən suyun qiymətləri də bahalaşdı. Elə həmin gün Tarif Şurası ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik, qeyri-əhali üzrə əvvəlki səviyyədə - bir kub metr üçün 1 manat, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla), bir kub metr üçün 8 manat müəyyən etdi.Yeni tariflər bu gündən qüvvəyə minəcək, deməli sayğaclar qiymətləri artıq yüksək tariflərlə hesablamağa başlayıb. Nəticədə bu gündən başlayaraq 1 milyon 387 min 96 abunəçinin xərcləri artmağa başladı. 

Qiymət “Azərsu” ASC-nin müraciəti əsasında bahalaşdırıldığından bu qərarın korporativ maraqlar üzərində verildiyi şühbə doğurmur. Lakin, indiki həsas sosial durumda “Azərsu” ASC-nin bütün məsuliyyəti öz üzərinə götürüb müstəqil qərar verməsi də inandırıcı görsənmir. Fikrimcə, bu qərarla böyük özəlləşdirmə arasında əlaqə də axtarmaq mümkündür. Çünki, hazırkı qiymət səviyyəsi ilə Azərbaycanın su, enerji və digər kommunal xidmətlər bazarına xaricdən investisiyanın cəlb edilməsi çox skeptik görsənir. Odur ki, bu yanaşma ilə hökümət suyun və digər kommunal xidmətlərin qiymətlərini mərhələli şəkildə artıra və sonra isə həmin obyektləri özəlləşdirməyə çıxara bilər. Düşünürəm ki, belə olan halda Tarif Şurasından yalnız suyun deyil, digər xidmətlərin və məhsulların bahalaşmasına gözləmək olar. Hesab edirəm ki, milli iqtisadiyyatın kiçildiyi, işləyənlərin gəlirlərinin dəyərsizləşdiyi, işsizliyin kütləvi surətdə çoxalıdığı indiki durumda Tarif Şurasının bu tip əsaslandırılmamış qərarları sosial durumu daha da gərginləşdirə bilər. Nəzərə alsaq ki, suyun artması manatın devalvasiyasından sonra ən çox bahalaşmış qablaşdırılmış suların qiymətində yeni bahalaşma dalğası yaradacaq. Keyfiyyətində ciddi dəyişiklik müşahidə olunmayan suyun mövcud qiymətindəki artım bir müddət ötdükdən sonra ailə büdcəsində daha əhəmiyytli yer tutacaq. Beləliklə də qiymət bahalaşmasında sonra ödənişləri tam həcmdə və vaxtında təmin edə bilməyən “Azərsu” ASC-nin qara günləri başlaya bilər.

 Qubad İbadoğlu Demokratiya və Rifah Hərəkatının rəhbəri, İqtisadçı alim

Bölməyə aid digər xəbərlər

02 Sent 2020 “ARDNF bir işçiyə hər ay orta hesabla 16 min manat xərcləyir” -EKSPERT

06 Apr 2019 “Elə mexanizm qurmalıyıq ki, dünyada qəbul olunan standartlar Azərbaycanda da qəbul olunsun”

09 Okt 2018 Azərbaycan nefti ucuzlaşdı

20 Fev 2018 Bankda əmanət necə olur ki, “qorunmayan” statusa keçir?

06 Fev 2018 ARDNF AÇG və "Şahdəniz"dən 131,6 mlrd. dollaradək gəlir əldə edib

06 Fev 2018 Azərbaycan nefti bahalaşıb

06 Fev 2018 Mərkəzi Bank yeni məzənnəni açıqladı

05 Fev 2018 Dolların bu günə olan rəsmi məzənnəsi –Mərkəzi Bank

25 Okt 2017 2018-ci ilin büdcəsinin hər 100 manatından 55 manat 10 qəpiyini neft pulu təşkil edəcək

26 Okt 2016 Dollar yenə bahalaşdı

18 Okt 2016 Azərbaycan nefti ucuzlaşdı

18 Okt 2016 Dollar bu gün neçəyə satılır?

17 Okt 2016 Bakıda evlərin qiyməti qalxmağa başladı

14 Okt 2016 Azərbaycan nefti yenə ucuzlaşdı

13 Okt 2016 Neft yenidən ucuzlaşdı

10 Okt 2016 Dollar ucuzlaşdı

08 Okt 2016 Azərbaycan nefti ucuzlaşıb

01 Okt 2016 Azərbaycan-İran avtomobil zavodunun ilk məhsulu nə vaxt hazır olacaq?

30 Sent 2016 Azərbaycan nefti 3 dollardan artıq bahalaşıb

29 Sent 2016 Qızıl bahalaşdı

22 Sent 2016 Rusiyadan neft hasilatı ilə bağlı rekord nəticə

21 Sent 2016 FES uçot dərəcəsini dəyişməyib

21 Sent 2016 Qızıl 3 dollardan çox ucuzlaşıb

20 Sent 2016 Dollar bu gün neçəyə satılır - Rəsmi məzənnə

16 Sent 2016 SOCAR-ın səhmləri satışa çıxarıla bilər

09 Sent 2016 “Manatın ucuzlaşması qaçılmazdır” - VİDEO

08 Sent 2016 Manatın rəsmi məzənnəsinin mənası nədir ?

08 Sent 2016 Qızıl bahalaşdı

01 Sent 2016 Azərbaycan nefti 47 dollara düşüb

31 Avq 2016 Dollar sürətlə bahalaşır

Xəbər lenti