Azərbaycan iqtisadiyyatı bu ildən başlayaraq tənəzzülə qədəm qoyub. Ilk iki ayda Ümumi Daxili Məhsul (ÜDM) əvvəlki ilin eyni dövrü ilə müqayisədə bütövlükdə 3,2 faiz, o cümlədən qeyri-neft ÜDM-i 5,5 faiz aşağı düşüb. Bu dövr ərzində tikinti quraşdırma işləri ötən ilə nisbətən 33,4 faiz, nəqliyyatda yük daşıması 5,3 faiz azalıb. İlin ilk ayında dövlət büdcəsinin nəzərdə tutulan gəlirlərinin hər 5 manatından 4-ü toplanıb, planlaşdırılan xərclərin isə hər 5 manatından 2-si icra olunub. 

Bu ilin ilk ayında xarici ticarət dövriyyəsinin həcmi ötən ilki səviyyəsinin dördə üçünü təşkil edib. Qeyri-neft ixracatı isə həmin dövrlə müqayisədə demək olar ki, yarıbayarı azalıb. Qərarlaşmış tendensiyalar arasında ən çox narahatlıq doğuran dərin tənəzzül meyllərinin daha çox qeyri-neft bölməsinin istehsalında və ixracatında müşahidə olunmasıdır.

Dövr ərzində istehlak qiymətləri indeksi 11,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,8 faiz, qeyri-ərzaq məhsullarının 15,7 faiz artıb. Bunun qarşılığında isə əhalinin gəlirləri 10 faiz artıb. Artıq hətta ümumi inflyasiya səviyyəsi əhalinin hətta nominal gəlirlərinin artımını belə qabaqlamağa başlayıb. Bu müddət ərzində xidmətlər və pərakəndə ticarət dövriyyəsində qeydə alınan artımı da daha çox qiymətlərin bahalaşması şərtləndirib. 

Kapital bazarında ilk 2 ayda kredit qoyuluşlarının 14 faiz artması müqabilində problemli kreditlərin artım sürəti onu 2 dəfə üstələyərək 27,5 faiz olub.

Göründüyü kimi, ilin ilk iki ayının müxtəlif nəticələrində qərarlaşmış mənfi tendensiyalar milli iqtisadiyyatın cağdaş durumunun ağır vəziyyətdə olduğunu təsdiq edir. Təqdim olunan rəsmi göstəricilər iqtisadiyyatdakı böhranın getdikcə şaxələndiyini, daha çox qeyri-neft istehsal bölməsinə, kapital, investisiya və maliyyə bazarlarına siyarət etdiyini, nəticədə də əhalinin sosial vəziyyətini pisləşdirdiyini göstərir. 

Bu ilin start göstəricilərinin mənfi yöndə formalaşması Azərbaycan hökümətindən təxirəsalınmaz tədbirlər tələb edir. Hökümət isə həmişəki kimi gecikir, hələ də cari il üçün nə böhran qabaqlayıcı proqrama və nə də böhran dövründə tədbirlər planına və çevik idarəetmə strukturuna malik deyil. Bununla yanaşı, hökümətin son zamanlar atdığı bir sıra addımlar kompleks islahat proqramının və sistemli yanaşmanın tərkib hissəsi olmadığına görə ciddi effekt vermir. Tənəzzül isə artıq üçüncü aydır ki, davam edir, hökümət isə müddətinə görə anoloqu olmayan bayram tətili keçirir.

Gubad Ibadoğlu, ADR Hərəkatının lideri, iqtisadçı alim

Bölməyə aid digər xəbərlər

02 Sent 2020 “ARDNF bir işçiyə hər ay orta hesabla 16 min manat xərcləyir” -EKSPERT

06 Apr 2019 “Elə mexanizm qurmalıyıq ki, dünyada qəbul olunan standartlar Azərbaycanda da qəbul olunsun”

09 Okt 2018 Azərbaycan nefti ucuzlaşdı

20 Fev 2018 Bankda əmanət necə olur ki, “qorunmayan” statusa keçir?

06 Fev 2018 ARDNF AÇG və "Şahdəniz"dən 131,6 mlrd. dollaradək gəlir əldə edib

06 Fev 2018 Azərbaycan nefti bahalaşıb

06 Fev 2018 Mərkəzi Bank yeni məzənnəni açıqladı

05 Fev 2018 Dolların bu günə olan rəsmi məzənnəsi –Mərkəzi Bank

25 Okt 2017 2018-ci ilin büdcəsinin hər 100 manatından 55 manat 10 qəpiyini neft pulu təşkil edəcək

26 Okt 2016 Dollar yenə bahalaşdı

18 Okt 2016 Azərbaycan nefti ucuzlaşdı

18 Okt 2016 Dollar bu gün neçəyə satılır?

17 Okt 2016 Bakıda evlərin qiyməti qalxmağa başladı

14 Okt 2016 Azərbaycan nefti yenə ucuzlaşdı

13 Okt 2016 Neft yenidən ucuzlaşdı

10 Okt 2016 Dollar ucuzlaşdı

08 Okt 2016 Azərbaycan nefti ucuzlaşıb

01 Okt 2016 Azərbaycan-İran avtomobil zavodunun ilk məhsulu nə vaxt hazır olacaq?

30 Sent 2016 Azərbaycan nefti 3 dollardan artıq bahalaşıb

29 Sent 2016 Qızıl bahalaşdı

22 Sent 2016 Rusiyadan neft hasilatı ilə bağlı rekord nəticə

21 Sent 2016 FES uçot dərəcəsini dəyişməyib

21 Sent 2016 Qızıl 3 dollardan çox ucuzlaşıb

20 Sent 2016 Dollar bu gün neçəyə satılır - Rəsmi məzənnə

16 Sent 2016 SOCAR-ın səhmləri satışa çıxarıla bilər

09 Sent 2016 “Manatın ucuzlaşması qaçılmazdır” - VİDEO

08 Sent 2016 Manatın rəsmi məzənnəsinin mənası nədir ?

08 Sent 2016 Qızıl bahalaşdı

01 Sent 2016 Azərbaycan nefti 47 dollara düşüb

31 Avq 2016 Dollar sürətlə bahalaşır

Xəbər lenti