Azərbaycanda pərakəndə satış istisna olunmaqla, tütün məmulatlarının nağd pulla satışına qadağa qoyulub.

"APA-Economics" xəbər verir ki, qaydanın tətbiqi son istehlakçıya aid olunmur.

Lakin qaydanın tətbiqi hələlik neqativ effektini verib. Belə ki, mağazalarda siqaret qıtlığı yaranıb.

Distributorlar deyir ki, topdan və pərakəndə satış nöqtələri bu qaydaların tətbiqinə hazır deyil: "Problem ondan ibarətdir ki, topdan və pərakəndə satış məntəqələri nə bank hesabı, nə də ki, POS-terminallarla təmin olunmayıblar. Təbii ki, təmin olunanlar da var, lakin onların istifadəsində maraqlı deyillər. Yaranmış vəziyyət bazara real təhlükədir. Belə ki, bazarda qaçaqmalçılıq yolu ilə gətirilən məhsulların sayı kifayət qədər artacaq. Çünki, leqal yolla gətirilən siqaretlər istehlakçıya çatmayacaq. Nəticə etibarilə, dövlət büdcəmiz də ziyan çəkəcək. Distributorlar bu prosesin tədricən həyata keçirilməsinin tərəfdarıdır".

Vergilər Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bu məsələ iki gün əvvəl sahibkarlarla baş tutan görüşdə müzakirə olunub.

Azərbaycan prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov da məsələyə münasibət bildirib: "Biz bir tərəfdən şəffaflığı, yoxlamaların sayının azalmasını istəyirik, digər tərəfdən dünyanın qəbul etdiyi hesablaşma metodundan istifadə etmək istəmirik. Bu məsələdə tütün məmulatları və spirtli içkilər sadəcə test xarakteri daşıyan bir istiqamət idi. Ümumiyyətlə, ödənişlər nağdsız olsa, daha yaxşı olar. Ödənişlərin nağd olması həddindən artıq yoxlamalara gətirib çıxarır. Sahibkarlar fəaliyyətlərinin 70-80%-ni nağd əməliyyatlarla edirlər. Dövlət miqyasında bu boyda nağdsız əməliyyatlara nəzarət etmək həqiqətən çətindir. Biz birgə uçot sisteminin təkmilləşdirilməsi, nağdsız əməliyyatların artırılması istiqamətində çalışmalıyıq. Nağd əməliyyatlar bazarda rəqabət mühitini pozur. Nağdsız işləyən, müasir uçot standartlarını tətbiq edən mağazalar, sahibkarlar bizə davamlı olaraq qanunsuz ticarətin, nağd aparılan ticarətin rəqabət mühitinə necə ağır zərbə vurduğundan şikayət edirlər. Nağd əməliyyatlara nəzarət artan kimi, bir qrup insanlar deyir ki, bu, satışa çətinlik yaradır. Mənə elə gəlir ki, sahibkarlar burada mütəşəkkillik göstərməlidir, qanuni fəaliyyət göstərməyin zövqünü yaşamalıdır. Nağd əməliyyatlar dünyanın hər yerində vergidən yayınma riski çox böyük əməliyyatlardır".

Bölməyə aid digər xəbərlər

02 Sent 2020 “ARDNF bir işçiyə hər ay orta hesabla 16 min manat xərcləyir” -EKSPERT

06 Apr 2019 “Elə mexanizm qurmalıyıq ki, dünyada qəbul olunan standartlar Azərbaycanda da qəbul olunsun”

09 Okt 2018 Azərbaycan nefti ucuzlaşdı

20 Fev 2018 Bankda əmanət necə olur ki, “qorunmayan” statusa keçir?

06 Fev 2018 ARDNF AÇG və "Şahdəniz"dən 131,6 mlrd. dollaradək gəlir əldə edib

06 Fev 2018 Azərbaycan nefti bahalaşıb

06 Fev 2018 Mərkəzi Bank yeni məzənnəni açıqladı

05 Fev 2018 Dolların bu günə olan rəsmi məzənnəsi –Mərkəzi Bank

25 Okt 2017 2018-ci ilin büdcəsinin hər 100 manatından 55 manat 10 qəpiyini neft pulu təşkil edəcək

26 Okt 2016 Dollar yenə bahalaşdı

18 Okt 2016 Azərbaycan nefti ucuzlaşdı

18 Okt 2016 Dollar bu gün neçəyə satılır?

17 Okt 2016 Bakıda evlərin qiyməti qalxmağa başladı

14 Okt 2016 Azərbaycan nefti yenə ucuzlaşdı

13 Okt 2016 Neft yenidən ucuzlaşdı

10 Okt 2016 Dollar ucuzlaşdı

08 Okt 2016 Azərbaycan nefti ucuzlaşıb

01 Okt 2016 Azərbaycan-İran avtomobil zavodunun ilk məhsulu nə vaxt hazır olacaq?

30 Sent 2016 Azərbaycan nefti 3 dollardan artıq bahalaşıb

29 Sent 2016 Qızıl bahalaşdı

22 Sent 2016 Rusiyadan neft hasilatı ilə bağlı rekord nəticə

21 Sent 2016 FES uçot dərəcəsini dəyişməyib

21 Sent 2016 Qızıl 3 dollardan çox ucuzlaşıb

20 Sent 2016 Dollar bu gün neçəyə satılır - Rəsmi məzənnə

16 Sent 2016 SOCAR-ın səhmləri satışa çıxarıla bilər

09 Sent 2016 “Manatın ucuzlaşması qaçılmazdır” - VİDEO

08 Sent 2016 Manatın rəsmi məzənnəsinin mənası nədir ?

08 Sent 2016 Qızıl bahalaşdı

01 Sent 2016 Azərbaycan nefti 47 dollara düşüb

31 Avq 2016 Dollar sürətlə bahalaşır

Xəbər lenti