Ekspertlər kritik hədd xəbərdarlığı edir...

Dünya birjalarında neftin qiyməti hərraclarda daha da aşağı düşərək Azərbaycan və bir çox hasilatçı ölkələr üçün kritik səviyyəyə - 40 dollara yaxınlaşıb. Ekspertlər bildirirlər ki, bu ucuzlaşma dalğası ötən həftə OPEC-in qəbul etdiyi qərarın təsiri ilə başlayıb.

Həmin toplantıda hasilatın azaldılmasına dair qərar qəbul etmək mümkün olmayıb. Ekspertlər qeyd edilər ki, OPEC ölkələri yekdil qərar vermək və bazara təsir etmək imkanlarını itirib. Nəticədə isə London birjasında “Brent” markalı neft son 6 ildə ən aşağı qiymətə satılıb.

Ekspertlərə görə, hazırda mərkəzlərdən “Goldman Sach”ın proqnozu özünü doğruldur və neftin 30 dollara qədər düşəcəyi istisna edilmir. Əksər ekspertlər bildirirlər ki, hazırkı 40 dollar kritik həddir və yeni bir iqtisadi böhranın başlaması deməkdir.

“Bloomberq”in yazdığına görə, OPEC-in qərarına əsasən, sutkalıq kvota formal olaraq 31,5 milyon barel müəyyənləşib. İndiyədək bu kvota 30 milyon barel təşkil edirdi. Əslində son zamanlar OPEC-in qeyri-formal hasilatı 31,5 milyon barelə çatmışdı. 2009-cu ildə OPEC-in üzvlüyündən çıxan və bu il yenidən müraciət edən İndoneziyanın kvotası daxil edilməyib. Hazırda OPEC-in üzvlüyünə 12 dövlət daxildir: İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Venesuela, Qətər, Liviya, Birləşmiş Ərəb Əmirliyi, Əlcəzair, Nigeriya, Ekvador və Anqola.

İqtisadçı-ekspert Natiq Cəfərli isə bildirir ki, Venesuela hasilatın azaldılmasına, qiymətin heç olmasa 60-65 dollara qədər qalxmasına çalışır: “OPEC-də əsas söz sahibi Səudiyyədir, gündəlik hasilatı 10 milyon bareldir. OPEC ölkələri ümumilikdə gündə 31-32 milyon barel neft hasil edirlər, yəni tək Səudiyyə bu kvotanın 30 faizinə sahibdir. Bu ölkənin indiki şəraitdə hasilatı azaltmağa qərar verməsi mümkün görünmürdü”. Ekspertin sözlərinə görə, OPEC-ə daxil olmayan ölkələr, o cümlədən Rusiya hasilatı azaltmır, əksinə artırır ki, qiymətin düşməsini hasilatın artması ilə az da olsa kompensasiya edə bilsin: “Səudiyyə Ərəbistanının da, Rusiyanın da əsas hədəf bazarları eynidir, yəni ərəblər hasilatı azaltsalar, onların çıxdığı bazarlara ruslar girəcək, bunun heç bir effekti olmayacaq. İkincisi, Səudiyyə Ərəbistanının ikinci böyük rəqibi İrandır, sanksiyaların götürülməsindən sonra İran aqressiv şəkildə bazara daxil olmağa hazırlaşır. İranın da əsas hədəfi Avropa və Asiya bazarlarıdır ki, burada da rəqibi Səudiyyədir. Ərəblərin İrana qarşı aqressiv münasibətini, mane olmağa çalışmaqlarını nəzərə alsaq, Səudiyyə Ərəbistanı hasilatı azaltmaqla İrana daha çox yol aça biləcəyini düşünür. Buna görə də azaltmaq istəmir. İran OPEC-dəki payından 2011-ci ildə məhrum edilib, indi öz sutkalıq 2 milyon barellik kvota payını geri istəyir. Səudiyyə Ərəbistanının digər rəqibi isə ABŞ-dır. Amerikada ”slans nefti" inqilabı davam edir, hasilat son 10 ildə 3 dəfə artıb. Bu gün ABŞ dünyada neft hasilatına görə 3-cü yerdədir - gündəlik 9,3 -9,5 mln. barel. “Slans neftinin” maya dəyəri bahadır. Səudiyyə Ərəbistanı qiymətlərin düşməsindən istifadə edərək, bazarda olan ABŞ şirkətlərini də vurmaq istəyir, amma alınmır. Bu gün slans neftinin maya dəyəri sürətlə aşağı düşür, bu tip quyularının qazılması və hasilatın başlanması cəmi 10-15 gün çəkir. Yəni sabah qiymət yenidən 60 dollar olsa, ABŞ-da slans nefti quyularının sayı sürətlə artacaq, hasilat çoxalacaq, qiymət yenə aşağı düşəcək. Məhz buna görə Səudiyyə Ərəbistanı hasilatı azaltmaqla ABŞ şirkətlərinə yeni nəfəs verəcəyindən çəkinir".

Ekspertin sözlərinə görə, bu işin siyasi tərəfi də var: “Bu gün bölgədə Səudiyyənin əsas düşməni Rusiya və İrandır. Səudiyyə Ərəbistanı hasilatı azaltsa qiymət qalxacaq, bundan da Rusiya və İran daha çox qazanacaqlar. Bu məsələni də nəzərə alsaq, OPEC-də hasilatla bağlı kvotanın artırılması gözlənilirdi”. O, qeyd edib ki, yaxın 10-15 günə neftin qiyməti 35-36 dollara qədər düşəcək: “İndiyədək OPEC-in rəsmi kvotası 30,5 milyon barel olsa da, amma gündəlik hasilatları 32 milyona yaxın idi, yəni kvotalara əməl olunmurdu. OPEC-in rəsmi bəyanatından sonra neft bazarı bir müddət tərəddüd keçirəcək, ciddi oynamalar olacaq, amma kvotalar rəsmən azalmasa, birinci gündən sonra qiymət düşməyə başlayacaq. Bir neçə günə brent markalı neft 35-36 dollara qədər enəcək. 

Onu da nəzərə almaq lazımdır ki, dünyada gündəlik hasilat 90-93 mln. bareldir, onun cəmi 32 milyon bareli OPEC-in payına düşür. Yəni kartelə daxil olmayan ölkələr, o cümlədən Rusiya, ABŞ kimi neft ölkələri hasilatı azaltmağı düşünmürlər. Ona görə də gələcək illərdə neftin qiyməti ən yaxşı halda 55-65 dollara qədər qalxa bilər. Amma bu artımdan öncə ”dib" qiymətlər olacaq".

 

Bölməyə aid digər xəbərlər

02 Sent 2020 “ARDNF bir işçiyə hər ay orta hesabla 16 min manat xərcləyir” -EKSPERT

06 Apr 2019 “Elə mexanizm qurmalıyıq ki, dünyada qəbul olunan standartlar Azərbaycanda da qəbul olunsun”

09 Okt 2018 Azərbaycan nefti ucuzlaşdı

20 Fev 2018 Bankda əmanət necə olur ki, “qorunmayan” statusa keçir?

06 Fev 2018 ARDNF AÇG və "Şahdəniz"dən 131,6 mlrd. dollaradək gəlir əldə edib

06 Fev 2018 Azərbaycan nefti bahalaşıb

06 Fev 2018 Mərkəzi Bank yeni məzənnəni açıqladı

05 Fev 2018 Dolların bu günə olan rəsmi məzənnəsi –Mərkəzi Bank

25 Okt 2017 2018-ci ilin büdcəsinin hər 100 manatından 55 manat 10 qəpiyini neft pulu təşkil edəcək

26 Okt 2016 Dollar yenə bahalaşdı

18 Okt 2016 Azərbaycan nefti ucuzlaşdı

18 Okt 2016 Dollar bu gün neçəyə satılır?

17 Okt 2016 Bakıda evlərin qiyməti qalxmağa başladı

14 Okt 2016 Azərbaycan nefti yenə ucuzlaşdı

13 Okt 2016 Neft yenidən ucuzlaşdı

10 Okt 2016 Dollar ucuzlaşdı

08 Okt 2016 Azərbaycan nefti ucuzlaşıb

01 Okt 2016 Azərbaycan-İran avtomobil zavodunun ilk məhsulu nə vaxt hazır olacaq?

30 Sent 2016 Azərbaycan nefti 3 dollardan artıq bahalaşıb

29 Sent 2016 Qızıl bahalaşdı

22 Sent 2016 Rusiyadan neft hasilatı ilə bağlı rekord nəticə

21 Sent 2016 FES uçot dərəcəsini dəyişməyib

21 Sent 2016 Qızıl 3 dollardan çox ucuzlaşıb

20 Sent 2016 Dollar bu gün neçəyə satılır - Rəsmi məzənnə

16 Sent 2016 SOCAR-ın səhmləri satışa çıxarıla bilər

09 Sent 2016 “Manatın ucuzlaşması qaçılmazdır” - VİDEO

08 Sent 2016 Manatın rəsmi məzənnəsinin mənası nədir ?

08 Sent 2016 Qızıl bahalaşdı

01 Sent 2016 Azərbaycan nefti 47 dollara düşüb

31 Avq 2016 Dollar sürətlə bahalaşır

Xəbər lenti