Gələn ildən etibarən Azərbaycanda kommunal xidmətlərin qiymətləri bahalaşa bilər. 2016-cı ilin dövlət büdcəsinin gəlirlərində bu istiqamətdə daxilolmaların səviyyəsi ötən illə müqayisədə 30 milyon manat artıq göstərilir.

Teleqraf.az xəbər verir ki, iqtisadçı ekspert Rəşad Həsənov Bizimyol.info-ya şərhində büdcə sənədlərinə müraciət edib. Onun sözlərinə görə, gələn il hansısa formada kommunal xidmətlərin artırılması nəzərdə tutulur: "Digər bir nüans da ondan ibarətdir ki, maliyyə naziri Samir Şərifov parlamentdə çıxışında bildirmişdi ki, bir çox dövlət qurumları və yaxud dövlət mülkiyyətinə aid olan təşkilatlar borclarını, öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkirlər. Dövlət zəmanəti ilə götütürülmüş borcların geri qaytarılması yükü dövlət büdcəsinin üzərinə düşür. Bu məqam da ona gətirib çıxarır ki, dövlət zəmanəti ilə kredit götürən qurumlar bildirirdilər ki, onların qiymət siyasəti həyata keçirmək ixtiyarları yoxdur. Buna görə də bir çox hallarda onların fəaliyyəti gəlirsizdir. Bunun nəticəsində borcların geri qaytarılmasında problemlərlə üzləşirlər. Bütün bunları nəzərə alsaq ola bilsin ki, artıq hökumət bu qurumların borclarını ödəməkdən boyun qaçırmaq fikrindədir. Nəzərə alsaq ki, dövlət büdcəsinin icrasında ciddi azaldılmalara gedilir. Belə olduğu təqdirdə də borcların qaytarılmasının digər bir yolu borcların paylaşdırılması, yəni yükün vətəndaşların üzərinə qoyulması kimi dəyərləndirilə bilər".

R.Həsənovun fikrincə, belə olduğu təqdirdə kommunal xidmətlərin qiymətlərinin artırılması ehtimalı artır: "O cümlədən, dövlət büdcəsinin layihəsinin hazırlanmasında digər bütün xərclərin mümkün qədər qənaətlə təsbit olunması, ancaq kommunal xidmətlərin qiymətlərinin artırılması onu göstərir ki, bu, bir neçə istiqamətdə bahalaşma həyata keçiriləcək. Düşünürəm ki, bununla bağlı təxminən dekabr, yanvar aylarında Tarif Şurası bu qərarları verməlidir. Çünki böyük ehtimalla xidmətlərin yanvar ayından bahalaşdırılması nəzərdə tutulur".

Milli istilik təchizatı operatoru "Azəristiliktəchizat" ASC hökumətə öz iqtisadi hesabatını təqdim edib. Qurumun xidmət şöbəsinin rəhbəri Rafiq Əliyev mətbuata bildirib ki, hesabatda təşkilatın iqtisadi vəziyyətinin qeyri-səmərəli olmasına dair informasiya açıq şəkildə təqdim edilib. "Artıq bir neçə ildir "Azəristiliktəchizat" Tarif Şurasına qiymətlərin qaldırılmasına dair müraciət edir. Belə ki, təşkilatda suyun 1 kubmetri 1 manata alınır, amma əhaliyə qaynadılıb 0,4 manata satılır", - R.Əliyev bildirib.

Onun sözlərinə görə, hökumət cari qeyri-tarazlıqdan xəbərdardır, və "Azəristiliktəchizat" ASC yenidən təklif hazırlamaq və qiymətlərin artırılması üçün hökumətə müraciət etmək niyyətindədir.

Bu günlərdə parlament büdcə dinləmələrində Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib ki, Azərbaycan hökuməti milli iqtisadiyyatın kommunal sahəsində mövcud olan əsas qeyri-sabitliyi aşkar edib: ""Azəristiliktəchizat"ın qiymətləri çox aşağıdır. Bu qiymətlər su-kanalizasiya operatoru "Azərsu"dan alınan soyuq suyun qiymətindən də ucuzdur. İstilik təchizatı operatoru "Azəristiliktəchizat" ASC onun normal iqtisadi fəaliyyəti üçün yetərli deyil".

 

Bölməyə aid digər xəbərlər

02 Sent 2020 “ARDNF bir işçiyə hər ay orta hesabla 16 min manat xərcləyir” -EKSPERT

06 Apr 2019 “Elə mexanizm qurmalıyıq ki, dünyada qəbul olunan standartlar Azərbaycanda da qəbul olunsun”

09 Okt 2018 Azərbaycan nefti ucuzlaşdı

20 Fev 2018 Bankda əmanət necə olur ki, “qorunmayan” statusa keçir?

06 Fev 2018 ARDNF AÇG və "Şahdəniz"dən 131,6 mlrd. dollaradək gəlir əldə edib

06 Fev 2018 Azərbaycan nefti bahalaşıb

06 Fev 2018 Mərkəzi Bank yeni məzənnəni açıqladı

05 Fev 2018 Dolların bu günə olan rəsmi məzənnəsi –Mərkəzi Bank

25 Okt 2017 2018-ci ilin büdcəsinin hər 100 manatından 55 manat 10 qəpiyini neft pulu təşkil edəcək

26 Okt 2016 Dollar yenə bahalaşdı

18 Okt 2016 Azərbaycan nefti ucuzlaşdı

18 Okt 2016 Dollar bu gün neçəyə satılır?

17 Okt 2016 Bakıda evlərin qiyməti qalxmağa başladı

14 Okt 2016 Azərbaycan nefti yenə ucuzlaşdı

13 Okt 2016 Neft yenidən ucuzlaşdı

10 Okt 2016 Dollar ucuzlaşdı

08 Okt 2016 Azərbaycan nefti ucuzlaşıb

01 Okt 2016 Azərbaycan-İran avtomobil zavodunun ilk məhsulu nə vaxt hazır olacaq?

30 Sent 2016 Azərbaycan nefti 3 dollardan artıq bahalaşıb

29 Sent 2016 Qızıl bahalaşdı

22 Sent 2016 Rusiyadan neft hasilatı ilə bağlı rekord nəticə

21 Sent 2016 FES uçot dərəcəsini dəyişməyib

21 Sent 2016 Qızıl 3 dollardan çox ucuzlaşıb

20 Sent 2016 Dollar bu gün neçəyə satılır - Rəsmi məzənnə

16 Sent 2016 SOCAR-ın səhmləri satışa çıxarıla bilər

09 Sent 2016 “Manatın ucuzlaşması qaçılmazdır” - VİDEO

08 Sent 2016 Manatın rəsmi məzənnəsinin mənası nədir ?

08 Sent 2016 Qızıl bahalaşdı

01 Sent 2016 Azərbaycan nefti 47 dollara düşüb

31 Avq 2016 Dollar sürətlə bahalaşır

Xəbər lenti