Qubad İbadoğlu: “Bu presedent Azərbaycanın Gürcüstan vasitəsilə reallaşdırılan strateji layihələrinə münasibətdə dəyişikliklərə yol aça bilər”

Gürcüstanın Rusiyanın “Qazprom” şirkəti ilə qazın idxalı istiqamətində anlaşmaya cəhd göstərməsi Azərbaycanda narahatlıq doğurub. Artıq iki ölkənin dövlət və hökumət başçıları səviyyəsində təmasların başlanması Bakı ilə Tiflis arasındakı münasibətlərin perspektivləri ilə bağlı ortaya suallar çıxarır. 

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu Musavat.com-un durumla bağlı suallarını cavablandırarkən bildirdi ki, Azərbaycan Gürcüstana təbii qazın əsas tədarükçüsüdür: “Bu ölkənin qaz istehlakını onun ərazisindən keçən kəmərlərə görə aldığı tranzit qaz və Azərbaycanda birbaşa idxal etdiyi təbii qaz təşkil edir. Odur ki, indiyə qədər də Gürcüstanının qaza olan tələbatında Rusiyanın iştirakı baş verirdi. Çünki Rusiyadan Ermənistana gedən kəmərə görə Gürcüstan tranzit haqqı olaraq Rusiyadan qaz alırdı. Amma hazırda gedən müzakirələr onu göstərir ki, Gürcüstan Rusiyadan həm də birbaşa qaz almaq niyyətindədir”. 

Q.İbadoğlu qeyd etdi ki, bu vəziyyət Azərbaycanın Gürcüstan enerji bazarında hökmran mövqeyinin zəifləməsi deməkdir: “Azərbaycanın bölgədə rolunu, SOCAR-ın bu ölkənin enerji infrstrukturuna sərmayələrini nəzər alsaq, bu yalnız iqtisadi deyil, həm də siyası cəhətdən Azərbaycanın maraqlarına cavab vermir”. İqtisadçı alim vəziyyətin ürəkaçan olmadığını konkret faktlarla xatırlatdı: “Əvvəla, SOCAR təbii qaz bazarında “Qazprom”la rəqabət aparmaq gücündə deyil. İkinciisi, Gürcüstanda Rusiyanın mövqeyinin güclənməsi Ermənistanın həm siyasi və həm də iqtisadi imkanlarını gücləndirir. Üçüncüsü, bu halda Gürcüstan vasitəsilə Rusiya Azərbaycana əlavə təzyiq alətinə malik olur. Nəhayət, bu presedent Azərbaycanın Gürcüstan vasitəsilə reallaşdırılan strateji layihələrinə münasibətdə dəyişikliklərə yol aça bilər. Fikrimcə, bu sövdələşmədə qiymət də önəmli rol oynaya bilər. Əgər Gürcüstan Rusiya qazı hesabına istehlak qiymətlərini ucuzlaşdıra bilsə, o halda əhalinin bu məsələyə münasibətini hakimiyyət istədiyi şəkildə dəyişməklə istəklərinə nail ola bilər. Çünki istehlakçıların çox üçün ailə büdcəsinin maraqları ölkəni strateji maraqlarından yuxarıda dayınır. Odur ki, hesab edirəm ki, bu vəziyyətdə ölkələr və şirkətlər arasında rəqabətə deyil, siyasi danışıqlara üstünlük verilməli, ölkəmizin strateji maraqları müdafiə edilməlidir”.

Musavat.com

Bölməyə aid digər xəbərlər

02 Sent 2020 “ARDNF bir işçiyə hər ay orta hesabla 16 min manat xərcləyir” -EKSPERT

06 Apr 2019 “Elə mexanizm qurmalıyıq ki, dünyada qəbul olunan standartlar Azərbaycanda da qəbul olunsun”

09 Okt 2018 Azərbaycan nefti ucuzlaşdı

20 Fev 2018 Bankda əmanət necə olur ki, “qorunmayan” statusa keçir?

06 Fev 2018 ARDNF AÇG və "Şahdəniz"dən 131,6 mlrd. dollaradək gəlir əldə edib

06 Fev 2018 Azərbaycan nefti bahalaşıb

06 Fev 2018 Mərkəzi Bank yeni məzənnəni açıqladı

05 Fev 2018 Dolların bu günə olan rəsmi məzənnəsi –Mərkəzi Bank

25 Okt 2017 2018-ci ilin büdcəsinin hər 100 manatından 55 manat 10 qəpiyini neft pulu təşkil edəcək

26 Okt 2016 Dollar yenə bahalaşdı

18 Okt 2016 Azərbaycan nefti ucuzlaşdı

18 Okt 2016 Dollar bu gün neçəyə satılır?

17 Okt 2016 Bakıda evlərin qiyməti qalxmağa başladı

14 Okt 2016 Azərbaycan nefti yenə ucuzlaşdı

13 Okt 2016 Neft yenidən ucuzlaşdı

10 Okt 2016 Dollar ucuzlaşdı

08 Okt 2016 Azərbaycan nefti ucuzlaşıb

01 Okt 2016 Azərbaycan-İran avtomobil zavodunun ilk məhsulu nə vaxt hazır olacaq?

30 Sent 2016 Azərbaycan nefti 3 dollardan artıq bahalaşıb

29 Sent 2016 Qızıl bahalaşdı

22 Sent 2016 Rusiyadan neft hasilatı ilə bağlı rekord nəticə

21 Sent 2016 FES uçot dərəcəsini dəyişməyib

21 Sent 2016 Qızıl 3 dollardan çox ucuzlaşıb

20 Sent 2016 Dollar bu gün neçəyə satılır - Rəsmi məzənnə

16 Sent 2016 SOCAR-ın səhmləri satışa çıxarıla bilər

09 Sent 2016 “Manatın ucuzlaşması qaçılmazdır” - VİDEO

08 Sent 2016 Manatın rəsmi məzənnəsinin mənası nədir ?

08 Sent 2016 Qızıl bahalaşdı

01 Sent 2016 Azərbaycan nefti 47 dollara düşüb

31 Avq 2016 Dollar sürətlə bahalaşır

Xəbər lenti