Astarada Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar məsələlər üzrə birgə komissiyanın həmsədrləri, Azərbaycanın İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və İranın Rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin iştirakı ilə 2 ölkənin nümayəndə heyətinin görüşü keçirilib.

ANS PRESS-in məlumatına görə, görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşdırılması ilə bağlı müzakirələr aparılıb. Müzakirələrin ilkin mərhələsindən sonra birgə komissiyanın həmsədrləri Şahin Mustafayev və Mahmud Vaezi jurnalistlərə açıqlama verib.

İqtisadiyyat və sənaye naziri Ş.Mustafayev Azərbaycan-İran əlaqələrinin uğurla inkişaf etdiyini, bu uğurların təməlində isə Azərbaycan və İran prezidentlərinin siyasi iradəsinin dayandığını söyləyib. Nazir bildirib ki, əlaqələr çoxşaxəlidir, siyasi əlaqələr də yüksək səviyyədədir. Azərbaycan-İran əlaqələri energetika, nəqliyyat, maliyyə, ticarət və digər sahələrdə inkişaf edir: "Bugünkü iclasın əsas məqsədi Azərbaycan və İran ərazisindən keçən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması ilə bağlı danışıqların aparılması, birgə layihələrin hazırlanması və bu istiqamətdə işlərin görülməsidir. Hər iki ölkənin yüksək rəsmilərinin iştirakı ilə çox məhsuldar görüş oldu".
Şahin Mustafayev bildirib ki,Şimal-Cənub nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması hər iki ölkənin tranzit imkanlarının artmasına gətirib çıxaracaq və siyasi,iqtisadi baxımdan dividendlər gətirəcək: "Bugünkü müzakirələrin nəticəsi olaraq müvafiq işçi qruplarının yaradılması qərara alındı. Əməkdaşlarımız bu gün də danışıqlar aparacaqlar. Danışıqların nəticəsi olaraq razılaşdırdığımız layihələrlə bağlı müvafiq qərarlar qəbul ediləcək və layihələr üzrə nümayəndələrə müvafiq tapşırıqlar veriləcək. İnanırıq ki, aparılacaq müzakirələr nəticəsində, səylərimiz nəticəsində gələcəkdə Şimal-Cənub nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması üçün işlər görüləcək".

İranın Rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi jurnalistlərə açıqlamasında layihənin reallaşmasının iş adamları üçün faydalı olacağını bildirib:"Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi iki ölkənin tranzit xətlərini birləşdirməklə bərabər, Hindistandan tutmuş Avropayadək yük daşımalarının daha tez və daha sərfəli şəkildə həyata keçirilməsi üçün şərait yaradacaq”.

Müzakirələr bu gün eyni tərkibdə İranın Astara şəhərində davam etdiriləcək. 

Bölməyə aid digər xəbərlər

02 Sent 2020 “ARDNF bir işçiyə hər ay orta hesabla 16 min manat xərcləyir” -EKSPERT

06 Apr 2019 “Elə mexanizm qurmalıyıq ki, dünyada qəbul olunan standartlar Azərbaycanda da qəbul olunsun”

09 Okt 2018 Azərbaycan nefti ucuzlaşdı

20 Fev 2018 Bankda əmanət necə olur ki, “qorunmayan” statusa keçir?

06 Fev 2018 ARDNF AÇG və "Şahdəniz"dən 131,6 mlrd. dollaradək gəlir əldə edib

06 Fev 2018 Azərbaycan nefti bahalaşıb

06 Fev 2018 Mərkəzi Bank yeni məzənnəni açıqladı

05 Fev 2018 Dolların bu günə olan rəsmi məzənnəsi –Mərkəzi Bank

25 Okt 2017 2018-ci ilin büdcəsinin hər 100 manatından 55 manat 10 qəpiyini neft pulu təşkil edəcək

26 Okt 2016 Dollar yenə bahalaşdı

18 Okt 2016 Azərbaycan nefti ucuzlaşdı

18 Okt 2016 Dollar bu gün neçəyə satılır?

17 Okt 2016 Bakıda evlərin qiyməti qalxmağa başladı

14 Okt 2016 Azərbaycan nefti yenə ucuzlaşdı

13 Okt 2016 Neft yenidən ucuzlaşdı

10 Okt 2016 Dollar ucuzlaşdı

08 Okt 2016 Azərbaycan nefti ucuzlaşıb

01 Okt 2016 Azərbaycan-İran avtomobil zavodunun ilk məhsulu nə vaxt hazır olacaq?

30 Sent 2016 Azərbaycan nefti 3 dollardan artıq bahalaşıb

29 Sent 2016 Qızıl bahalaşdı

22 Sent 2016 Rusiyadan neft hasilatı ilə bağlı rekord nəticə

21 Sent 2016 FES uçot dərəcəsini dəyişməyib

21 Sent 2016 Qızıl 3 dollardan çox ucuzlaşıb

20 Sent 2016 Dollar bu gün neçəyə satılır - Rəsmi məzənnə

16 Sent 2016 SOCAR-ın səhmləri satışa çıxarıla bilər

09 Sent 2016 “Manatın ucuzlaşması qaçılmazdır” - VİDEO

08 Sent 2016 Manatın rəsmi məzənnəsinin mənası nədir ?

08 Sent 2016 Qızıl bahalaşdı

01 Sent 2016 Azərbaycan nefti 47 dollara düşüb

31 Avq 2016 Dollar sürətlə bahalaşır

Xəbər lenti