Bu ilin yanvar-avqust aylarında istehsal edilmiş sənaye məhsullarının dəyəri ötən illə müqayisədə 5 milyard manat az olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il sözügedən dövrdə 17,6 milyard manatlıq, ötən ilsə 22,6 milyard manatlıq sənaye məhsulu hazırlanıb.

Məhsulun əsas hissəsi neft və qaz sektorunun payına düşüb.

Neftdənkənar sənayenin artması azalmaya mane olmayıb

Məlumdur ki, 2014-cü il Azərbaycanda “Sənaye ili” adlanıb. Sənayenin inkişafı hökumətin üstün diqqət sahələrindəndir.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında sənaye sektoru, özəlliklə qeyri-neft sənayesinin irəliləməsi hədəf sayılsa da, ekspertlərin fikrincə, sənaye sektoru neftdən asılığını aradan qaldırmayıb.

2015-ci ilin ilk 8 ayında sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 11,3 faiz artsa da, bu, ümumi azlmaya mane ola bilməyib.

İqtisadçı ekspert Azər Mehtiyev düşünür ki, sənaye məhsulu istehsalındakı azalma neft sektoru hesabına baş verib:

“Ölkədə neft hasilatı azalıb. Amma qeyri-neft sənayesində istehsalın artdığı bildirilir. Ötən il ölkədə ”sənaye ili" olsa da, il ərzində bu istiqamətdə həyata keçirilən işlərin əksəriyyəti təşviqat və görüntü xarakterli daşıyıb.

Əksər belə müəssisələrin məhsulları ya dövlət sifarişi ilə alınır, ya da bunlara məcburi sifarişlər formalaşdırılır.

Real proseslər, əsasən, inhisarçı-oliqarx qrupların nəzarəti altında baş verib və sənayedə müstəqil sahibkarlığın və rəqabətin inkişafına yönəlməyib. Rəsmi məlumatlara əsasən, ötən il yerli istehsalın inkişafı ilə əlaqədar bir sıra məhsulların ölkəmizə idxalı azalıb.

Bu azalma, əslində, rəqabət şəraitində baş verməyib, sadəcə, yerli müəssisələrin istehsala başlaması həmin məhsulların ölkəyə gətirilməsinə qadağaları gücləndirilib. Bu da onu göstərir ki, hökumət yerli istehsalı rəqabət mühitinə uyğunlaşdırmaq istəmir. Əksər belə müəssisələrin məhsulları ya dövlət sifarişi ilə alınır, ya da bunlara məcburi sifarişlər formalaşdırılır".

Azər Mehtiyevin fikrincə, neftin ucuzlaşması və hasilatın azalması həmin sektorda istehsalı daha da aşağı salacaq:

“Eyni zamanda dövlət xərclərinin azalması qeyri-neft sənayesində də artım templərini azaldacaq”.

Bölməyə aid digər xəbərlər

02 Sent 2020 “ARDNF bir işçiyə hər ay orta hesabla 16 min manat xərcləyir” -EKSPERT

06 Apr 2019 “Elə mexanizm qurmalıyıq ki, dünyada qəbul olunan standartlar Azərbaycanda da qəbul olunsun”

09 Okt 2018 Azərbaycan nefti ucuzlaşdı

20 Fev 2018 Bankda əmanət necə olur ki, “qorunmayan” statusa keçir?

06 Fev 2018 ARDNF AÇG və "Şahdəniz"dən 131,6 mlrd. dollaradək gəlir əldə edib

06 Fev 2018 Azərbaycan nefti bahalaşıb

06 Fev 2018 Mərkəzi Bank yeni məzənnəni açıqladı

05 Fev 2018 Dolların bu günə olan rəsmi məzənnəsi –Mərkəzi Bank

25 Okt 2017 2018-ci ilin büdcəsinin hər 100 manatından 55 manat 10 qəpiyini neft pulu təşkil edəcək

26 Okt 2016 Dollar yenə bahalaşdı

18 Okt 2016 Azərbaycan nefti ucuzlaşdı

18 Okt 2016 Dollar bu gün neçəyə satılır?

17 Okt 2016 Bakıda evlərin qiyməti qalxmağa başladı

14 Okt 2016 Azərbaycan nefti yenə ucuzlaşdı

13 Okt 2016 Neft yenidən ucuzlaşdı

10 Okt 2016 Dollar ucuzlaşdı

08 Okt 2016 Azərbaycan nefti ucuzlaşıb

01 Okt 2016 Azərbaycan-İran avtomobil zavodunun ilk məhsulu nə vaxt hazır olacaq?

30 Sent 2016 Azərbaycan nefti 3 dollardan artıq bahalaşıb

29 Sent 2016 Qızıl bahalaşdı

22 Sent 2016 Rusiyadan neft hasilatı ilə bağlı rekord nəticə

21 Sent 2016 FES uçot dərəcəsini dəyişməyib

21 Sent 2016 Qızıl 3 dollardan çox ucuzlaşıb

20 Sent 2016 Dollar bu gün neçəyə satılır - Rəsmi məzənnə

16 Sent 2016 SOCAR-ın səhmləri satışa çıxarıla bilər

09 Sent 2016 “Manatın ucuzlaşması qaçılmazdır” - VİDEO

08 Sent 2016 Manatın rəsmi məzənnəsinin mənası nədir ?

08 Sent 2016 Qızıl bahalaşdı

01 Sent 2016 Azərbaycan nefti 47 dollara düşüb

31 Avq 2016 Dollar sürətlə bahalaşır

Xəbər lenti