Hazırda dünya mediasının əsas xəbər başlıqlarından birini də neft təşkil edir. “Qara qızıl” onsuz da dünyada önəmli yerə sahib olsa da, son bir ildə neftin qiymətlərinin kəskin ucuzlaşması ona olan diqqətə də təsir edib.

Son məlumatlara əsasən, dünya bazarında neftin bir bareli (159 litr) 44 dollar həndəvərində dəyişir. Daha dəqiqi hazırda Azərbaycana məxsus “AzəriLayt” markalı neftin bir bareli London birjasında 44,34 dollardır. Ümumilikdə isə ötən il yarımda ən bahalı neft sayılan Azərbaycan nefti 70 dollar 46 sent dəyər itirib. Belə ki ötən il martında Azərbaycan nefti 114 dollara satılıb.
Hazırkı qiymət neft ölkələri üçün faciəvi anlam daşıyır. Çünki dəhşətli ucuzlaşmadan əvvəli, yəni 2014-cü ilin əvvəllərində neftin bir bareli 110 dollar civarında dəyişirdi. Yəni indiki qiymətlərdən 2,5 dəfə baha. Ancaq həmin tarixdən sonra ABŞ Rusiyanın (istisna deyil ki, digər neft rejimlərinin – K.R) gücünü zəiflətmək üçün bazarda neftin qiymətini aşağı saldı. Ötən müddətdə neftin qiyməti azalmaqda davam edir. Hətta bəzi nüfuzlu Qərb agentlikləri gələn il neftin bir barelinin 30 dollar civarında olacağını proqnozlaşdırır.
Təbii ki, neftin qiymətində kəskin eniş digər neft ölkələri kimi Azərbaycana da ciddi təsir etdi. Qeyri-neft sektorunun aşağı göstəricilərə malik olması, ölkə iqtisadiyyatının, büdcənin əsas ağırlığının neftin üzərində olması səbəbindən neft qiymətlərinin kəskin enişi Azərbaycan ciddi sınağa çevrildi.
Nəzərə almaq lazımdır ki, Azərbaycanda 2010-cu ildən etibarən neft hasilatı da getdikcə azalmağa doğru gedir. Hazırda qiymətlərin sürətlə düşməsi onun istehsalının faydalı olması ilə bağlı suallara da səbəb olub. Əcəba, hansı qiymətə qədər ucuzlaşarsa neft istehsalı və satışı səmərəliliyini itirəcək.
Qeyd edək ki, mütəxəssislərin və eləcə də SOCAR rəhbərliyinin bəyanlarından belə aydın olur ki, Azərbaycanda neftin emalı 1 barelə görə, 15 dollara başa gəlir. Yəni hələlik Azərbaycan neftinin istehsalı faydalıdır, hər barelə görə, 30 dollara yaxın qazanc gətirir. Yeri gəlmişkən, Səudiyyə Ərəbistanı, İraq kimi neft ölkələrində neftin 1 barelinin istehsalı 10 dollardan ucuz başa gəlir. Ümumilikdə isə ötən ilin əvvəlində Azərbaycan neftinin 1 barelinə görə, hökumət 100 dollar qazanc əldə edirdisə, indi bu rəqəm 30 dollara enib.
Qeyd edək ki, rəqəmlərə nəzər saldıqdan Azərbaycanda neft hasilatının ildən ilə azaldığı müşahidə olunur. SOCAR-ın rəsmi saytında (http://socar.az/socar/az/economics-and-statistics/economics-and-statistics/oil-production) illik neft hasilatı haqda rəqəmlər verilib. Ancaq rəqəmlər tonla verildiyi üçün hazırkı bazar qiymətlərini hesablamaq üçün rəqəmləri barelə hesablamaq lazım gəlir. Məsələn, neft hasilatının gücləndiyi ilk ildə – 2005-ci ildə Azərbaycanda 22220 ton neft istehsal olunub ki, bunun da 8967.4 tonu SOCAR-ın payına düşür, yerdə qalan isə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən istehsal olunub. Müvafiq olaraq 2006-cı ildə illik hasilat 32273 ton (8993.8 ton SOCAR tərəfindən), 2007-ci ildə 42604.3 ton (8800.9 SOCAR), 2008-ci ildə 44527.2 ton (8651.3 ton SOCAR), 2009-cu ildə 50419.3 ton (8543.3 ton SOCAR), 2010-cu ildə 50795.5 ton (8459.7 ton SOCAR), 2011-ci ildə 45625.4 ton (8400.9 ton SOCAR), 2012-ci ildə 43389.8 ton (8289.8 ton SOCAR), 2013-cü ildə 43483.9 ton (8314.9 ton SOCAR), 2014-cü ildə 42022.7 ton (8320.4 ton SOCAR).

Bu ilin ilk 6 ayında Azərbaycanda neft hasilatı stabil olaraq 3,3 və 3,6 milyon ton arasında dəyişib. Bu da aylıq təxminən 110-120 min ton, yaxud da 700-800 min barel gündəlik hasilat deməkdir ki, bu da hazırkı qiymətlərlə 35-40 milyon dollar edir. Təbii ki, bunun yalnız 20 faizə qədərini SOCAR istehsal edir, yerdə qalan isə ABƏŞ xətti ilə ümumi istehsaldır ki, burda xarici ölkələrin də payı var. (musavat.com)

Bölməyə aid digər xəbərlər

02 Sent 2020 “ARDNF bir işçiyə hər ay orta hesabla 16 min manat xərcləyir” -EKSPERT

06 Apr 2019 “Elə mexanizm qurmalıyıq ki, dünyada qəbul olunan standartlar Azərbaycanda da qəbul olunsun”

09 Okt 2018 Azərbaycan nefti ucuzlaşdı

20 Fev 2018 Bankda əmanət necə olur ki, “qorunmayan” statusa keçir?

06 Fev 2018 ARDNF AÇG və "Şahdəniz"dən 131,6 mlrd. dollaradək gəlir əldə edib

06 Fev 2018 Azərbaycan nefti bahalaşıb

06 Fev 2018 Mərkəzi Bank yeni məzənnəni açıqladı

05 Fev 2018 Dolların bu günə olan rəsmi məzənnəsi –Mərkəzi Bank

25 Okt 2017 2018-ci ilin büdcəsinin hər 100 manatından 55 manat 10 qəpiyini neft pulu təşkil edəcək

26 Okt 2016 Dollar yenə bahalaşdı

18 Okt 2016 Azərbaycan nefti ucuzlaşdı

18 Okt 2016 Dollar bu gün neçəyə satılır?

17 Okt 2016 Bakıda evlərin qiyməti qalxmağa başladı

14 Okt 2016 Azərbaycan nefti yenə ucuzlaşdı

13 Okt 2016 Neft yenidən ucuzlaşdı

10 Okt 2016 Dollar ucuzlaşdı

08 Okt 2016 Azərbaycan nefti ucuzlaşıb

01 Okt 2016 Azərbaycan-İran avtomobil zavodunun ilk məhsulu nə vaxt hazır olacaq?

30 Sent 2016 Azərbaycan nefti 3 dollardan artıq bahalaşıb

29 Sent 2016 Qızıl bahalaşdı

22 Sent 2016 Rusiyadan neft hasilatı ilə bağlı rekord nəticə

21 Sent 2016 FES uçot dərəcəsini dəyişməyib

21 Sent 2016 Qızıl 3 dollardan çox ucuzlaşıb

20 Sent 2016 Dollar bu gün neçəyə satılır - Rəsmi məzənnə

16 Sent 2016 SOCAR-ın səhmləri satışa çıxarıla bilər

09 Sent 2016 “Manatın ucuzlaşması qaçılmazdır” - VİDEO

08 Sent 2016 Manatın rəsmi məzənnəsinin mənası nədir ?

08 Sent 2016 Qızıl bahalaşdı

01 Sent 2016 Azərbaycan nefti 47 dollara düşüb

31 Avq 2016 Dollar sürətlə bahalaşır

Xəbər lenti