Bu gün Milli Gimnastika Arenasında idman gimnastikası üzrə final görüşləri keçiriləcək.

Axar.az xəbər verir ki, kişi və qadınların yarışında hər növdə 6 ölkənin idmançıları yarışacaq.   Kişilər arasında paralel qollar final görüşündə isə həmyerlimiz Oleq Stepko medal qazanmaq üçün meydana çıxacaq. Bundan başqa həmyerlimiz dayaqla tullanma və gimnastika atı və həlqələr üzrə final yarışında mübarizə aparacaq.   Qadınların yarışında isə həmyerlilərimiz finala vəsiqə qazana bilmədikləri üçün iştirak edə bilməyəcəklər

16:39   İdman gimnastikası üzrə kişilər arasında sərbəst hərəkətlər yarışlarının qalibi bəlli olub. İspaniya təmsilçisi Zapata Santana 15,333 xal toplayaraq I Avropa Oyunlarının qızıl medalını qazanıb. İkinci yeri 15,100 xalla 27 yaşlı Almaniya təmsilçisi Fabian Hambuexen tutub. Bürünc medalı isə 1500 xalla Rusiya idmançısı David Belyavski qazanıb.   ***   İdman gimnastikasında final yarışları davam edir.   Qadınlar arasında keçirilən dayaqla tullanma yarışlarının qalibləri məlum olub. İsveçrəli idmançı Giulia Steinqruber 14,999 xalla bütün rəqiblərini qabaqlayaraq Avropa Oyuunlarının qızıl medalını qazanıb. Gümüş medalı isə Rusiya idmançısı, əslən erməni olan Seda Tutxalyan qazanıb. O, 14,683 xal toplaya bilib. Bürünc mmedalın sahibi isə Hollandiya idmançısı olub. 18 yaşlı Lisa Top 14,016 xal toplayaraq turniri üçüncü başa vurub.   16:55   İdman gimnastikası üzrə kişilər arasında keçirilən gimnastika atı yarışlarının qalibləri məlum olub. Qızıl medalı 14,966 xalla lovakiya idmançısı Saso Bertonlej qazanıb. Turnirin gümüş medalını isə həmyerlimiz Oleq Stepko qazanıb. Idmançımız 14,600 xallıq nəticə göstərərək Avropa Oyunlarının gümüş medalına sahiblənib. Üçüncü yeri isə Böyük Britaniya idmançısı qazanıb. Brinn Bevan 14,200 xal toplayaraq bürünc medalla kifayətlənib.   ***   İdman gimnastikası yarışlarında kişilərin halqalar üzrə mübarizəsində qalib adlar bəlli olub.   Qızıl medalı yunanıstanlı Petrounias Eleftherios qazanıb. O, 15,633 xal toplayaraq oyunların qızıl medalını qazanıb. Ikinci yeri isə rusiyalı gimnast Nikita İqnatyev qazanıb. Bürünc medalı isə türkiyəli idmançı İbrahim Çolak qazanıb. Həmyerlimiz Oleq Stepko göstərdiyi nəticə ilə 4-cü olub.   17:55   İdman gimnastikası yarışlarında qadınlar arasında müxtəlif hündürlüklü qollar üzrə I Avropa Oyunlarının qalibləri məlum olub. Qızıl medalı gözlənildiyi kimi, olimpiya oyunlarının qalibi, rusiyalı idmançı Aliya Mustafina qazanıb. O, 15,400 xal toplayaraq bütün rəqiblərini geridə qoyub. İkinci yeri isə 15,200 xalla almaniyalı gimnast Sofie Şeder qazanıb. Rumıniya idmançısı İridon Andrea 12,800 xalla bürünc medalı qazanıb.   18:27   İdman gimnastikası yarışlarında kişilər arasında dayaqla tullanma üzrə qaliblər məlum olub.   Ukrayna təmsilçisi Oleq Vernyayev bütün rəqiblərini qabaqlayaraq 15,266 xalla I Aropa Oyunlarının qızıl medalına layiq görülüb. Hollandiya təmsilçisi Kasimir Şmidt isə 15,116 xallıq nəticə ilə gümüş medalı qazanıb. Həmyerlimiz Oleq Stepko isə üçüncü olub. O, 14,966 xalla bürünc medalı qazanıb.   Xatırladaq ki, Stepko bununla da medal sayını ikiyə çatdırıb.   ***   İdman gimnastikası yarışlarında qadınlar arasında gimnastika tiri üzrə qaliblər məlum olub. Hollandiyalı xanım idmançı Lieke Vevers 14,200 xal toplayaraq turnirin baş mükafatını qazanıb. Rumıniyalı gimnast İridon Andrea 14,000 xalla ikinci olub. Bürünc medal isə İsveçrəyə gedəcək. Bu ölkənin gimnasdtı Giulia Steinqruber 13,700 xal toplaya bilib.   19:37   İdman gimnastikası yarışlarında kişilər arasında paralel qollar üzrə qaliblərin adı bəlli olub. Həmyerlimiz Oleq Stepko 15,733 xalla I Avropa Oyunlarının qızıl medalını qazanıb. Bununla da idmançımız medalların sayını 5-ə çatdırıb. İkinci yeri 15,700 xalla Rusiya idmançısı David Belyavskiy qazanıb. Bürünc medalı isə 15,600 xalla Rumıniya idmançısı Marius Berbekar qazanıb.   ***   İdman gimnastikası yarışlarında qadınlar arasında sərbəst hərəkətlər üzrə qaliblər məlum olub. İsveçrə idmançısı Giulia Steinqruber 14,266 xalla fəxri kürsünün ən yüksək pilləsini tutub. Rusiyalı gimnast Aliya Mustafina cüzi fərqlə - 14,200 xalla ikinci olub. Bürünc medalı isə 13,800 xalla Hollandiya təmsilçisi Lieke Vevers qazanıb.

Bölməyə aid digər xəbərlər

01 İyun 2022 “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi

21 May 2018 ÇL-in qrupunda birbaşa oynayacaq 26 komanda – “Qarabağ” nə vaxt başlayır?

06 Fev 2018 İngiltərə çempionatında qış fasiləsi tətbiq oluna bilər

05 Fev 2018 “Milan”ın sahibi əvəzlənməlidi - Berluskoni qayıdacaq?

05 Fev 2018 Boks olimpiada proqramından kənarlaşdırıla bilər

01 Noy 2016 Dünyanın ən yaxşı oyunçusunu həm də azarkeşlər seçəcək

28 Okt 2016 Sarridən İquaynla bağlı maraqlı açıqlama

25 Okt 2016 Millimizin sabiq baş mәçqçisi vəfat etdi

25 Okt 2016 "Qızıl top"a namizədlər açıqlandı - siyahı

18 Okt 2016 Bu biabırçılığı da yaşadı - “Mançester Yunayted”

17 Okt 2016 Cavid Hüseynov "Qəbələ" klubu ilə müqavilə bağladı

15 Okt 2016 Messi, Suares və Neymar belə “döyüldü” - Video

14 Okt 2016 Didye Droqba "Napoli" yolunda

13 Okt 2016 Millimizin futbolçuları Norveç və Çexiya ilə oyunlardan nə qədər qazandı?

13 Okt 2016 Yığmamız dünya çempionatına gedir

10 Okt 2016 "Neftçi" klubu fəaliyyətini dayandırdı

10 Okt 2016 Məhşur furtbolçunun anasını təhdid edirlər: “Oğlunuz öldürüləcək”

09 Okt 2016 “Barselona”Arda Turanı 50 milyona satır?

09 Okt 2016 Rövnəq Abdullayev: “Hələ belə bir şey olmamışdı”

09 Okt 2016 Azərbaycan futbolçusu Stiven Siqalı tanımayaraq təhqir etdi

03 Okt 2016 “Barsa”lıları ələ saldı - Keçmiş “Real”lı

23 Sent 2016 Əfsanəvi futbol ulduzu Bakıya gəlir

22 Sent 2016 Güləşçimiz hərbçilərin dünya çempionatında hakim haqsızlığı ilə üzləşib

21 Sent 2016 Millimiz Sloveniyada heç-heçə edib

19 Sent 2016 Yunanıstanda qapıçı döyülərək klubdan qovulub

17 Sent 2016 "Terim nə vaxt qulağımızı çəkib də dediyini etməmişik?" - Arda

09 Sent 2016 “Red Bull”a görə Boykota hazırlaşırlar

06 Sent 2016 Mourinyo Qvardioladan geridə qaldı

03 Sent 2016 Klopp əclafdı! - Məşhur menecer

01 Sent 2016 Bekkenbauerə qarşı ittiham - Dələduzluq, mənimsəmə...

Xəbər lenti