Futbol üzrə Türkiyə çempionatının 2014/2015 mövsümümün qalibi bəlli olub.

 Teleqraf.az-ın məlumatına görə “Qalatasaray”klubu sona 1 tur qalmış çempionluğunu rəsmiləşdirib. 

Səfərdə "Akhisar"ın qonağı olan "Bursaspor" minimal hesablı qələbəyə sevinib. Josuenin matçın 60-cı dəqiqəsində penaltidən vurduğu qol Bursa təmsilçisinə qələbə qazandırıb - 1:0. 
Günün maraqla gözlənilən oyunu "Başakşəhər" və "Fənərbaxça" komandaları arasında baş tutub. Gərgin keçən oyunda qalib müəyyənləşməyib. 0:2 hesabı ilə geriyə düşən "sarı-lacivərdlilər" matçın sonlarında bərabərlik qolunu vura biliblər. Lakin çempionluq iddiasını davam etdirməsi üçün "Fənərbaxça"nı bu görüşdə yalnız qələbə qane edirdi.
 
Oyunun 90+5-ci dəqiqəsində "Fənərbaxça"nın qapısına 11 metrlik cərimə zərbəsi təyin olunsa da, meydan sahibləri bundan yararlana bilməyiblər. Bununla belə, matçın sonlarında "Fənərbaxça" 3 futbolçusu meydandan qovulub. Buna qədər isə Mehmet Topuz qırmızı vərəqə alaraq vaxtından əvvəl paltardəyişmə otağına yollanıb. "Fənərbaxça"nın bütün cəhdlərinə baxmayaraq komanda qələbə qolunu vurmağı bacarmayıb. Oyun 2:2 hesabı ilə başa çatıb. 

Bu heç-heçə "Qalatasaray"ın işinə yarayıb. Dünən evdə "Beşiktaş"ı 2:0 hesabı ilə məğlub edən "Cim Bom" turnir cədvəlində ən yaxın izləyicisi "Fənərbaxça"nı 6 xal qabaqlayırdı. "Fənərbaxça"nın "Başakşəhər"lə 2:2 bərabərə qalmasından sonra xal fərqi 5-ə enib. Bununla da, "Qalatasaray" sona bir tur qalmış bütün rəqibləri üçün əlçatmaz olub. Beləliklə, son turun nəticələrindən asılı olmayaraq "Qalatasaray" növbəti çempionluğunu rəsmiləşdirib.  

 25 may

Türkiyə superliqası, 33-cü tur 

"Akhisar" - "Bursaspor" - 0:1
Qol: Josue, 60-pen (0:1)

"Başakşəhər" - "Fənərbaxça" - 2:2
Qollar: Batdal, 53, (1:0), 62 (2:0), Dieqo, 81 (2:1), Vebo, 88 (2:2)
Qırmızı vərəqələr: M.Topuz, 84, B.Alveş, 90+2, Caner, 90+3, Vebo, 90+6 (hamısı "Fənərbaxça") 

  24 may

"Qaziantepspor" - "Eskişehirspor" - 3:2
Qollar: Kamara, 7 (1:0),  Çibuke, 9 (2:0), kamare 59 (3:0), Öztürk, 63 (3:1), Şentürk, 73 (3:2)

"Karabükspor" - "Sivasspor" - 2:1
Qollar: Yılmazer, 28 (0:1), Özek, 72 (1:1), Sou, 76 (2:1)

"Qalatasaray" - "Beşiktaş" - 2:0
Qollar: Yasin Öztekin, 11, Sneyder, 81

 23 may 


"Kasımpaşa" - "Kayseri Ərciyəsspor" - 3:3
Qollar: Torun, 14 (1:0), Zoua, 43 (1:1), Edinyo, 46 (1:2), Çağlayan, 57 (1:3), Donk, 76 (2:3), Malki, 85 (3:3)

"Konyaspor" - "Rizəspor" - 1:1
Qollar: Kveuke, 20 (0:1), Ranqelov, 90+2 (1:1)

"Trabzonspor" - "Balıkəsirspor" - 3:2
Qollar: Çeviker, 28 (0:1), Medjani, 35 (1:1), Kardozo, 50 (2:1), Atasevən, 69 (2:2), Kardozo, 85 (3:2)

 22 may

"Gənclərbirliyi" - "Mersin" - 1:2
Qollar: İ.Kahveci, 37 (1:0), Velliton, 60 (1:1), Nakoulma, 79 (1:2)

 

Bölməyə aid digər xəbərlər

01 İyun 2022 “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi

21 May 2018 ÇL-in qrupunda birbaşa oynayacaq 26 komanda – “Qarabağ” nə vaxt başlayır?

06 Fev 2018 İngiltərə çempionatında qış fasiləsi tətbiq oluna bilər

05 Fev 2018 “Milan”ın sahibi əvəzlənməlidi - Berluskoni qayıdacaq?

05 Fev 2018 Boks olimpiada proqramından kənarlaşdırıla bilər

01 Noy 2016 Dünyanın ən yaxşı oyunçusunu həm də azarkeşlər seçəcək

28 Okt 2016 Sarridən İquaynla bağlı maraqlı açıqlama

25 Okt 2016 Millimizin sabiq baş mәçqçisi vəfat etdi

25 Okt 2016 "Qızıl top"a namizədlər açıqlandı - siyahı

18 Okt 2016 Bu biabırçılığı da yaşadı - “Mançester Yunayted”

17 Okt 2016 Cavid Hüseynov "Qəbələ" klubu ilə müqavilə bağladı

15 Okt 2016 Messi, Suares və Neymar belə “döyüldü” - Video

14 Okt 2016 Didye Droqba "Napoli" yolunda

13 Okt 2016 Millimizin futbolçuları Norveç və Çexiya ilə oyunlardan nə qədər qazandı?

13 Okt 2016 Yığmamız dünya çempionatına gedir

10 Okt 2016 "Neftçi" klubu fəaliyyətini dayandırdı

10 Okt 2016 Məhşur furtbolçunun anasını təhdid edirlər: “Oğlunuz öldürüləcək”

09 Okt 2016 “Barselona”Arda Turanı 50 milyona satır?

09 Okt 2016 Rövnəq Abdullayev: “Hələ belə bir şey olmamışdı”

09 Okt 2016 Azərbaycan futbolçusu Stiven Siqalı tanımayaraq təhqir etdi

03 Okt 2016 “Barsa”lıları ələ saldı - Keçmiş “Real”lı

23 Sent 2016 Əfsanəvi futbol ulduzu Bakıya gəlir

22 Sent 2016 Güləşçimiz hərbçilərin dünya çempionatında hakim haqsızlığı ilə üzləşib

21 Sent 2016 Millimiz Sloveniyada heç-heçə edib

19 Sent 2016 Yunanıstanda qapıçı döyülərək klubdan qovulub

17 Sent 2016 "Terim nə vaxt qulağımızı çəkib də dediyini etməmişik?" - Arda

09 Sent 2016 “Red Bull”a görə Boykota hazırlaşırlar

06 Sent 2016 Mourinyo Qvardioladan geridə qaldı

03 Sent 2016 Klopp əclafdı! - Məşhur menecer

01 Sent 2016 Bekkenbauerə qarşı ittiham - Dələduzluq, mənimsəmə...

Xəbər lenti