“Beynəlxalq Bank işi”ndə yeni sensasion məlumatlar yayılıb. Məlum olub ki, Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva bankirin həbsindən 1 il öncə ölkədən gedib. İstintaqda olan məlumata görə, Z.Hacıyeva Londona gedib.

Teleqraf.az  xəbər verir ki, “Yeni Müsavat”ın yazdığına görə, Z.Hacıyeva barədə məhkəmə qərarından belə məlum olur ki, o, xeyli müddət əvvəl - 15 noyabr 2014-cü ildə Bakını tərk edib və bu günə qədər də geri qayıtmayıb. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib və barəsində axtarış elan olunub. R.Usubovun imzaladığı həbs sanksiyasında Zamirə Hacıyeva mütəşəkkil cinayətkar dəstənin üzvü olmaqda, korrupsiyada - Beynəlxalq Bankdan sənəd təqdim etmədən kreditkartı götürməkdə və həmin kartdan müxtəlif postterminallar və internet ödənişlər vasitəsilə, ümumilikdə 18 milyon manat pul çıxarmaqda ittiham olunub. Ancaq göründüyü kimi, Cahangir Hacıyevin həyat yoldaşı hələ Beynəlxalq Bankın işi üzrə həbslərin başlamasından əvvəl ölkəni tərk edib və onun saxlanılması mümkün olmayıb.

Hakim Turqay Hüseynovun imzaladığı qərarda qeyd olunur ki, CM-nin 179.3.1 və 179.3.2 maddələri ilə ittiham olunan Zamirə Şirəli qızı Hacıyeva “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsində işləyən əri Hacıyev Cahangir Feyzi oğlunun bir neçə cinayətinin törədilməsi üçün bankın bir neçə filialının müdiri ilə birgə cinayət əlaqəsinə giriblər. 2009-cu ildən 2015-ci ilə qədər 18 milyon 429 min manat mənimsəyiblər.

Qərardan aydın olur ki, Z.Hacıyeva ölkəni Bakı Hava Limanı vasitəsi ilə 15 noyabr 2014-cü ildə tərk edib. Həmin tarixdən 27 may 2016-cı ilə qədər istintaqçıların bankirin həyat yoldaşına sualları olmayıb. Həmin tarixdə isə Z.Hacıyeva külli miqdarda mənimsəmədə təqsirli bilinərək barəsində CM-in 179 3.1 və 179.3.2 maddələri ilə təqsirləndirlən şəxs qısmində cəlbetmə qərarı qəbul edilib. Lakin Zamirə Hacıyeva ölkədə olmadığından ona ittiham elan edilməsi mümkün olmayıb və bu səbəbdən də Nərimanov Rayon Məhkəməsinə təqdimat verilməklə barəsində həbsli axtarış elan edilməsi haqda qərar verilməsi xahiş olunub. Qərara görə, Z.Hacıyeva saxlanılacağı təqdirdə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçiləcək.

Z.Hacıyevanın barəsindəki qərara diqqət etsək, maraqlı məqamlar üzə çıxır. C.Hacıyev Beynəlxalq Banka rəhbərlik etdiyi dövrdə onun ailə üzvü yarıdan çoxu dövlətə məxsus olan bankın pullarını şəxsi vəsaiti kimi sağa-sola xərcləyib. Həmin dövrdə bankda dövləti təmsil edən Maliyyə Nazirliyinin müvafiq qurumlarının nə işlə məşğul olduqları bilinmir.

Bölməyə aid digər xəbərlər

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

20 Avq 2019 "Tvitter"dən dövlət KİV-lərinə QADAĞA

20 Avq 2019 ABŞ-a XƏBƏRDARLIQ: bu müharibə başlayarsa... - DƏHŞƏTLİ SSENARİ YAZILDI

Xəbər lenti