Mirmahmud Mirəlioğlu: “Bizi bu oyuna salmışdılar və bu oyun bu gün də davam edir”

Milli Şuranın fəxri sədri, Rusiya paytaxtında yaşayan xalq yazıçısı, kinorejissor Rüstəm İbrahimbəyovun qardaşı  Maqsud İbrahimbəyovun dəfn mərasimində iştirak etmək üçün Azərbaycana gəlməsi bir çox müammaların aydınlaşdırılmasına səbəb oldu. Milli Şuranın prezidentliyə namizədi olan və namizədliyi qeydə alınmadıqdan sonra Azərbaycana gəlişi yasaqlandığı bildirilən Kinorejissorun rahat şəkildə Azərbaycana gələ bilməsi ona qarşı olan əngəllərin olmadığını aşkara çıxartdı.

Milli Şuranın bir çox üzvlərinin M.İbrahimbəyovun yas mərasimində iştirak etməsi müxalifət düşərgəsində müsbət qarşılanmayıb. Bir zamanlar müxalifətə qarşı kəskin mövqedə dayanan və hətta jurnalist Elmar Hüseynovun başını kəsməyə çağrışlar etmiş bir adamanın yas mərasimində iştirak edən müxalifətçilər düşərgənin bir çox fəalları tərəfindən qınanılıb.

Məsələ ilə bağlı  "Yeni Müsavat"a münasibət bildirən KXCP sədri Mirmahmud Mirəlioğlu  bildirdi ki, yas mərasiminə qatılmayıb: “Maqsud İbrahimbəyovla parlamentdə olmuşuq, 5 il də bir yerdə işləmişik. Lakin Maqsud İbarhimbəyovun nə parlament fəaliyyəti, nə insani münasibəti şərtləndirməyib ki, mən onun yasında iştirak edim. Yəni onu haqq eləməyib. Hətta bizim yaxşı mənada bəzi toqquşmalarımız da olub. Məsələn, İntizam komissiyasında Rəsul Quliyevin mandatdan məhrum edilməsi məsələsində məşhur çıxışlarımız, toqquşmalarımız olub. Özü etiraf etdi ki, hətta sonuncu kitabımın sponsoru Rəsul Quliyev olsa da, onu müdafiə etməyə cəsarətim çatmadı və mənə təşəkkür etmək istədi. Lakin mən onun təşəkküründən imtina etmişəm ki, cəsarətsiz adamın təşəkkürü gərək deyil. İndi o, haqq dünyasındadır”.

KXCP sədri hesab edir ki, bu kimi polemikanın aparılması ölkədə mövzu qıtlığından irəli gəlir və fikri yayındırmağa xidmət edir: “Toy-yas məclisləri həm adət-ənənədir, həm də haqq eləməkdir. Məsələn, o qədər haqq eləməyən adam var ki, Fəxri Xiyabanda dəfn olunub”

M.Mirəlioğlu əlavə etdi ki, R.İbrahimbəyovun gəlişi ilə əlaqədar yas məclisində iştirak bir başqa məsələdir: “Əgər ölkədə doğrudan-doğruya normal münasibətlər olsaydı - bu məsələdə daha çox təcrübəsi olan, daha çox başsağlığı qəbul edən və cəmiyyətdə tanınanlardan biri kimi deyirəm - onda hamı bir-birinin yasında iştirak etməliydi. Məsələn, KXCP Heydər Əliyevin dəfn mərasimində iştirak haqqında qərar qəbul edib.  Heydər Əliyev Elçibəyin vida mərasimində iştirak etdiyinə görə biz özümüzə orada iştirak etməyi borc bilmişik. Amma Maqsud İbrahimbəyov məsələsi sıradan bir məsələdir”.

KXCP sədri sualımızın cavabında bildirdi ki, R.İbrahimbəyov prezident seçilə bilməzdi: “Ona görə ki, bizi bu oyuna salmışdılar və bu oyun bu gün də davam edir. Əslində onun namizədliyinin irəli sürülməsi İlham Əliyevin prezident seçilməsinə çox böyük kömək etdi. Həm də müxalifətdən kimsənin irəli durmamasından ötrü hazırlanan proje idi və uğurla yerinə yetirildi”.

KXCP sədri necə hesab edir, M.İbrahimbəyovun yasında iştirak edən Cəmil Həsənli haqlıdır, yoxsa iştirak etməyən Əli Kərimli? M.Mirəlioğlu: “Məncə, iştirak edənlər daha çox haqq qazanırlar. Ona görə ki, bu, bir adət-ənənə və insani borcdur. Cəmil bəy fikrini açıqlayıb, oxumuşam. Eldənizin açıqlaması ilə isə qətiyyən razı deyiləm. İnciməsin, o, artıq bir yamaq kimi görünür. Amma Cəmil Həsənli iştirak etməli idi. Əli Kərimli isə özü bilər”.

Bölməyə aid digər xəbərlər

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

20 Avq 2019 "Tvitter"dən dövlət KİV-lərinə QADAĞA

20 Avq 2019 ABŞ-a XƏBƏRDARLIQ: bu müharibə başlayarsa... - DƏHŞƏTLİ SSENARİ YAZILDI

Xəbər lenti