Pənah Hüseyn: “Antiböhran koalisiyası hərəkat formasında inkişaf edə bilər” 

“Mətbuatda antiböhran koalisiyası barədə gedən yazıları oxuyuram. Orada bəzi dəqiqləşdirmələrə ehtiyac var. Çünki ümumiyyətlə, koalisiyaya daxil olan partiyaların, ayrı-ayrı şəxslərin açıqlamalarında müəyyən fərqliliklər var. Bu da onunla bağlıdır ki, bir ideya kimi də, təşkilat ideyası kimi də tam formalaşmayıb. Həm də müxtəlif təsəvvürlər qorunub saxlanır”. AXP sədri Pənah Hüseyn müxalifətin yaratdığı antiböhran koalisiyasının tədbirlərinə münasibət bildirərkən belə deyib. 

O, “Yeni Musavat”a açıqlamasında bildirib ki, koalisiya ideyasının hazırda tam konturları müəyyənləşməyib:“Xüsusən də keçirilən tədbirlər  təşkilatçılıq koalisiyaya daxil olan qüvvələrin olsa da, bu, faktiki olaraq ictimai toplantılar kimi keçirilir. Orada antiböhran koalisiyasına daxil olmayan xeyli şəxslər də iştirak edir. O ayrıca bir ictimai-siyasi təsisat kimi formalaşmaqdadır. Və koalisiya ideyasının hazırda tam konturları müəyyənləşməsə də, əslində müsbət cəhət xalq hərəkatı tipli bir prosesə stimul verməsidir. 

Çünki fevralın 21-dəki toplantı böhranla əlaqədar ikinci toplantı idi. Orada çıxış edənlər, o cümlədən ekspertlərin çıxışlarında proseslərin getdikcə daha çox hərəkat formasında inkişaf edəcəyi fikirləri səslənirdi. 

Bu, həmin toplantının bəyanatında da öz əksini tapdı. Koalisiyanın apardığı işin nəticələri bu toplantılar hesab oluna bilər. Bu ideyanın yayılması hesab oluna bilər. Kifayət qədər siyasi partiya, ictimai birlik ictimai-siyasi xadimlərin bir araya gəlməsi, təxminən 400-ə yaxın adamın iştirakı ilə ölkədəki ictimai-siyasi vəziyyəti xarakterizə edən, bu konturları müəyyən edən, istər iqtidara, istər müxalifətə münasibətləri müəyyənləşdirən fikirlərin konkret sənədlər formasında ortalığa qoyulması da nəticələrdəndir.

Yerlərdə böhran masaları, xalq komitələri tipli təşəbbüslərin olması barədə də informasiyalar gəlir. Xalq toplantılarının açıq havalarda keçirilməsi və ola bilər ki, aksiyalar növbəti fəaliyyət formalarından biri kimi yaxın dövrdə gündəmə gələcək. Çünki axırıncı toplantıda bu fikir xeyli şəxs tərəfindən səsləndi. 

Məncə, xeyli realdır ki, bu formada tədbirlər keçirilsin. Müxalifətin birləşməsi məsələsi, siyasi müxalifət arasında münasibətlərin normallaşdırılması təşəbbüsü də var. O baxımdan, mən elə hesab edirəm ki, hələlik təşkilati forma kimi iki fərqli qurum var. Onlardan biri həmin koalisiyadır ki, yalnız bəyan olunub, təsis sənədləri də yoxdur.

İkincisi isə ictimai toplantılardır ki, orada koalisiyada tərəf kimi iştirak edir. O baxımdan, mənə elə gəlir ki, ilkin bir ideya kimi və onun reallaşmasında ilkin nəticələr var. Proseslərin inkişafından asılı olaraq, fərqli, yeni bir situasiyalar yarana bilər, bu da istisna olunmur”.

Antiböhran koalisiyalarının cəmiyyətdə tərpəniş yaradacağı barədə ehtimallara gəlincə isə P.Hüseyn qeyd edib ki, cəmiyyətdə ictimai-siyasi fəallıq artır: “Bu koalisiyaya onun ifadəsi kimi baxılmalıdır. Son dövrlərdə ilk dəfədir belə proses baş verib. Sadəcə olaraq, siyasi partiyalar və yaxud vətəndaş cəmiyyəti təşkilatları, cəmiyyətin fəalları cəmiyyəti hərəkətə gətirmək hədəfi, məqsədi qarşıya qoyurlar, müəyyən tədbirlər keçirirlər, fəaliyyət göstərirlər. Bu tədbirlərdə də, koalisiyada da cəmiyyətdə yaranmış sosial-iqtisadi böhranın əlaməti var. Amma əslində bu proses Azərbaycanda çoxdan yetişib. Buna ictimai-siyasi fəallığın özünün nəticəsi kimi baxılmalıdır. Təbii ki, bu, əks-təsir göstərəcək. 

Burada məqsədlərdən biri də ondan ibarətdir ki, faktiki olaraq mümkün qədər ideoloji, ayrı-ayrı geosiyasi fərqliliklərdən, yaxın tariximizə diametral fərqli münasibətlərdən asılı olmayaraq açıq sistem, açıq tipli bir model olsun. Belə olsun ki, ölkənin demokratik qüvvələri birləşə bilsin. Hətta prinsip etibarı ilə proseslər inkişaf edəcəksə, ölkədə ciddi köklü islahatlar istəyən bütün qüvvələrin təmsil olunacağı bir model ortaya qoyulmalıdır. Bu da hansısa bir fəaliyyətin nəticəsi kimi alına bilməz. Sosial sifariş var. Bu baxımdan, bu fəallığın nəticəsidir. 

Təbii ki, stimullaşdırıcı əks təsirlər olacaq. Siyasi cəhətdən isə əlbəttə ki, koalisiyanın təsis sənədləri üzərində iş gedir. Belə bir sənədlər geniş toparlayıcı bir ideyadır. Yaranmış indiki bu böhran çağırışları, ölkənin regiondakı geosiyasi problemlər, ölkənin müstəqilliyi üçün təhdidlərin artmasına Azərbaycan cəmiyyətinin, xalqının bir reaksiyası kimi də baxmaq olar. Nə dərəcədə adekvatdır bu reaksiya, bu da proseslərin gedişində məlum olacaq”.

Qeyd edək ki, bu antiböhran koalisiyasına müxalifətin bütünlüklə cəlb edilməsi barədə işlərin görüldüyü də bildirilir. Yayılan xəbərlərdə göstərilir ki, P.Hüseyn bu istiqamətdə danışıqlar aparır. “Müxalifəti birləşdirmək ideyaları ambisioz səslənir. Mənim fikrimcə, yanaşma baxımından doğru deyil. Müxalifət ictimai-siyasi fəallığın artması ilə birləşdirilə bilər. Kimlərinsə vasitəçiliyi, yaxud ayrı-ayrı müxalifət liderlərinin təşəbbüsləri ilə birlik yaranmır. Təəssüf ki, bu, göründü, son illərdə nəinki bu birlik yarandı, əksinə, siyasi müxalifət arasında xüsusən bölünmələr, parçalanmalar, ayrılmalar dərinləşdi. Azərbaycanda siyasi müxalifətdə böhran dibə çatıb və yüksəliş başlayıb. 

Bu yüksəlişin də əsası ayrı-ayrı insanlardan siyasətçilərdən daha çox cəmiyyətdəki siyasi fəallığın yüksəlməsidir. İnanıram ki, həmin ictimai-siyasi fəallığın nəticələrindən biri olaraq biz yaxın dövrdə, yaxın aylarda müxalifətin də bir araya gəlməsində yeni prosesin və mərhələnin şahidi olacağıq” deyə, P.Hüseyn iddialara münasibətini açıqlayıb. 

Bölməyə aid digər xəbərlər

27 Apr 2024 Bazar günü Bakıda 31 dərəcə isti olacaq

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

20 Avq 2019 "Tvitter"dən dövlət KİV-lərinə QADAĞA

Xəbər lenti