Millət vəkili Zahid Oruc son çıxışları ilə bağlı “Qafqazinfo”ya müsahibə verib

- Son günlər baş verən hadisələrlə bağlı bir çoxları öz mövqelərini səsləndirir. Ancaq sizin açıqlamalarınız digərlərindən sərtliyi ilə fərqlənir. Çoxları sizdən bu cür sərt açıqlamalar eşitdiklərinə təəcüblənib. Siz necə düşünürsünüz?

- Əslində ölkə başçımızın son müşavirədə mövqeyi hər kəsdən daha sərt idi. Struktur islahatları ilə bağlı danışarkən yaradılmış “ölü canlar”dan və orada mənimsənilən dövlət vəsaitindən, tenderlərdəki qeyri-şəffaflıqdan və tikinti işlərindəki talançılıqdan həmçinin qiymət artımlarını doğuran səbəblərdən danışarkən məgər ölkə başçısı bu gün xalqın düşündüklərini dilə gətirmirdimi? Ona görə biz zatən gerçək problemləri neft sonrası dövrdə həll etmək üçün yeni yollar təklif etməklə dövlətimizin hər zamankı kimi yanındayıq, onunla birgəyik. Həqiqət əks cinahın və fürsətcil müxalif qüvvələrin inhisarında deyil ki, ondan yalnız konkret partiyalar danışsın.

 - Verdiyiniz açıqlamalarla sizi devalvasiyanın yeni müxalifəti adlandırırlar. Bu məqamda müxalifətin tərəfinə keçmək fikriniz varmı?

- Dünyada devalvasiyaya müxalifət olmayan xalq yoxdur. Halbuki, mən birinci fevral tədbirinin maliyyə-iqtisadi zərurətlərini parlamentdə müdafiə edən yeganə şəxs idim. Onda hamı bizi süngüyə taxmağa hazır idi. İndi isə təkliflərimiz yeni dövrə keçid edən bir ölkədə qan-qadasız bütün işlərin ulu öndərin qurduğu sistemlə getməsi üçün danışırıqsa, buna başqa ad vermək doğru deyil.

O ki, qaldı hansısa siyasi düşərgəyə keçməyə, son 23 ildə sabit bir əqidəylə yaşayan və yalnız bir lider tanıyan və Heydər Əliyevin nəhəngliyini min dəfələrlə yazılarında və ruhunda təkrarlayan adama o sual artıqdır. Bizim hamımız son damla qanımıza qədər İlham Əliyevin yolundayıq. Onun tarixi missiyasını əvəz edəcək lider Azərbaycanda yoxdur. Cəmi 5 gün əvvəl bu haqda böyük bir yazım vardı. Onunla tanış olanda da yeni dövrə bağlı bütün ziddiyətləri aradan qaldıracaq və dəyişiklikləri bərqəarar edəcək şəxsiyyətin, birləşdirici bir insanın məhz İlham Əliyev olduğunu qeyd etmişəm. Azərbaycan insanı bütün varlığı əmindir ki, bu vəziyyətdən də uğurla çıxmamızın zəmanəti bir liderin-İlham Əliyevin iradəsi və əzmindədir.

 - Belə iddialar var ki, hakimiyyətdaxili qruplaşmalar bu şəraitdə hərəkətə keçib və siz də həmin qruplaşmaların biri kimi çıxış edirsiniz, yəni onların sözünü deyirsiniz...

- Heç zaman belə qrupları tanımamışam və doğrusu, hansı koordinat sistemində adımın getdiyini də bilmirəm. Yanlış bölgüdür. Azərbaycanda vahid bir komanda düsturunu sizə deyim- o da əməlinlə Heydər Əliyevə sədaqətli olmalısan.  

- İlk dəfə aksiyalarla bağlı verdiyiniz açıqlamada sonra bir qədər yumşaq dəyişikliklər edildi. Bunu sizmi etdiniz, yoxsa dəyişilməsi üçün hansısa təzyiqlərmi oldu? 

- Dövlətin bütün ictimai və siyasi prosesləri, həmçinin qiymət artımlarından doğan vəziyyətə tam nəzarət etməsinə heç kəsin şübhəsi yoxdur. Bizim fikirlərimiz hökumət və məmurların, həmçinin hər əqidə sahibinin, bu dövlətdən faydalanan insanların xalqın qarşısında olmasına dair idi. Ona görə də korrektələr hər bir rəsmi qərarın bizim üçün də hərəkət düsturu olması ilə bağlıdır. 

- İcra başçıları ilə bağlı müxtəlif fikirlər səsləndirirsiniz. Siz özünüz seçilmiş olduğunuz Bərdə rayonunda icra başıçısı ilə mütəmadi əlaqə saxlayırsınızmı? Hazırda Bərdədə qiymət artımı ilə bağlı vəziyyət necədir? 

- Hər zaman insanlarımızın yanında olmuşam. Sadə el diliylə desək,”qara fəhlə” kimi. Hazırda Bərdədə həyat normal ahəngindədir. Bununla bərabər görüləsi yüzlərlə iş var. Hökumət bunları bilir. Cənab prezident ən çox qayğısını məhz Bərdəyə göstərib. Çünki ora Qarabağın bir məbədi,qalasıdır. Bərdədə yanan çıraq erməniləri kor edir. Ona görə çox az bir zaman qalıb ki,bütün kəndlərin qazlaşması başa çatsın. 

Yerli rəhbərliklərlə heç bir şəxsi problemim yoxdur. Lakin irəli sürdüyümüz təkliflər böyük büdcələrə dayanan ölkələrin təcrübəsinə dayanır. Buna böyük potensial var. Ümid edirəm ölkə başçısının hökuməti səfərbər etməsi ən qısa zamanda problemləri çözməyə xalqa imkan verəcək və keçmişdəki inkişaf xəttini davam etdirmək mümkün olacaq.

Bölməyə aid digər xəbərlər

04 May 2024 ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq

27 Apr 2024 Bazar günü Bakıda 31 dərəcə isti olacaq

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

Xəbər lenti