Yanvarın 15-də “Azadlıq” Siyasi Partiyalar Əməkdaşlıq Mərkəzi ölkədəki iqtisadi böhanla bağlı dəyirmi masa keçirib. Teleqraf.az Musavat.com-a istinadən xəbər verir ki, tədbirdə KXCP, AXP, “Azadlıq”, AMİP və digər partiyaların rəhbərləri iştirak ediblər. 

KXCP sədri Mirmahmud Mirəlioğlu məsələ ilə bağlı bildirib ki, dəyirmi masaya qədər bu partiyalar görüşlər keçirərək, müzakirələr aparıblar: “Biz bir sıra qərarlar əldə etmişik. Hakimiyyətin yarıtmaz siyasətinə etiraz olaraq aksiyalarının keçirilməsi də müzakirə edilib. Həmçinin, böhranın qarşısının alınması üçün təcili antiböhran tədbirləinin keçilməsini tələb etmişik. Biz müxalifətlə iqtidar arasında dialoqun baş tutması və nəticələrin əldə edilməsi üçün dialoqda hakimiyyəti dövlət başçısının təmsil etməsini məsbul saymışıq. Böhrandan çıxış yollarını hakimiyyətlə birgə müzakirə etmək mümkündür. Amma hakimiyyət bundan qaçır. İqtisadi böhran tezliklə siyasi böhranla əvəzlənəcək. Biz bundan təlaşımızı, narahatçılığımızı ifadə etsək də, hakimiyyətdə bunu görmürük”. 

KXCP sədri iqtisadi vəziyyətlə, bizneslə bağlı qüvvəyə minən son qanunların bizneslə bağlı geri oxunduğunu diqqətə çatdırıb. O, əlavə edib ki, bölgələrdə baş verən etiraz aksiyalarından sorna hökumət una, taxıla əlavə dəyə vergisini götürməli olub: “Əhalini aldadaraq bu işi gördü. Baş verənlər monopoliyanın nəticəsidir, Azərbaycan hakimiyyətinin mahiyyətinin nəticəsidir. Bu rejim dəyişməyənə qədər problemlərimiz olacaq”.

"Azadlıq" Partiyasının sədri Əhməd Oruc qeyd edib ki, ölkədəki böhran iqtisadi deyil, sistem böhranıdır:“Biz bir ilə yaxın davam edən dialoqlar zamanı da bunu hakimiyyətə çatdırdıq, neftdən asılılıqdan narahatlığımızı bildirdik. Ancaq hakimiyyət islahatlara getmədi. Dialoq hazırda da ən ağıllı mövqedir. Siyasi partiyaların bir araya gəlməsinə ehtiyac var”.  

AXP sədri Pənah Hüseyn isə qeyd edib ki, baş verənlərdə birbaşa məsuliyyət daşıyan İlham Əliyevdir:“Komanda da onun komandasıdır. Biz öz haqqları uğrunda mübarizəyə çıxan insanlarla həmrəylik nümayiş etdirməliyik. Son həbslərə və repressiyalara etiraz olunmalıdır”. O, həmçinin əhalinin kredit problemindən danışıb vəziyyətin ciddiliyini vurğulayıb: “Burada hamınız təkliflər verirsiz. Bu təklifləri həyata keçirməyə pul yoxdur. Bizi faktiki olaraq oğrular idarə edir, ölkənin sərvətini oğurlayıblar. Təklifim budur ki, birbaşa düşmənlərin qarşısına xalqın mütəşəkkil təşkil olunmuş gücünü qoyaq. Bunu etməsək, ölkədə heç nə olan deyil. Biz bir araya gəlsək, bəlkə bu bəladan az zərərlə qurtaraq”. O, həmçinin dövlət başçısına müraciət etməyi təklif edib. 

Digər çıxış edənlər də müxtəlif təkliflər səsləndiriblər. Dəyirmi masa iştirakçıları yanvarın 24-də toplaşaraq yenidən müzakirə aparmağı qərara alıblar. 

Bölməyə aid digər xəbərlər

04 May 2024 ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq

27 Apr 2024 Bazar günü Bakıda 31 dərəcə isti olacaq

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

Xəbər lenti