Zahid Oruc: Müsavat və AXCP rəhbərliyi çox məmnundur ki, bu yarışlara Devid Kemeron gəlməyib?

“Avropanın bir sıra dövlətlərinin başçılarının Bakı 2015 birinci Avropa Oyunlarının açılış mərasiminə gəlməməsində Müsavat Partiyasının və Milli Şuradan edilən çağırışların rol oynaması barədə iddialar əsassızdır”. Bu barədə Milli Məclisin üzvü Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında bildirib. Z.Orucun sözlərinə görə, bunun belə olmasını daxildə istəyən qüvvələr var. 

Xüsusilə də Milli Şura çevrəsindən arzulayırlar ki, Qərb dövlətləri Azərbaycanda istənilən tədbirə qatılıb-qatılmamalarını onların mövqeləri vasitəsilə müəyyənləşdirsinlər. Onları saysınlar, çağırışlarına ciddi önəm versinlər. Lakin reallıq bu arzulardan tamamilə kənardadır: “Hazırkı dövrdə Qərb dövlətlərinin bir qismi ilə Azərbaycan arasında müxtəlif məsələlərə baxışlarda narahatlıqların və ya ittihamedici mövqelərin olmasının səbəbi sırf müxalifət məsələsi ilə bağlı deyil. Avropa Oyunlarına münasibət bizim üçün həm də beynəlxalq əlaqələr, xarici siyasətlər, maraqlar məsələsini müəyyənləşdirməyin yaxşı bir testinə çevrildi. Həm də Qarabağ üçün bu, çox önəmli idi. Azərbaycan insanının qarşısında növbəti dövr üçün yeni bir mənzərə təqdim olundu. Sabah Füzulidə bir kəndi azad etsək ölkəmizə yönəlik siyasi sanksiyalar, təbliğatlar, ittihamedici informasiya kanallarından gələn axınlar nə olacaq? Artıq bu məsələnin diaqnoz nəticələri ortadadır. Yəni əslində bu məsələnin mahiyyəti, kökü Azərbaycanın uğur qazanacağı istənilən məsələyə münasibətdir.  Hətta hər hansı bir müxalif məktub gedib ünvanına çatsa da - çünki o məktubların ünvanına gedib çatmasına bizim şübhəmiz var - rol oynasa da doğrudanmı, məsələn, Müsavat və AXCP rəhbərliyi çox məmnundur ki, bu yarışlara Devid Kemeron gəlməyib? Həqiqətənmi bu, onları qane edir və ürəkdən sevindirir? Həqiqətənmi bu, hakimiyyətin vəziyyətinə çox öldürücü zərbə vurur və hakimiyyət uğrunda mübarizədə həmin qüvvələrin yolunu açır? Qətiyyən”. 

Deputat vurğuladı ki, bir tərəfdən Azərbaycanda mübarizəyə çıxan idmançıların uğurlarını görüb onların mövqeyindən kiçik də olsa mesajlar verməklə, guya onların tərəfində olduğunu göstərmək, o biri yandan isə bu yarışların üzərinə səlib yürüşləri müşahidə edilir: “Müsavat Partiyasının bu məsələdə mövqeyi yalnız Avropa Oyunlarına bir neçə gün qalmış kəskinliyə çevrildi. Milli Şura isə hər şeyi qara görməkdə əvvəldən davam edir. Odur ki, Müsavatla Milli Şura arasında bərabərlik işarəsini qoymaq insafsızlıq olardı. Mən bu gün də o mövqedəyəm ki, Müsavat Partiyasının sıradan çıxması AXCP qaragüruhunu, siyasi ekstremizmi gücləndirər. 

Düşünürəm ki, Avropa Oyunlarına müxalif münasibət göstərmək çox yanlış idi. Bu hadisə üzərindən daxildə belə cəbhə açılmamalı idi. Qərb dövlətləri sabah yenə də Azərbaycanla münasibətlərini davam edəcək, çünki bu ölkədən bp şirkəti getməyib, digər kampaniyalar çox geniş miqyasda fəaliyyətlərini davam edirlər, Almaniya ilə də iqtisadi münasibətlərin üzərindən xətt çəkilməyib. Daxildəki həmin müxalif qüvvələr də görəcəklər ki, onların müraciətləri, məktubları poçt qutusunda qalıb və sona qədər getməyib"


 

Bölməyə aid digər xəbərlər

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

20 Avq 2019 "Tvitter"dən dövlət KİV-lərinə QADAĞA

20 Avq 2019 ABŞ-a XƏBƏRDARLIQ: bu müharibə başlayarsa... - DƏHŞƏTLİ SSENARİ YAZILDI

Xəbər lenti