“Girovlardan birini Ramil Səfərovla dəyişməyə razıyıq...”

“Dağlıq Qarabağ ”hakimiyyəti" kəlbəcərli girovlardan birini erməni zabiti Qurgen Markaryanı qətlə yetirən Ramil Səfərovla dəyişməyə razıdır". Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu sərsəm tələbi Dağlıq Qarabağdakı separatçı rejimin qondarma prezidentinin “mətbuat katibi” David Babayan səsləndirib. 

O əlavə edib ki, kəlbəcərli girovlarun birtərəfli qaydada qaytarılması mümkün deyil: “Girovların birtərəfli qaydada qaytarılması istisnadır. Fikirləşirəm ki, bu, demokratik prinsiplərin kobud şəkildə pozulması demək olardı”.

Bundan öncə ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik kəlbəcərli girovların Azərbaycana qaytarılmasının tərəflər arasında gərginliyin azaldılmasına xidmət edə biləcəyini deyib. Girovlar - Dilqəm Əhmədov və Şahbaz Quliyevin məsələsi bu yaxınlarda Rusiya xarici işlər naziri Sergey Lavrovun dilindən də səslənib. Nazir məsələ ilə bağlı erməni tərəfi ilə danışıq aparılacağını söyləmişdi. Bundan bir qədər əvvəl isə o, Azərbaycan və Ermənistan arasında əldə edilmiş anlaşma əsasında girovların azad edilməsi və ya mübadilə yolu ilə qaytarılmasını məqbul saydığını bildirmişdi.  

Xatırladaq ki, 2004-cü ilin yanvarında Macarıstanda erməni zabitinin ölümündə günahlandırılaraq barəsində ömürlük həbs qərarı çıxarılan Ramil Səfərov 8 il sonra - 2012-ci il avqustun 31-də Azərbaycan prezidentinin səyi ilə Budapeşt şəhərindəki həbsxanadan çıxarılaraq Bakıya gətirilib. Daha sonra prezident İlham Əliyevin sərəncamı ilə əfv olunub və o, Azərbaycan Silahlı Qüvvələrində xidmətə bərpa olunub.

Bölməyə aid digər xəbərlər

04 May 2024 ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq

27 Apr 2024 Bazar günü Bakıda 31 dərəcə isti olacaq

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

Xəbər lenti