İcra baççısının müavini: “Onun üzv olduğu Klassik Xalq Cəbhəsi Partiyası  Heydər Əliyevin düşmənidir”

Dekabr ayının 23-də keçirilən bələdyyə seçkilərində baş verən qanun pozuntuları haqqında demək olar ki, hər gün yeni-yeni faktlar ortaya çıxır. Bunların ən qəribəsi isə 92 saylı Zərdab-Ucar Seçki Dairəsindən gəlib.

Həmin dairənin 31 Saylı seçki məntəqəsindən namizədliyi irəli sürülən, KXCP üzvü Ataş Əhmədov Teleqraf.az-la əlaqə saxlayaraq bildirib ki, kənd sakinlərinin böyük əksəriyətinin səsini toplamasına baxmayaraq onun qələbəsini rəsmiləşdirməmək üçün yekun protokolu məntəqədə yox , Dairə seçki komisiyasında yazıblar. Ataş Əhmədov bildirib ki, ona qarşı aparılan saxtakarlığın başında rayon icra başçısının müavini Məmmədov İsrafil dayanıb. -  "Bütün saxtakarlığa baxmayaraq kənd sakinləri seçkiyə gələrək mənə səs verdiklərini hər kəsin qarşısında bəyan etdilər. Seçki başa çatdıqdan sonra isə mənim yox, icra başçısının hazırladığı saxta siyahıda olanların bələdiyyə üzvü olmalarına çalışıldığını görən kəndimizin ağsaqqalları  bir yerə yığılıb Zərdab rayonunun icra başçısı Lütvəli Babayev ilə görüşüb bu məsələni həl etməyə getdilər. İcra hakimiyyətində onları başçının müavini İsrafil Məmmədov qarşılayıb. İsrafil Məmmədov kənd ağsaqqallarının mənim haqqımı bərpa etmək üçün ora getdiklərini bilən kimi oturduğu yerdən duraraq, mən MSK-nın elan etdiyi siyahını dəyişməyə qadirəm, ancaq Ataş Məmmədovun  bələdiyyə üzvü olmasına imkan verməyəcəm, çünki o və onun üzv olduğu Klassik Xalq Cəbhəsi Partiyası  Heydər Əliyevin düşmənidir. Ağsaqqallar kor-peşman geri qayıdıb onun dediyi sözləri mənə deyəndən sonra, mən İsrafil Məmmədova zəng edərək mənimlə nə düşmənçiliyi olduğunu soruşdum və onun Heydər Əliyevin yox, Sürət Hüseynovun kadrı olduğunu xatırlatdım. Ataş Əhmədovun bildirdiyinə görə,  Kənd sakinləri bununla bağlı dövlət başçısına müraciət hazırlayıblar. Bundan başqa yaxın günlərdə 100-lə insan bir yerə toplaşaraq 31 saylı məntəqənin saxta nəticələrinin ləğv edilməsi üçün aksiya keçirəcəklər.

Bölməyə aid digər xəbərlər

04 May 2024 ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq

27 Apr 2024 Bazar günü Bakıda 31 dərəcə isti olacaq

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

Xəbər lenti