“Əli Kərimli, məndə elə faktlar var ki, açıqlasam, biabır olarsan”; “Onu universitetdən meydana göndərən komsomol katibi kimdir?” 

ADP sədri Sərdar Cəlaloğlu ilə Əli Kərimli arasında başlayan söz savaşı günlərdir ki, davam edir. Hər şey isə  AXCP üzvlərinin sosial şəbəkələrdə və mətbu orqanlarda ADP sədrinin ünvanına təhqir dolu ifadələr işlətmələrindən sonra başlayıb. Sərdar Cəlaloğlunun bu təhqirlərə cavab olaraq, “Hürriyyət” qəzetinə verdiyi geniş müsahibədə Əli Kərimlini “Azərbaycan siyasətinin primadonnası” adlandırması hər iki partiya arasındakı virtual savaşın dərinləşməsinə səbəb olub.

Hazırda sosial şəbəkələrdə AXCP üzvləri Sərdar Cəlaloğlunu ən aşağılayıcı sözlərlə təhqir etməkdə davam edirlər.

ADP sədri “Yeni Müsavat”a açıqlamasında Əli Kərimli və ətrafının öz əxlaqlarını nümayiş etdirdiklərini bildirdi: “Hötenin ”Əxlaq elə bir güzgüdür ki, hər kəs öz sifətini göstərir" kimi gözəl fikri var. Mən nə “Azadlıq” qəzetini, nə də virtual aləmi oxuyuram. Əli Kərimli müxalifətin lideri deyil. O, heç AXCP lideri ola bilmədi. Elçibəyin ölümündən sonra partiya parçalandı. Əli Kərimlinin əlində qalan hissə 6-7 yerə dağıldı. Bir təşkilata liderik edə bilməyən insan müxalifətin necə lideri ola bilər? Bütün bunlar onun hakimiyyət hərisliyini göstərir. O, müxalifətdə qalmağından özünə hakimiyyət düzəltmək istəyir. Onun hansı addımı cəmiyyət və müxalifət düşərgəsi daxilində qəbul edilir? 

O, 10-15 nəfər gənci internetə qoşub, özünə səs yazdırmaqla məşğuldur. Bu, balaca uşağın öz-özü ilə oynamasına bənzəyir. Bunlar Əli Kərimlinin özünə qarşı işləyən bir “piar”dır. O, ən çox ittihamlara məruz qalmalı olan adamdır. Bizi tənqid edənlər keçmişə nəzər salsınlar. Əli Kərimli deyir ki, Elçibəy liderimdir. Qeyd edim ki, ölənə qədər Elçibəy onu yaxına buraxmamışdı. Çünki ona sağlığında xəyanət etmişdi. 1998-ci ildə seçkilər boykot ediləndə, Elçibəyin müavini ola-ola Etibar Məmmədovla saziş imzalamışdı. Öz fikirlərini diktə etdirmək üçün Xalq Cəbhəsinin daxilinə “yurdçular” salmışdı. Əli Kərimli müxalifətin bir neçə birliyini parçalayıb, parlamentdən yer alan şəxsdir. O, 1.2% səs toplamaqla 6 deputatla təmsil olundu. 

Kimlərlə əlaqəyə girdiyi hamıya məlumdur. Hazırda Müsavatla intriqa apararaq, müxalifətin bir araya gəlməsinə mane olmağa çalışır".

ADP sədri heç yerdə demədiyi şok faktlar açıqladı: “Bu adamın hərəkata gəlməsinin özü necə olub? Onu universitetdən meydana göndərən komsomol katibi kimdir? Hansı məqsəd və tapşırıqla göndərib? Elə bilirlər ki, hər şey unudulub. Zənn edirlər ki, kim hakimiyyəti söyürsə, müxalifət odur. Sən həmin adamsan ki, bu iqtidarla 10 illik saziş imzalayıb, parlamentdə oturmusan. Onun hesabına müəyyən reytinq qazanmısan. Səndə bu güc, qüdrət varsa, nə əcəb şəxsiyyət vəsiqəni ala bilmirsən? Sən öz hüququnu qoruya bilməyən bir insansan. Guya ki, hüquqşünassan. Sizin qəzetiniz vasitəsilə bəyan edirəm ki, Əli Kərimli gəlsin, üzbəüz danışaq. Sosial şəbəkələrdə mənə qarşı ”meyityaran" kimi ifadələr işlədilir. Bütün vəzifələr şərəflidir. O hesab edir ki, ölü yarmaq pis peşədir, o zaman qərar verən hakimlik də pisdir. 

Belə şeylər yazmaqla nəyə nail olmaq istəyirlər? Kim satılacaq qoyaq kənara. A bala, sən özün bir keçdiyin yola bax. Müxalifətin bu günə düşməsinin baiskarı Əli Kərimlidir. 2003-cü ildə İsa Qəmbərin namizədliyi məsələsində Əlinin hansı oyunları oynadığını çox gözəl bilirəm. İsa Qəmbər, Lalə Şövkət, Etibar Məmmədov və Rəsul Quliyev də yaxşı bilir. Onun həmin vaxt mənə dediyi bir sözü açıqlayacağam. Mənə demişdi ki, adım satqın kimi çıxdığına görə sən bütün qüvvələrin İsa Qəmbərin ətrafında birləşməsi ideyasını irəli sür, mən də Etibara təzyiq edəcəm. İsa Qəmbəri dəstəkləməsi üçün onun xahişini yerinə yetirdim. Amma onun xarakteri özünü büruzə verdi. Bizdən xəbərsiz İsa Qəmbər və Etibar Məmmədov arasında görüş keçirmişdi. Bizi kənarda qoymaq üçün. Orada da satqın olduğunu göstərdi. Sərdar Cəlaloğlunda hakimiyyət kreslosu yoxdur. Əli, get hakimiyyətlə davanı apar. Gecə-gündüz 5-10 nəfər tərbiyəsizə məni söydürür, “Azadlıq” qəzetində palaz-palaz yazılar dərc etdirirsən. Bəzən bu əxlaqsız sözlərə cavab verməyə məcbur oluram". 

Sərdar Cəlaloğlu Əli Kərimli dövlət katibi olarkən onun etdikləri haqqında inanılmaz faktların olduğunu da qeyd etdi: “Əli Kərimli, məndə sən dövlət katibi olarkən etdikləri haqda elə faktlar var ki, açıqlasam, biabır olarsan. Adamı hər şeyə məcbur etmə. Bu söhbətləri yığışdır. Gah İsa Qəmbərlə davaya başlayır, ondan qurtaranda mənim üzərimə düşür, ardınca Etibar Məmmədovu qaralayır. Özü də bir üsul tapıb. Özü çıxmır ortalığa, ”qulbeçələr"ini qabağa verir. İstəyir ki, müavinləri ilə tərəf müqabili olum. 20 ildir bu metoddan istifadə edir. Müavinlərini çağırıb tapşırıq verir ki, filankəsi söyün. Onlar da 10-15 saxta profillə hücuma keçirlər. Bir də görürsən biri yazıb ki, Əli Kərimli Azərbaycan xalqının xilaskarıdır. Axtaranda görürsən ki, Əlinin muzdlu bir işçisidir". 

ADP sədri onu hakimiyyətlə işləməkdə ittiham edənlərə də sərt cavab verdi: “Parlamentdə yer almağım Əli Kərimlini niyə narahat edir? Belə çıxır ki, o, çox narahatdır müxalifətdən kiminsə deputat olmağına. İki dəfə deputat olmusan, Əli Kərimli. O zaman biz niyə narahat olmadıq? O, öz aləmində bilir ki, kim parlamentə düşə bilər. 2005-2010-cu illərdə parlaq qələbə qazanmışam. Bilir ki, yenə qalib gələcəm. İndidən öz aləmində qələbəmi kölgə altına salmaq istəyir. Onun saxta mandat aldığı sübut olunub. Sən parlamentdə olanda müxalifət, İqbal Ağazadə və başqaları olanda satqın olurlar? Sən məni söyürsən. Cavab verməməliyəm? İntriqanı sən başlatmısan. Ümumiyyətlə, sənin haqqında düşünmürəm. Deyirsən ki, Müsavatla müttəfiq deputat olmaq istəməyimə görədir. Dünənə qədər sən müttəfiq idin. Əgər Müsavatla müttəfiq olmaq kimisə deputat edirsə, onda sənin ağlın yoxdur”. 

Bölməyə aid digər xəbərlər

04 May 2024 ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq

27 Apr 2024 Bazar günü Bakıda 31 dərəcə isti olacaq

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

Xəbər lenti