Əli Həsənov: “Partiya rəhbərlərinin ictimai-siyasi vəziyyəti müzakirə etmək təşəbbüsünə hörmətlə yanaşırıq”

Mirmahmud Mirəlioğlu: “Bizim təklifimizə reaksiya müsbətdir və biz də hesab edirik ki, bu müsbət reaksiya işin xeyrinə olacaq”.

Noyabrın 12-də KXCP qərargahında Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin toplantısında hakimiyyət-müxalifət dialoqu ilə bağlı təşəbbüs irəli sürülüb. Quruma daxil olan bir qrup siyasi  partiya rəhbəri ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə etmək üçün Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüş təklif ediblər. 

Məsələ ilə əlaqədar “Yeni Müsavat”a açıqlamasında Əli Həsənov bildirib ki, hakimiyyətlə siyasi partiyalar, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri arasında dialoq demokratik inkişafın zəruri şərtlərindən biridir və vətəndaş cəmiyyətinin daha da dərinləşməsinə xidmət edir. Azərbaycan hakimiyyəti ölkədə fəaliyyət göstərən bütün ictimai-siyasi təşkilatlarla dialoqa və əməkdaşlığa həmişə hazırdır. Azərbaycanın   ictimai-siyasi həyatında iştirak etməyin siyasi və hüquqi normaları, seçkilər, sağlam siyasi rəqabət, insan hüquq və azadlıqlarının təmin edilməsi və digər məsələlərə dair səmərəli müzakirələr aparıla bilər. Hesab edirik ki, bu sahədə kifayət qədər təcrübə də toplanmışdır. Ayrı-ayrı vaxtlarda ictimai-siyasi qurumların, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşlər keçirilmiş, fikir mübadiləsi aparılmış və irəli sürülən dəyərli rəy və təkliflər nəzərə alınmışdır. 
Buna görə də bir sıra siyasi partiya rəhbərlərinin ictimai-siyasi vəziyyəti müzakirə etmək təşəbbüsünə hörmətlə yanaşırıq. Dialoqla bağlı konkret təkliflər olarsa, onları nəzərdən keçirməyə hazırıq". 

KXCP sədri Mirmahmud Mirəlioğlu “Yeni Müsavat”a bildirdi ki, dövlət rəsmisinin cavabı onu qane edir: “Ona görə də bura nəsə əlavə etməyə ehtiyac yoxdur. Bizim təklifimizə reaksiya müsbətdir və biz də hesab edirik ki, bu müsbət reaksiya işin xeyrinə olacaq. İşlər uğurla gedərsə, hazırlanan təkliflər paketi də masaya qoyulacaq. Hazırda proses gedir , ona görə də geniş danışmağa lüzum görmürəm”.

 

Bölməyə aid digər xəbərlər

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

20 Avq 2019 "Tvitter"dən dövlət KİV-lərinə QADAĞA

20 Avq 2019 ABŞ-a XƏBƏRDARLIQ: bu müharibə başlayarsa... - DƏHŞƏTLİ SSENARİ YAZILDI

Xəbər lenti