İslam Partiyasının funksioneri məhbəsdən Şeyxülislama müraciət etdi 

Hazırda 15 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan İslam Partiyasının Astara Rayon təşkilatının sədri Ruhullah Şeyxülislam Allahşükür Paşazadəyə müraciət edib. Müraciətdə Şeyxülislam mənəvi aşınmaya münasibət bildirməməkdə qınanır. 

Sitat: “Məhərrəm ayının başlanması ilə əlaqəli bəyanatınızın (fitvanızın) müəyyən hissəsi televiziya vasitəsilə bizlərə də bəyan oldu. Bu bəyanatın müsbət və ya mənfi tərəfləri ilə işim yoxdur. Mən və mənim kimi din təəssübkeşləri gözləyirdik ki, Siz dünyada və eləcə də yaxın Şərqdə, müsəlman ölkələrində son illər baş vermiş qanlı olayları nəzərə alıb, Azərbaycanımızda mənfi, mənəviyyatımıza, milli adət-ənənələrimizə yad olan, pozğun Qərb mədəniyyətini aşılayan, təbliğ edən hallara toxunacaq, televiziya və radio vasitəsilə cəmiyyəti pozğunluğa sürükləyən, milli muğamımız və ya aşıq deyişmələri deyil, pozuq, mütrüf tamaşaları, şou verilişləri, Lut qövmünün daşqalaq olunmasına səbəb olan üzdəniraqların, televiziya, şou aparıcılarının pozğun hərəkət və rəftarlarının heç olmasa Məhərrəm və Səfər ayları ərəfəsində qarşısının alınması haqqında fitva verəcəksiniz. Lakin, təəssüf və yenə də təəssüf  ki, bu qədər qırğın, uşaq, qadın, qoca qatillərinə dəstək verməkdəsiniz. Sual oluna bilər, niyə dəstək verməkdəsiniz?”

Müəllif qeyd edir ki, ölkədə boşanma, qətl, uşaq ölümü, intihar, avtomobil qəzaları, cavan ölümü, “ağ ölüm”, üzdəniraqların get-gedə artımı və açıq-aşkar himayə olunmaları və vəhhabiliyə qarşı aparılan işlərin görüntü yaratması müşahidə olunduğu üçün Şeyx və onunla “bir düşünüb hərəkət edənləri” “nəhy əz münkəri” (pis işlərdən çəkindirmə) tərk edənlər sırasında görmək istəyib. Müraciətin sonunda R.Axundzadə Şeyxin tövbə etməyə çağırır: “Hörmətli Şeyx! Hicaba qadağaya Sizin razılığınız olmasaydı Təhsil nazirliyi (görünəni) bu addımı ata bilməzdi. Və eləcə də, Sizin razılığınız olmadan bizlər: Hacı Mövsüm, Hacı Abgül, Hacı Fəramiz və yüzlərlə ruhani və dindar hal-hazırda həbs edilə bilməzdilər.

Qorxun Allahdan, onun qəzəbindən! Tövbə edin! Quranda buyurulduğu kimi, mənim mömin bəndələrimə zülm edənlər Cəhənnəmin ən pis qatına atılacaqlar... Odur ki, günah mənbəyi olan Bakıda yaşayan sizlər indi tövbə edin. Sabah gec olacaq. Vəssalam”.

Qeyd edək ki, müraciət ötən ayın sonu, hicri Məhərrəm ayının 1-də yazılıb. R.Axundzadə İslam Partiyasının Astara təşkilatının sədridir. 2011-ci ilin əvvəllərində həbs olunub. AİP sədri Mövsüm Səmədovla birlikdə mühakimə olunub. 11 6 ay azadlıqdan məhrum olunub. 

Bölməyə aid digər xəbərlər

04 May 2024 ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq

27 Apr 2024 Bazar günü Bakıda 31 dərəcə isti olacaq

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

Xəbər lenti