"Görünən şəkillər kimlərəsə görüntü yaratmaq üçündür."

Aşura ilə bağlı keçirilən mərasimlərin bir çoxunda İmam Hüseyn (ə) məktəbinin təbliğindən çox İran dövlətinin maraqları daha çox gözə dəyir. Bəzi yerlərdə, əsasən Bakının Nardaran kəndində bu il keçirilən Aşura mərasimi zamanı İran dövlətinin bayrağı, rəhbərləri Xomeyninin və hazırkı lideri Xamneyinin şəkilləri qaldırılıb.

 Teleqraf.az-ın əməkdaşı başqa ölkənin təbliğatının belə mərasimlərdə aparılmasının nə dərəcədə doğru olub-olmaması haqqında Azərbaycan İslam Demokrat Partiyasının ( AİDP) Sədri Hacı Tahir Abbaslının münasibətini öyrənib.

Dini mərasimlərdə başqa dövlətin bayrağının və siyasətçilərin şəkillərinin qaldırılmasını düzgün hesab etməyən Hacı Tahir Abbaslı bunları dedi:

“Təəssüflə qeyd etmək istəyirəm ki, bu kimi hallar dindarlarımızın siyasi savadsızlığından olur. Konkret olaraq millətimizin və dövlətimizin həssas vaxtında belə təəssübkeşliyi düzgün hesab etmirəm. Əksinə ayıqlıq və agahlıq göstərməliyik ki, düşmənlər sui istifadə edib istədikləri qatma-qarışıqlıq sala bilməsinlər. Yəni hər bir məzhəb və ya təriqət özünün dini rəhbərlərini və onların mənsub olduqları dövlətiləri təbliğ etsələr dinimizə, xalqımıza və dövlətimizə ciddi zərbələr vurmuş olarlar. Əlbəttə şəkil və bayraqların belə tədbirlərdə asılması təsadüfdən deyil. Belə şəkilləri ölkəmizdə çap olunmur.Demək tədbir təşkilatçılarının İran İR-nın siyasi maraqlarına yaxınlığı var.”

Azərbaycanda kifayət qədər savadlı din xadimləri var. Dini mərasimlərimizin düzgün istiqamətdə icra olunmasında nədən bu insanların ciddi münasibəti gözə dəymir. Ola bilərmi ki, savadlı din xadimlərimiz möhvumatçı dəstələrin onlara qarşı ola biləcək əks-təbliğat hücumlarından narahat olurlar sualına isə Hacı Tahir Abbaslının cavabı bu oldu:

 “Belə tədbirlərin təşkilatçıları din alimlərimiz deyillər, tədbirin təşkilatçıları onları da dəvət edirlər və belə qısa zamanda nəyəsə etiraz etmək elə də asan deyil. Oki qaldı bizim dindarlarımıza, onların əksəriyyəti milləti və dövlətini canları qədər sevirlər. İnandırım sizi ki, heç elə şəkillərə əhəmiyyət belə verməzlər. Görünən şəkillər kimlərəsə görüntü yaratmaq üçündür. "

Cabir Turan

Bölməyə aid digər xəbərlər

04 May 2024 ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq

27 Apr 2024 Bazar günü Bakıda 31 dərəcə isti olacaq

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

Xəbər lenti