Avropa Şurasının baş katibi Tornbörn Yaqland Azərbaycan hakimiyyətini Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməyə və REAL hərəkatının lideri İlqar Məmmədovu həbsdən azad etməyə çağırıb.

“Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun qanunsuz həbsi barədə qərar üzrə Azərbaycan hökumətinin apellyasiyasını təmin etməyib. Bu o deməkdir ki, məhkəmənin qərarı qətidir. Odur ki, Azərbaycan hakimiyyətini İlqar Məmmədovu azad etməyə çağırıram”, Yaqlandın bəyan edib.

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunur. 2014-cü ilin mayında Avropa Məhkəməsi həbsin qanunsuz olması barədə qərar çıxarıb. Rəsmi Bakı bundan apellyasiya verib.

Məhkəmənin iğtişaşların təşkili üzrə qərarı barədə İlqar Məmmədovun şikayətinə hələ Avropa Məhkəməsində baxılmayıb.

Həmçinin may ayında Avropa məhkəməsi qərara alıb ki, Məmmədovun  saxlanması və həbsi əsassızdır.  Onun həbsi hökuməti tənqid etdiyinə və hakimiyyətin gizlətmək istədiyi informasiyanın dərcinə görə İ.Məmmədovu cəzalandırmaq üçündür.

Öz növbəsində vəkil Fuad Ağayev Amerikanın Səsinə müsahibəsində deyib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarı qəti olaraq qüvvəyə minib.

Onun sözlərinə görə, avqustun 8-də Azərbaycan hökuməti Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovla bağlı 22 may tarixli qərarından Avropa Məhkəməsinin Böyük Palatasına şikayət edib.

“Dünən Avropa İnsan Haqları Konvensiyasına uyğun olaraq 5 hakimdən ibarət kollegiya Azərbaycan hökumətinin müraciətinin Böyük Palatanın baxışına verilib-verilməməsi məsələsinə baxıb. Kollegiya qərara gəlib ki, müraciətin Böyük Palatanın baxışına verilməsinə heç bir əsas yoxdur. Bu isə Avropa Məhkəməsinin 22 may tarixli qərarını qəti edib və qərar qüvvəyə minib”, o qeyd edib.

Vəkil bildirib ki, Azərbaycan hökuməti üç ay müddətində Avropa Məhkəməsinin qərarından irəli gələn hərəkətləri etməlidir.

“Mən qərarın maddi tərəfinə toxunmuram. Hesab edirəm ki, bu heç də ən əhəmiyyətli məsələ deyil. Ən əhəmiyyətli məsələ odur ki, İlqar Məmmədov barədə Avropa Məhkəməsinin qərarında göstərilib ki, 2013-cü ilin fevralından başlayaraq məhkəməyə qədər olan müddətdə onun həbsdə saxlanılması tamamilə qanunsuz olub. Məhkəmənin qərarında göstərilir ki, Məmmədovun həbs ediləndə istinad edilən hərəkətlərdə, yəni kütləvi iğtişaşları törətməkdə, polisə qarşı zorakılıq etməkdə və sair əməllərdə təqsirləndirilməsi və  şübhəli bilinməsi üçün kifayət qədər əsas olmayıb. Buna görə də Nəsimi rayon Məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin  cinayət kollegiyasının Ilqar Məmmədov barəsində qəbul etdiyi qərarların hamısı Avropa Məhkəməsi tərəfindən qeyri-hüququ sayılıb”.

Ağayev hesab edir ki, yuxarıda sadalananların əsasında  Azərbaycan Ali Məhkəməsinin, onun sədri Ramiz Rzayevin borcudur ki, həmin məhkəmə qərarlarına yenidən baxıb, onları ləğv etsin. “Avropa Məhkəməsinin qərarında göstərilir ki, İlqar Məmmədovun həbsi üçün əsaslı şübhə olmayıb. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna əsasən vətəndaşın istintaq dövründə həbs edilməsi üçün tələblər daha aşağıdır, nəinki onun məhkum olunması üçün tələblər. Yəni Məmmədovun İsmayıllı şəhərinə gəlməsi, tanımadığı adamları başına yığması, onları idarə etməsi, guya onları hakimiyyətə qarşı yönəlməsi, kütləvi iğtişaş törətməsi əsası olmayan ittihamlardır. Onun qısa müddətdə, yəni dəqiqələr ərzində liderə çevrilməsi mümkün deyildi. Eyni zamanda İlqar Məmmədov başqa vaxtlar İsmayıllıya gəlməmişdi və o şəhərə gələn vaxt hər hansı iğtişaş olmayıb. İcra Hakimiyyəti başçısı Məmmədov şəhərə gələn vaxt jurnalistlərə deyib ki, bundan sonra İsmayıllıda heç bir hadisə baş verə bilməz, artıq hər şey arxada qalıb”.

Vəkil bununla yanaşı  deyib ki, məhkəmə qərarının və istintaqın ittihamlarının əleyhinə olan video materiallar da ortadadır.

“Məhkəmədə İlqar Məmmədovun olduğu yerdə olan Unibankın bankomatının video materiallarına da baxılıb və birmənalı görünür ki, İlqar Məmmədovun İsmayıllıda olduğu vaxtda hər hansı hadisə baş verməyib. Hesab edirəm ki, Azərbaycan hökuməti hüquqi öhdəliklərinə sədaqətlə yanaşırsa Məmmədov tez bir zamanda həbsdən azad edilməlidir”, Ağayev qeyd edib.

Bölməyə aid digər xəbərlər

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

20 Avq 2019 "Tvitter"dən dövlət KİV-lərinə QADAĞA

20 Avq 2019 ABŞ-a XƏBƏRDARLIQ: bu müharibə başlayarsa... - DƏHŞƏTLİ SSENARİ YAZILDI

Xəbər lenti