Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin növbəti sessiyası keçirilib.

Teleqraf.az-ın xəbərinə görə, sessiya Azərbaycan Respublikasının dövlət himni və şəhidlərin xatirəsinə sayğı duruşu ilə başlayıb.  Sessiyanın gündəliyində qərarların icra vəziyyəti, ictimai-siyasi vəziyyət və ölkədə vətəndaş cəmiyyəti və insan haqlarının vəziyyəti ilə bağlı məsələlərdaxil edilib.

KXCP Ali Məclisin sessiyası rayon (şəhər) şöbə sədrlərinin iştirakı ilə keçirlib.

Sessiyada Ali Məclisin sədri Bəybala Əbil çıxış edərək qəbul edilən qərarların icra vəziyyəti barədə məlumat verib. O, Klassik Xalq Cəbhəsi Partiyasının qarşıdan gələn bələdiyyə seçkilərində iştirakıyla bağlı partiyanın gördüyü işlər barədə danışdı. Seçkilərə hazırlıqla bağlı partiyanın rayon (şəhər) şöbələrindən Mərkəzi Seçki Qərargahına daxil olan ümumi vəziyyətlə bağlı müvafiq arayışı Məclis üzvlərinə təqdim etdi.  Bəybala Əbil bildirdi ki, ötən müddət ərzində bələdiyyə seçkiləri ilə bağlı KXCP rayon (şəhər) şöbələrində müavafiq yığıncaqlar keçirilib. Ali Məclis sədri partiyanın bələdiyyə seçkiləri ilə bağlı fəaliyyətin daha da yüksədilməsinə, eləcə də bu istiqamətdə ictimai fəallığın artırılmasına ehtiyac olduğunu bildirdi.

Ali Məclisin sessiyasında ictimai siyasi vəziyyət haqqında KXCP sədri Mirmahmud Mirəlioğlu geniş məruzə ilə çıxış edib. O, çıxışında vətəndaş cəmiyyəti fəallarına qarşı olan təzyiqlərdən danışaraq bir sıra partiyaların bu istiqamətdə Demokratiya və İnsan Haqları Mərkəzinin təsis edilməsini 2014- cü ilin ən mühüm hadisələrindən biri olduğunu bildirdi. Azərbaycanda vətəndaş cəmiyyətinə olan basqılarla bağlı bu yaxınlarda nüfuzlu təşkilatların, o cümlədən Avropa Parlamentinin qəbul etdiyi məlum qətnamənı obyektiv sənəd adlandıran KXCP sədri bildirdi ki, həm partiya, həm də yeni yaradılan Demokratiya və İnsan Haqları Mərkəzi olaraq repressiyaların durdurulması və həbsdə olan bütün siyasi məhbusların azadlığa çıxması istiqamətində fəaliyyətin davamlı olacaq.

Sessiyada KXCP sədrinin müavini Xəzər Teyyublu, Azad Şəfiyev, Məhəmməd Məmmədov, Yaqub Babalı, Babək Rəhimov, Loğman Abdullayev, Hacı Faiq, Əlisa Həsənov, Elçin İbrahimli və digərləri çıxış edərək ölkədəki ictimai- siyasi vəziyyət və partiyanın bələdiyyə seçkilərinə hazırlığı ilə bağlı danışdılar.

Sessiyada çıxış edən KXCP sədr müavini Oqtay Gülalıyev vətəndaş cəmiyyətinə qarşı yönəlmiş repressiyalarla, Ali Məclisin sədr müavini Aytəkin İmranlı isə hakimiyyətin şəxsi həyatı sərt tənzimləmə cəhdlərinə etirazla bağlı hazırladığı sənədi Ali Məclis üzvlərinə təqdim etdi. Hər iki sənəd müəyyən əlavə və düzəlişlərlə qəbul edildi.

Sessiyada KXCP- nin bələdiyyə seçkilərində iştirakla bağlı Arayışın nəzərə alınması və seçkilərə hazırlıq işlərinin gücləndirilməsi barədə qərar qəbul olunub. Eyni zamanda hakimiyyətdən tələb olunub ki, Seçki Məcəlləsinin təkmilləşməsi, seçki komissiyalarının ədalətli şəkildə formalaşması ilə təxirə salınmaz tədbirlər həyata keçirilsin.

Sessiyada vətəndaş cəmiyyətinə qarşı yönəlmiş repressiyaların pislənilməsi və durdurulması,  hakimiyyətin şəxsi həyatı sərt tənzimləmə cəhdlərinə etirazla bağlı sənəd qəbul edilib.

Sessiyada bələdiyyə seçkiləri ilə bağlı müraciət qəbul lonub, hakimiyyətin Rusiya meylli siyasəti nəticəsində yaranan təhlükə ilə bağlı bəyanat qəbul edilməsin KXCP İdarə Heyətinə tapşırılıb

Bölməyə aid digər xəbərlər

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

20 Avq 2019 "Tvitter"dən dövlət KİV-lərinə QADAĞA

20 Avq 2019 ABŞ-a XƏBƏRDARLIQ: bu müharibə başlayarsa... - DƏHŞƏTLİ SSENARİ YAZILDI

Xəbər lenti