Siyasi partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin  “Azərbaycanda demokratiyanın vəziyyəti” mövzusunda konfransında qətnamə qəbulm edilib.

Teleqraf.az Musavat.com-a istinadən qətnamənin mətnini təqdim edir:

1.Ölkədə demokratiya göstəricilərinin  bütün parametrlər üzrə - əsas insan hüquq və azadlıqlarına əməl olunması, hakimiyyətin azad və ədalətli seçkilər vasitəsi ilə formalaşması, məhkəmələrin müstəqilliyi, ifadə azadlığı, hakimiyyət üzərində ictimai nəzarət,  icra hakimiyyəti üzərində parlament  nəzarəti, vətəndaş cəmiyyətinin inkişafı, hüquqi dövlət quruculuğu və digər sahələrdə  vəziyyətin  praktikasının və qanunvericilik bazasının sistemli, davamlı şəkildə   şəkildə pisləşdiyi qeyd olunsun. 

2. Hakimiyyət üzərində ictimai nəzarətin və bu nəzarəti təmin edə biləcək institut və müxanizmlərin , ifadə azadlığının, müstəqil medianın, parlamentdə real müxalifət fraksiyasının yoxluğunun, mülkiyyət toxunulmazlIğı, iqtisadi təşəbbüs azadlığına əməl olunmaması, haqsız rəqabət, korrupsiyaçı monopoliyalaşmanın, bütövlükdə antidemokratik meyllərin güclənməsinin  ölkənin sosial- iqtisadi və mədəni – intellektual inkişafı yolunda getdikcə daha artan bir şəkildə başlıca maneəyə çevrilməsinə diqqət cəlb edilsin. 

3. Əsas insan hüquq və azadlıqları sahəsində vəziyyətin pisləşməsi  və nəicədə bunun  Ermənistanın işğalçı siyasətində geniş istifadə edilməsi  ölkənin milli təhlükəsizliyi,  Qarabağ məsələsinin azərbaycan xalqı və dövlətinin qanuni maraq və mənafelərinə uyğun, ədalətli həlli üçün  ciddi təhdid kimi dəyərləndirilsin. 

4. Ölkənin çağdaş  siyasi mədəniyyət və svilizasiya dəyərlərindən  təcrid edilməsi, totalitarizmin milli rellıq və ənənələr pərdəsi pərdəsi altında   təbliği, cəmiyyətdə qütbləşmə və düşmənçilik yaradılması cəhdlərinə ideoloji, psixoloji və sosial- siyasi - hüquqi müqavimət təşkil edilsin.    Dövlətin mövcudluğunu şərtləndirən müstəqillik məsələsinə həssasiyyətin azaldılması şəraitində,  müstəqilliyə aktual təhlükələrin və onun mənbəyi olan xarici qüvvələrin   fəallaşması nəzərə alınaraq onların daxildəki  5- ci kolonu kimi çıxış edən dairələrə qarşı mübarizəyə xüsusi diqqət verilsin. 

5. Vətəndaş cəmiyyətinə qarşı hücumların, repressiya və həbslərin  ölkədə keyfiyyətcə yeni situasiya yaratdığına diqqət çəkilərək, antiavtoritar və  hakim siyasi kursa tənqidi münasibətdə olan dairələrin   yaxınlaşmasına  nail olunması məqsədəuyğun hesab olunsun. Eyni zamanda nəzərə alınsın ki,  yeni situasiya əsas insan hüquq və azadlıqlarının müdafiəsinin    ağırlığını  siyasi partiyaların öz üzərinə  götürməsini diktə edir. Bu istiqamətdə önəmli addım olaraq siyasi partiyaların  Demokratiya və İnsan Haqları Mərkəzində funksional əməkdaşlığa başlaması doğru addım sayılsın  və digər partiyaların bu əməkdaşlığa cəlb edilməsi kursu  davam etdirilsin. Bununla əlaqədar siyasi partiyaların  yaranmış vəziyyəti müzakirə edərək  yaxın, orta və uzunmüddətli dönəmdə qarşıda duran vəzifələri, o cümlədən 2014 və 2015- ci il yerli və parlament seçkilərinə münasibətini müəyyənləşdirən, azərbaycan cəmiyyətinin demokratik potensialına əsaslanaraq irticanın  hücumunu dəf etməyə və situasiyanı demokratikləşmə istiqamətində dəyişdirməyə imkan yaradan  birgə konsepsiyanın hazırlanmasının  faydalı rol oynaya biləcəyi göstərilsin. 

6. Milli Məclisə seçkilərdə  proporsional əsasla seçki sisteminin tətbiqi də daxil olmaqla  konstitusiyaya dəyişikliklər edilməsi, Seçki Məcəlləsində seçki komissiyalarının formalaşdırılması qaydaları və digər dəyişikliklər edilməsi məqsədi ilə referendum keçirilməsi üçün təşəbbüs qrupunun yaradılması və qanunvericilikdə nəzərdə tutulmuş digər  hərəkətlərin başladılması müzakirə edilsin və həyata keçirilsin.      

7.Siyasi və vicdan məhbuslarının dərhal həbsdən azad olunması, dövlətin güc və vasitələrindən istifadə edilərək iqtidarın opponenetlərinə, fərqli düşünən və siyasi müxalifətə qarşı  təqiblərə son qoyulması tələb edilsin.  Həbs və repressiyalara son qoyulması, demokratiya və insan haqlarına əməl edilməsi şüarları ilə siyasi partiyaların  dinc  kütləvi aksiyaların  hazırlanması və həyata keçirilməsi istiqamətində iş aparılması lazım bilinsin.

 

  

 

Bölməyə aid digər xəbərlər

27 Apr 2024 Bazar günü Bakıda 31 dərəcə isti olacaq

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

20 Avq 2019 "Tvitter"dən dövlət KİV-lərinə QADAĞA

Xəbər lenti