Milli Şuranın Sədri Cəmil Həsənli özünün "Facebook" səhifəsində bir neçə maddə ilə ittiham edilərək həbs olunmuş Sülh və Demokratiya İnistutunun direktoru Leyla Yunus haqqında yazı yazıb.

Teleqraf.az həmin yazını oxucularına təqdim edir.

Leyla Yunusun qançır olmuş ayaqlarıarıdır.

Saxta ittihamla həbsə atılmış Sülh və Demokratiya institunun rəhbəri, insan hüquqları uğrunda ardıcıl mübariz, tanınmış hüquq müdafiəçisi Leyla xanım Yunusun həbs yerində mütəmadi olaraq təhqir edilməsi və işgəncələrə məruz qalması barədə məlumatlar insanı heyrətə salır. Doğrudanmı hüquqi dövlət qurmağa iddialı olan, humanist məzmuna malik olimpiya oyunlarına ev sahibliyi etməyə hazırlaşan, Avropa Şurası nazirlər komitəsinə rəhbərlik edən, hazırkı anda BMT Təhlükəsizlik Şurasının üzvü olan bir ölkədə bu rüsvayçılıq, bu orta əsr cəza üsulları baş verir. Biz tarixdən oxumuşuq ki, Stalin diktaturası dövründə “xalq düşmənləri “ ilə cəza çəkmə yerlərində belə rəftar ediblər. Amma həmin rejim bu rəftarı “qanuniləşdirmişdi”, yənə işgəncə verilməsi, məhbusların döyülməsi, onların təhqir edilməsi üçün yanlarına adam salınması kimi hallardan istifadə edilməsi “Xalq” daxili işlər orqanlarının təlimatlarında, əmr və sərəncamlarında yer almışdı. Yeri gəlmişkən Stalin rejiminin cinayətləri ifşa olunanda məhbuslara işgəncə verən müstəntiqlərin, həbsxana nəzarətçilərinin, daxili işlər və təhlükəsislik orqanlarının sağ qalan əməkdaşları ağır cəzalara məruz qaldılar. Qanunsuz hökmlər oxuyan hakimlər özləri məhkum oldular. Onların ayrı bir hissəsini isə tale özü cəzalandırdı. Cinayət və cəzanın pozulmuş balansı azacıq da olsa yerini tapdı. Təhsilsiz və savadsız insanların, tarixdən dərs almağı bacarmayan təsadüfü adamların hakimiyyətləşməsi ölkələrə faciyələr gətirir. İndi biz o faciyənin içindəyik. Leyla Yunusun qançır olmuş ayaqlarından zövq alan hakimiyyət yetkililəri görünür insanliq borcu ilə yanaşı, qanun qarşısında cavabdehlik, Allah qarşısında bəndəlik hissini də büsbütün unudublar. Bir qadın üzərində gücünüzü sınamaqla siz nə etmək istəyirsiniz? Axı diktənizlə qəbul olunmuş qanunlar hələ “cinayəti” sübut olunmamış, ilk dəfə müvəqqəti saxlama yerinə düşən bir insanın, bundan əvvəl məhbəs həyatını yaşamış “təcrübəli” bir məhbusla bir kamerada saxlanmasını qadağan edir. Bəyəm “məhkəmə” Leyla Yunusun müvəqqəti saxlanması haqqında hökm çıxaranda onun mütləq Nuriyə Hüseynova bir kamerada saxlanmasına qərar vermişdi? Leyla olmasın bir başqası olsun, əgər kamerada bir Azərbaycan vətəndaşını, bir Azərbaycan qadınını, bir Azərbaycan anasını döyürlərsə, təhqir edirlərsə, ləyaqətini alçaldırlarsa hanı iddia etdiyiniz hüquqi dövlətin “humanist” prinsipləri, hanı sizin tez-tez mentalitetə istinad etdiyiniz ənənələrə sayğınız, hanı sizin “anaların ayaqları altından keçib cənnətə iməkləyn” iman yolçuluğunuz. Deyəsən ən elementar insanı dəyərləri belə unutmusunuz. Leylanı döyüb bədənini qançır edən axşam yəqin ki, qadınınızın, qızınızın könlünü almaq, şıltaqlığını ram etmək üçün dünyanın ən bahalı onlayn bazarlığını çeşidli bank kartlarla edib analoqsuz inkişafın sərməstliyində xamuş olursunuz. Bir vaxtlar Məhmməd Rza şah və məiyyəti də eyni yolu tutmuşdu. Şahənşah ədalətsizliyə, israfçılığa, neft pullarını dəbdəbəli tədbirlərə xərcləyib dağıtdığına görə islami kəsim tərəfindən tənqid olunanda, İram mətbuatına müsahibə və açıqlama verməyi özünə həqarət bilən şah, baş nazir Əmir Abbas Hüveydaya təlimat vermişdi ki, mətbuta çıxıb “pulumuz var və istədiyimiz kimi xərcləyirk, kim görmək istəmirsə gözlərini bağlasın” fikrini səsləndirsin. Bu sözlərdən üçcə ay sonra İran xalqının gözü elə açıldı ki, təyyarədə can verən Məhəmməd Rzanın gözlərinə bağlamağa bir kimsə tapılmadı. Görən niyə zamanın yeni diktatorları İranın “modernist tiranının” zəfər və faciə üzərində ləngər vuran bu acı taleyini belə tezliklə unudurlar. Amma ədalət naminə deməliyik ki, şah bütün hallarda ölkəsinin zərif cinsinə münasibətdə kübarlığı saxlamışdı. Heç Fərəh xanımda ona belə davranışı rəva görmürmürdü. 
Tarixə bu acı səyahət Leylanın qançır olmuş ayaqlarından başladı. Dünya bu xanımın dərdini çəkir, Azərbaycan xanımını, Azərbaycan qadınını, Azərbaycan anasını Azərbaycan hakimiyyətinin zülmündən, istibdadından, idbarlığından qurtaraq istəyr edir. İyirmi ildir ərazisi işğal altında olan bir ölkənin hakimiyyəti “vətənə xəyanəti” ürəyi də çəkisi böyda olan yosma bir qadının nəcib əməllərində axtarır. Nə korrupsiya yada düşür, nə ölkəni xərcəng kimi bürümüş rüşvətxorluq, nə də xəstəsinə qonşu ölkələrdə imdad diləyən yüz minlərlə yurddaş. Heç kəs anlamaq istəmir ki, ərazisi işğal olunmuş bir məmləkətdə “vətənə xəyanət” onun hakim zümrəsinin korrupsiyaya qurşanması, həmin zavallı vətənin işğal olunmayan torpaqlarını qarış-qarış mənimsəməsi, bu torpaqların altında və üstündə olan sərvətləri özününküləşdirməsdir. Bir tərəfdə sərvətkeş hakim zümrənin dəbdəbədən çox harınlığı xatırladan həyat tərzi, o biri tərəfdə Leyla Yunusun qançır olmuş bədəni: budur Azrbaycan gerçəkliyinin acı mənzərəsi və görünür bu qütblərin arasındakı uçrumun dərinliyinə görə ölkəmiz analoqsuz bir “inkişaf yolu” fəth etmişdir. Bu inkişafın baş memarı İlham Əliyev, onun simvolu isə Leyla Yunusun müvəqqti saxlama kamerasında döyülməkdən qançır olmuş ağ-appaq ayaql

Bölməyə aid digər xəbərlər

27 Apr 2024 Bazar günü Bakıda 31 dərəcə isti olacaq

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

20 Avq 2019 "Tvitter"dən dövlət KİV-lərinə QADAĞA

Xəbər lenti