Bir neçə gün əvvəl İranda vurulan pilotsuz kəşfiyyat təyyarəsinin Azərbaycandan havaya qalxa biləcəyinə dair iddialar ortaya atılıb.

 Virtualaz.org xəbər verir ki, İranın İnqilab Keşikçiləri Korpusunun aerokosmik qüvvələrinin komandanı, briqada general Əli Hacızadə avqustun 25-də keçirdiyi mətbuat konfransında vurulan təyyarənin görüntülərini təqdim edərək onun “Hermes 450” pilotsuz kəşfiyyat təyyarəsi olduğunu və İsraildə istehsal edildiyini bildirib. 

General təyyarənin cihazlarının bir hissəsinin salamat qaldığını və onların araşdırıldığını bildirib, İsraili İranın nüvə obyektlərinə qarşı kəşfiyyat fəaliyyətləri həyata keçirməkdə günahlandırıb.

Dərhal İsrail mediası İran tərəfinin ittihamına reaksiya verərək təyyarənin kimə məxsus olduğunun bəlli olmadığını bildirib. İsrailin “Canal 9” telekanalı bildirib ki, bu təyyarələr İsrail tərəfindən istehsal olunsa da İranın qonşuları-Azərbaycan, Gürcüstan və Qazaxıstan da daxil olmaqla bir çox ölkələrə satılıb.

Bu gün isə özünün “The Aviatonist” bloqunda (http://theaviationist.com) sərbəst (freeleance) italyan jurnalist, İtaliyanın hərbi hava qüvvələrinin hərbi aeronavtika hissəsinin leytenantı olmuş Devid Sensotti təyyarənin Azərbaycandan havaya qalxa biləcəyini iddia edib. Aviasiya, hərb, müharibələr, kəşfiyyat və kibercinayıtkarlıq kimi sahələrdən yazan italyan jurnalist iddia edir ki, İranda vurulan təyyarənin görüntüləri 2011-ci ildə Qarabağda erməni qüvvələri tərəfindən vurulan naməlum pilotsuz kəşfiyyat təyyarəsini xatırladır.

Jurnalist yazır ki, İran general təyyarənin stels texnologiyası ilə hazırlandığını və 800 kilometr məsafəyə uça bildiyini deyib. Əslində isə İsrailin istehsal etdiyi “Hermes 450” təyyarələri stels texnologiyasına malik deyil və daha az məsafəyə uça bilir. Üstəlik təyyarənin görüntüləri “Hermes”ə oxşamır, 2011-ci ildə Qarabağda erməni qüvvələri tərəfindən vurulan naməlum pilotsuz təyyarəyə oxşayır.

D.Sensotti xatırladır ki, o vaxt Azərbaycan Qarabağda vurulan təyyarənin ona məxsus olmadığını açıqladı. “Maraqlıdır ki, vurulduğu deyilən, əslində isə böyük ölçüdə salamat olan həmin “Azərbaycan təyyarəsi” sonradan İrəvanda keçirilən hərbi paradda nümayiş etdirildi. 

Təyyarənin üzərində onun Azərbaycana məxsus olduğunu göstərən hər hansı tanınma nişanı mövcud deyildi. Biz İranda vurulan bu sirli pilotsuz aparatla bağlı heç nə bilmirik. Lakin onun diapazonu çətin ki, İsraildən qalxıb İranın Natanz nüvə obyektində kəşfiyyat aparmağa və geri qayıtmağa imkan versin. Əslində təyyarənin ölçüləri “Hermes 450”dən xeyli kiçikdir və çox güman ki, İranda vurulan təyyarə orta mənzilli taktiki pilotsuz uçan aparatdır. 

Ona görə də təyyarə İranda istehsal edilsə də (hərçənd ki, bu fakt əsdiq olunmayıb) ola bilsin Azərbaycandan buraxılıb və vurulub. Ola bilsin təyyarə haradasa sərhədə yaxın yerdə vurulub və sonradan onun qalıqlarını Natanz nüvə mərkəzinin yaxınlığına aparıblar” - deyə italyan jurnalist öz versiyasını əsaslandırır.

Təyyarənin Azərbaycan və İrana qonşu digər ölkələrdən qalxa biləcəyinə dair versiyalara başqa xarici saytlar da yer verir. Hərçənd ki, söhbət ancaq versiyadan gedir və təyyarənin Azərbaycandan qalxa biləcəyinə dair hər hansı dəlil də yoxdur. Bununla belə Azərbaycanın adının əvvəlcə İsrail mənbələri, daha  digər Qərb mənbələri tərəfindən bu məsələdə hallandırılması İsrailin Azərbaycan ərazisindən İrana qarşı kəşfiyyat üçün istifadə etdiyinə dair əvvəllər Qərb mənbələrində tez-tez ortaya atılan iddiaları yada salır. 

Hansı ki, rəsmi Bakı bu iddiaları qətiyyətlə təkzib edirdi və Azərbaycan ərazisindən İrana qarşı istifadəyə yol verməyəcəyini deyirdi. Görünür indi Azərbaycanın İranla və digər qonşuları ilə münasibətlərini yaxşılaşdırmaq səyləri göstərdiyi bir vaxtda yenidən bu məsələnin ortaya atılması təsadüfi deyil.

 

Bölməyə aid digər xəbərlər

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

20 Avq 2019 "Tvitter"dən dövlət KİV-lərinə QADAĞA

20 Avq 2019 ABŞ-a XƏBƏRDARLIQ: bu müharibə başlayarsa... - DƏHŞƏTLİ SSENARİ YAZILDI

Xəbər lenti