2010- cu ilin yazında baş vermiş Kür- Araz daşqınlarından 4 ildən artıq zaman keçsə də hələ də xeyli sayda insan baş vermiş fəlakətin yaratdığı problemlərdən qurtula bilməyib. Daşqınların təsrinə məruz qalmış, bu günə qədər problemləri həll olunmayan daha 14 nəfərin Fövqəladə Hallar Nazirliyinə qarşı dəyən ziyanın ödənilməsi, fərdi yaşayış evinin tikintisi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair şikayətinə Ali Məhkəmədə baxılıb. Hakim Sevda Hüseynovanın sədrliyi ilə keçən məhkəmə prosesində iddiaçılar, onların nümayəndəsi və FHN- nin təmsilçisi iştirak edib.

Ardını oxu...

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbədənkənar iclası keçirilib."Qafqazinfo" Tarif Şurasına istinadən xəbər verir ki, iclasda neft məhsullarının qiymətlərinə yenidən baxılmış və tariflərin tənzimlənməsi barədə yeni qərar qəbul edilib. 

Ardını oxu...

Xəbər lenti