AMEA-nın müxbir üzvü,  texnika elmləri doktoru, professor  Arif Mehdi oğlu Quliyev Con Kerri, Pit Uilson, Pols Seymak, Larri Breksler və Kleyborn Pellə 20 Yanvar hadisələri haqqında açıq məktub ünvanlayıb.

Teleqraf.az həmin məktubu oxucularına təqdim edir:


AÇIQ MƏKTUB

 Con Kerri, Pit Uilson, Pols Seymak, Larri Breksler və Kleyborn Pell cənablarına

 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar M.Qorbaçova göndərdiyiniz məktubla tanışlıqdan sonra sizin nə qədər ya məlumatsız olduğunuzun və ya ABŞ-dakı erməni lobbisinin təsiri altında alçaldığınızın şahidi oldum. Sizə bildirirəm ki, 1988-ci ilin dekabr ayının əvvəllərinə Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmamışdır. 172 kənddən 182 min azərbaycanlı, 18 min kürd və minlərlə rus, yəhudi və başqa millətlərdən olan əhali qovulmuşdur. Onların əmlakları təlan edilmiş, qarlı dağları piyada aşıb Azərbaycana gələn onlarla insan şaxtaya düşüb həlak oldular. Bu, azərbaycanlıların öz doğma dədə-baba yurdlarından sonuncu deportasiyası oldu. Sizin kimilərin erməni vəhşiliklərinin miqyasını dərk etməsi üçün SSRİ Daxili İşlər Nazirliyi tərəfindən o dövrdə yayılmış aşağıdakı faciəvi məlumatı nəzərinizə çatdırmağı lazım bilirəm. İndiki Ermənistan ərazisindən azərbaycanlılar qovularkən ermənilər görün­məmiş, orta əsr inkvizasiyasına mənsub olan vəhşiliklərlə 216 azərbaycanlını öldürmüşdülər. Vəhşiləşmiş və sizin kimilərə arxalanmış ermənilər onlardan 2 nəfərin başını kəsmiş, 2 nəfərini diri-diri yandırmış, 1 nəfərini elektrik cərəyanı ilə öldürmüşlər. 29 nəfəri abtobusların təkərləri altına salıb xırt-xəşil etmiş və 40 nəfəri isə döyərək öldürmüşdülər. Bütün bunlardan xəbəri olan Qorbaçov heç bir tədbir görməmiş və əksinə ermənilərə hərtərəfli köməklik göstərmişdir. Sizlər bu qədər "insanpərvər" demokratsınızsa, nə üçün o vaxt Qorbaçova azərbəycanların müdafiəsinə görə məktubla müraciət etmədiniz?  Siz  yaxşı bilirdiniz ki, Bakıda 1990-cı ilin yanvarında baş verən hadisələri təşkil edənlər kimlər idi.  Lakin, bundan 2 ildən bir qədər çox müddətdə baş vermiş 1990-cı ilin yanvar hadısələrindən xəbərdar olan kimi Qorbaçova məktub ünvanlamış və ondan azərbaycanlılara qarşı zəruri tədbirlər görməsini tələb etmiziniz. Bu hadisələrdən 2 il sonra ermənilərin Xocalıda törətdiyi soyqırımının səbəbkarının, məhz, sizin kimilərin olduğunu sübut etdi. Siz doğrudanmı demokratsınız? Separatçıları, terrorçuları dəstəkləyənlər demokrat ola bilərlərmi? Sizlər sadəcə erməni maliyyəsi ilə ulayan yalquzaqlarsınız. Sizlər ermənilərdən də ağır cinayətkarsınız. Siz vəhşiləşmiş erməni cinayətkarlarına havadarlıq etdiyinizə və onların cinayət əməllərini dəstəklədiyinizə görə mənim xalqımdan üzr istəməlisiniz.

        Cənab  Kleyborn Pell, siz tarixi bilmədən açıq saxtakarlıq erirsiniz. Yadınızda saxlayın ki, Qarabağ tarixən Azərbaycan torpağıdır. Ermənilər Azərbaycan ərazisinə  Çar Rusiyası tərəfindən köçürülmüş, onlara Azərbaycan ərazisində indiki Ermənistan adında dövlət yaratmışdır.   Siz erməni pulları ilə başı kütləşmiş ikiüzlü, saxtakar “siyasətçi”siniz. Siz nə haqla ABŞ-da otura-otura Azərbaycan ərazilərini paylayırsınız! Bu gün Azərbaycan tolerantlığın dünyəvi nümunəsidir. Siz ki bunu görürsünüz. Bu gün ermənilərin əl-qol açmalarında təqsirkar sizsiniz. Əgər vicdanınız varsa,  peşmanlığınızı bildirin və üzr istəyin. Yoxsa, vaxt gələcək siz də Qorbaçovla birlikdə Beynəlxalq Haaqa Məhkəməsində əyləşməli olacaqsınız.

        Cənab Con Kerri, siz hazırda özünü insan hüquqlarının müdafiəçisi sayan ABŞ-ın dövlət katibisiniz. Ermənistan tərəfindən hüquqları tapdanmış bir milyondan artıq azərbaycanlı qaçqınların hüquqularının müdafiəsi ilə əlaqədar nə üçün heç bir tədbirin görülməsinə çalışmırsınız? Sizə azərbaycanlılar ümid bəsləyə bilərmi?

Cənablar mən sizdən cavab gözləyirəm. Cəsarətiniz çatırsa, mənə cavab verin.

 AMEA-nın müxbir üzvü,  texnika elmləri doktoru, professor  Arif Mehdi oğlu Quliyev.

 Əlaqə telefonu:  (+99455) 7721810

Bölməyə aid digər xəbərlər

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

20 Avq 2019 "Tvitter"dən dövlət KİV-lərinə QADAĞA

20 Avq 2019 ABŞ-a XƏBƏRDARLIQ: bu müharibə başlayarsa... - DƏHŞƏTLİ SSENARİ YAZILDI

Xəbər lenti