“Təkamül” Tərcümə Mərkəzinin rəhbəri Ceyhun Cəfərov MTN əməkdaşları tərəfindən saxlanılıb, onun dövlət çevrilişində suçlandığı deyilir; sabah məhkəmə qarşısına çıxarılması gözlənilir 

İlahiyyatçı, “Təkamül” Tərcümə Mərkəzinin direktoru Ceyhun Cəfərov MTN əməkdaşları tərəfindən həbs olunub. Bu barədə “Yeni Müsavat”a ilahiyyatçının yaxınları məlumat verib. Hazırda MTN-də saxlanılan ilahiyyatçı ilə bağlı yaxınlarına heç bir məlumat verilmir. 

İlahiyyatçının qardaşı Əlipaşa Cəfərov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, qardaşı ilə birlikdə bir neçə gün İranda müalicədə olub. Azərbaycana ötən həftənin 4-cü günü gəliblər və bu zaman MTN-dən zəng edərək C.Cəfərovu nazirliyə dəvət ediblər: “Mənim böyrəklərim tutulmuşdu. Müalicə məqsədi ilə İranın Urmiya şəhərinə getmişdik. Orda əməliyyat olundum, İranda 8 gün qaldıq. Ötən həftənin 4-cü günü qayıtdıq Azərbaycana. Hələ Bakıya çatmamışdıq, yolda Ceyhunun telefonuna zəng gəldi. Həftənin 2-cü günü saat 10-da MTN-ə dəvət etdilər”.

Ə.Cəfərov deyir ki, qardaşı dünəndən MTN-ə ifadə vermək üçün getsə də hələ də ondan bir xəbər ala bilmirlər. Əvvəlcə onlara MTN Yasamal İdarəsinə müraciət etmək məsləhət görülsə də, ordan geri qaytarılıblar: “Dünəndən 6-7 dəfə MTN-ə getmişik, heç bir məlumat verilmir. Yasamala rayon idarəsinə getdik, orda dedilər ki, bizdə adam saxlamaq mümkün deyil. Yenidən nazirliyə gəldik, axırda bizə bir nömrə verdilər, dedilər ki, vəkildir. Əyyub adlı vəkil bizə bildirdi ki, Ceyhuna qarşı dövlət çevrilişi ittihamı irəli sürülür, amma qəbul etmir. Ola bilsin sabah məhkəməyə çıxarılsın. Biz də indi narahat olmuşuq, axı bu ittiham hardan çıxdı, o, necə dövlətə qarşı çıxış edə bilərdi?”

Qardaşı bildirdi ki, Qafqaz Müsəlmanları İdarəsinə müraciət edərək Şeyxülislamla görüşməyə cəhd edəcəklər. Qeyd edək ki, ilahiyyatçı Ceyhun Cəfərov İslam Universitetində dərs deyib, “Space” telekanalında “Gecə söhbətləri” dini verilişində aparıcı olub. Eyni zamanda “Təkamül” Tərcümə Mərkəzinin direktoru olub, onlarla kitabın tərcüməçiliyini, redaktorluğunu edib. Bu nəşriyyat tərəfindən İslam dinində ən mükəmməl Quran təfsirlərindən olan “əl-Mizan” təfsiri tərcümə olunaraq nəşr olunub. Eyni zamanda C.Cəfərov Həcc ziyarəti zamanı QMİ tərəfindən zəvvar qruplarına rəhbərlik edib, ziyarətin təşkili və düzgün yerinə yetirilməsində zəvvarlara yardım edib.

 

Bölməyə aid digər xəbərlər

20 İyun 2022 Ruslar bu kəndi ələ keçirdi

09 Noy 2021 Erməni nazir Qarabağa necə gəlib? - Sülhməramlı təxribatı...

07 Sent 2020 Güney Azərbaycanlı Tələbələrlə bağlı Azərbaycan Dövlətinə Müraciət!

23 May 2018 Erməni ordusunun hərbçisi öldürüldü

27 Okt 2016 Cəbhə bölgəsində gərginlik yaranıb

19 Okt 2016 Ermənilər iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 13 dəfə pozub

17 Okt 2016 25 illik müstəqilliyimiz, sönməyən ümidlərimiz..

16 Okt 2016 “Qorotdel”də əməliyyat müşavirəsi keçirildi

15 Okt 2016 İŞİD-in qərargahı vuruldu - “Fərat qalxanı”

14 Okt 2016 Pakistanın baş nazirinin rəsmi qarşılanma mərasimi olub

12 Okt 2016 Şəki bazarı yandı - Video

10 Okt 2016 Müsavat Partiyasının Məclis üzvü vəfat edib

09 Okt 2016 Türkiyədə daha 6 əsgər şəhid oldu

08 Okt 2016 Gürcüstanda seçkilərin ilk nəticəsi - Mişa uduzdu

07 Okt 2016 Daha bir tanınmış jurnalist həbs edildi

05 Okt 2016 Səxavət Tağlar: “Sağlam mühit üçün məktəb direktorunun şəxsi nümunəsinin rolu böyükdür”

30 Sent 2016 Roma Papasının Gürcüstan və Azərbaycana səfəri başlayır

29 Sent 2016 Azərbaycanlı sahibkar Qazaxıstanda güllələnib

24 Sent 2016 Naxçıvanda avtomobillərin dövlət nömrə nişanları dəyişdirilir

22 Sent 2016 Moskvada 5 nəfər yangınsöndürən ölüb

21 Sent 2016 Lənkəranda avtomobil yanıb

21 Sent 2016 Həbsdə olan jurnalist azadlığa buraxıldı

19 Sent 2016 Azərbaycanda yeni telekanal açıldı - Bu gün efirdə!

18 Sent 2016 Rusiya təyyarəsi Latviya səmasında yaxalandı

16 Sent 2016 Xəzərdə zəlzələ olub

07 Sent 2016 Balakəndə 5 bal gücündə zəlzələ baş verib

31 Avq 2016 Gürcüstanın baş naziri Azərbaycana gəlib

30 Avq 2016 Gürcüstanda 200 nəfərdən çox azərbaycanlı zəhərləndi

21 Avq 2016 ABŞ generalı Rusiyanı hədələdi

18 Avq 2016 Lənkəranskinin nəşi vətənə gətirilir

Xəbər lenti