Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanan “Şərq tərəfdaşlığı ölkələrində qadın hüquqları: Azərbaycanın nümunəsi” adlı hesabatı Avropa Parlamentindən sonra Fransa Senatında da təqdimatı olub.

Şuradan verilən məlumata görə, fransalı senator Eymeri de Monteskye Azərbaycanda qadın hüquqlarının müdafiəsi üçün görülən işlərdən danışıb. Dəfələrlə Azərbaycanda olduğunu deyən senator ölkəmizdə qadın hüquqlarının necə nəzərə alınmasının şəxsən şahidi olduğunu deyib. Bütün dünyada qadınların maariflənməsinin və təhsil almasının vacibliyini bildirən senator Azərbaycanın bu sahədə nailiyyətlər qazandığını vurğulayıb.

Qadın hüquqlarının müdafiəsi üzrə Beynəlxalq Liqanın prezidenti xanım Anni Süjye Azərbaycanda qadın hüquqları ilə bağlı hesabatı hazırlamağın səbəbindən danışaraq deyib: “Bu hesabatı hazırlamaq ideyası iki səbəbdən yarandı: əhalinin əksəriyyətini müsəlmanların təşkil etdiyi ölkənin dünyəvi ölkə olması və qadın hüquqlarına Azərbaycanda xüsusi önəm verilməsi. Tez-tez iqtisadiyyatdan, insan hüquqlarından və demokratiyadan danışılarkən qadın hüquqları unudulur. Qadın və kişi arasında bərabərlik olmadan demokratiya və insan hüquqlarından söhbət gedə bilməz. Müasir ölkə olmaq üçün bu, vacib şərtdir. Azərbaycan bu baxımdan bir çox ölkələrə nümunə ola bilər.
QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev rəhbərlik etdiyi qurumun fəaliyyəti, Azərbaycanın siyasi, iqtisadi, mədəni, sosial və digər sahələrdə əldə etdiyi nailiyyətlərdən danışıb.

Azərbaycan-Fransa əlaqələrinə toxunan A.Quliyev iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirib. O, Heydər Əliyev Fondunun dəstəyi ilə Strasburq Kafedral kilsəsində aparılan bərpa işlərini, Luvr muzeyində İslam incəsənəti departamentinin yaradılmasına Azərbaycanın verdiyi töhfəni və Bakıda Fransız Liseyinin inşasını qeyd edib.

Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Şura sədri bu problemin 20 ildən çox davam etməsinin region üçün ciddi təhlükə yaratdığını qeyd edib. Şura sədri BMT-nin Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamənin tezliklə icra edilməsi üçün qurumun daimi üzvü və ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanı daha çox səy göstərməyə çağırıb.

A.Quliyev Fransa Milli Assambleyasının və Senatının 10-dan çox üzvünün Dağlıq Qarabağa qanunsuz səfər etməsinin Azərbaycanda ciddi narahatlıq yaratdığını və bunun yolverilməz olduğunu bildirib.

Daha sonra hesabatın müəlliflərindən biri, ərəb ölkələrində qadın hüquqlarının müdafiəsi və təbliğinə dəstək verən fransalı ekspert Patrisia Lalond hesabat haqqında iştirakçılara məlumat verib. Bu ilin əvvəlində Azərbaycanda olarkən Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinə baş çəkdiyini deyən P.Lalond bu cür mərkəzlərin gələcəkdə Azərbaycanın digər rayonlarında da açılmasının önəmini bildirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək Azərbaycan Prezidentinin müvafiq sərəncamları əsasında ölkədə qadın hüquqlarının təbliği və müdafiəsi ilə məşğul olan qurumun yaradıldığını diqqətə çatdırıb. H.Hüseynova Azərbaycanın beynəlxalq konvensiya və sənədləri ratifikasiya etməsinin, ölkənin üzərinə götürdüyü öhdəliklərin gender bərabərliyinə nail olunmasına kömək etdiyini deyib.

Azərbaycan Prezidentinin qadın problemlərinin həlli üçün göstərdiyi qayğıdan, son illərdə ölkədə artan qadın sahibkarlığından, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə məişət zorakılığına qarşı mübarizə, nikah yaşının 18-ə qaldırılması ilə bağlı qəbul olunan qanunlardan danışan H.Hüseynova bu istiqamətdə həyata keçirilən dövlət proqramlarını qeyd edib, qadınların bələdiyyələrdə, parlamentdə sayının artığını diqqətə çatdırıb.

Müzakirələrdə iştirak edən Milli Məclisin deputatı Məlahət İbrahimqızı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş qadınların keçirdiyi mənəvi və maddi məhrumiyyətlərdən danışıb və təklif edib ki, onların vəziyyəti ilə əlaqədar gələcəkdə ayrıca bir hesabat hazırlansın.

Bölməyə aid digər xəbərlər

20 İyun 2022 Ruslar bu kəndi ələ keçirdi

09 Noy 2021 Erməni nazir Qarabağa necə gəlib? - Sülhməramlı təxribatı...

07 Sent 2020 Güney Azərbaycanlı Tələbələrlə bağlı Azərbaycan Dövlətinə Müraciət!

23 May 2018 Erməni ordusunun hərbçisi öldürüldü

27 Okt 2016 Cəbhə bölgəsində gərginlik yaranıb

19 Okt 2016 Ermənilər iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 13 dəfə pozub

17 Okt 2016 25 illik müstəqilliyimiz, sönməyən ümidlərimiz..

16 Okt 2016 “Qorotdel”də əməliyyat müşavirəsi keçirildi

15 Okt 2016 İŞİD-in qərargahı vuruldu - “Fərat qalxanı”

14 Okt 2016 Pakistanın baş nazirinin rəsmi qarşılanma mərasimi olub

12 Okt 2016 Şəki bazarı yandı - Video

10 Okt 2016 Müsavat Partiyasının Məclis üzvü vəfat edib

09 Okt 2016 Türkiyədə daha 6 əsgər şəhid oldu

08 Okt 2016 Gürcüstanda seçkilərin ilk nəticəsi - Mişa uduzdu

07 Okt 2016 Daha bir tanınmış jurnalist həbs edildi

05 Okt 2016 Səxavət Tağlar: “Sağlam mühit üçün məktəb direktorunun şəxsi nümunəsinin rolu böyükdür”

30 Sent 2016 Roma Papasının Gürcüstan və Azərbaycana səfəri başlayır

29 Sent 2016 Azərbaycanlı sahibkar Qazaxıstanda güllələnib

24 Sent 2016 Naxçıvanda avtomobillərin dövlət nömrə nişanları dəyişdirilir

22 Sent 2016 Moskvada 5 nəfər yangınsöndürən ölüb

21 Sent 2016 Lənkəranda avtomobil yanıb

21 Sent 2016 Həbsdə olan jurnalist azadlığa buraxıldı

19 Sent 2016 Azərbaycanda yeni telekanal açıldı - Bu gün efirdə!

18 Sent 2016 Rusiya təyyarəsi Latviya səmasında yaxalandı

16 Sent 2016 Xəzərdə zəlzələ olub

07 Sent 2016 Balakəndə 5 bal gücündə zəlzələ baş verib

31 Avq 2016 Gürcüstanın baş naziri Azərbaycana gəlib

30 Avq 2016 Gürcüstanda 200 nəfərdən çox azərbaycanlı zəhərləndi

21 Avq 2016 ABŞ generalı Rusiyanı hədələdi

18 Avq 2016 Lənkəranskinin nəşi vətənə gətirilir

Xəbər lenti