Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində, beynəlxalq internet şəbəkəsinə qoşulmanı təmin edən xüsusi texniki avadanlıqların qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilməsi hüquqazidd əməlinin törədilməsinə görə Ukrayna Respublikasının vətəndaşı, faktiki Bakı şəhəri, Qaraçuxur qəsəbəsində yaşamış Yançitski Oleksandr Oleksandroviç şübhəli şəxs qismində tutulub.

MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, faktla bağlı nazirliyin İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanılmışdır. Yançitski Oleksandr Oleksandroviç təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Müəyyən edilib ki, Oleksandr Yançitski və qeyriləri gəlir əldə etmək məqsədilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda dəyəri olan və beynəlxalq internet şəbəkəsinə qoşulmanı təmin edən 60 ədəd “Asus” markalı “RT16” tipli router cihazını Gürcüstan Respublikasının Kutaisi şəhərində əldə edərək, sonradan həmin texniki avadanlıqları “Tbilisi-Bakı” marşrutu üzrə işləyən sərnişin avtobusunda qaçaq yolla, yəni gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etməməklə keçirib Azərbaycan Respublikasına gətiriblər.

Oleksandr Yançitski Bakı şəhərində fəaliyyət göstərən 30-dan artıq müxtəlif, o cümlədən iri ticarət və istirahət mərkəzlərinin, kafe, restoran, klub və digər xidmət və iaişə müəssisələrinin rəhbərləri ilə əvvəlcədən əldə olunmuş razılığa əsasən “Asus” markalı “RT16” tipli router cihazlarını həmin obyektlərdə quraşdıraraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq olmadan qanunsuz rabitə və internet xidmətləri göstərməyə başlamışdır. Bu obyektlərə baxış keçirilərkən həmin cihazların işlək və şəbəkəyə qoşulmuş vəziyyətdə olduğu aşkar edilib.

Qeyd olunub ki, həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində informasiya-elektron texnologiyaları sahəsi üzrə ixtisaslaşmış və zəruri biliklərə malik şəxslərin Azərbaycan dövlətinin qanunla qorunan iqtisadi mənafelərinə zərər vura biləcək fəaliyyətləri ifşa edilməklə yanaşı, eyni zamanda beynəlxalq internet şəbəkəsinə icazəsiz qoşulmalarla müxtəlif transmilli mütəşəkkil cinayətkar məqsədlər üçün mümkün istifadənin də qarşısı alınıb. Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Əhaliyə xidmət sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin bir daha diqqətinə catdırılır ki, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq, yəni tələb olunan lisenziyanı almadan qanunsuz rabitə və internet xidmətlərinin göstərilməsi cinayət məsuliyyəti yaradan hüquqazidd əməllərdir.

Bölməyə aid digər xəbərlər

20 İyun 2022 Ruslar bu kəndi ələ keçirdi

09 Noy 2021 Erməni nazir Qarabağa necə gəlib? - Sülhməramlı təxribatı...

07 Sent 2020 Güney Azərbaycanlı Tələbələrlə bağlı Azərbaycan Dövlətinə Müraciət!

23 May 2018 Erməni ordusunun hərbçisi öldürüldü

27 Okt 2016 Cəbhə bölgəsində gərginlik yaranıb

19 Okt 2016 Ermənilər iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 13 dəfə pozub

17 Okt 2016 25 illik müstəqilliyimiz, sönməyən ümidlərimiz..

16 Okt 2016 “Qorotdel”də əməliyyat müşavirəsi keçirildi

15 Okt 2016 İŞİD-in qərargahı vuruldu - “Fərat qalxanı”

14 Okt 2016 Pakistanın baş nazirinin rəsmi qarşılanma mərasimi olub

12 Okt 2016 Şəki bazarı yandı - Video

10 Okt 2016 Müsavat Partiyasının Məclis üzvü vəfat edib

09 Okt 2016 Türkiyədə daha 6 əsgər şəhid oldu

08 Okt 2016 Gürcüstanda seçkilərin ilk nəticəsi - Mişa uduzdu

07 Okt 2016 Daha bir tanınmış jurnalist həbs edildi

05 Okt 2016 Səxavət Tağlar: “Sağlam mühit üçün məktəb direktorunun şəxsi nümunəsinin rolu böyükdür”

30 Sent 2016 Roma Papasının Gürcüstan və Azərbaycana səfəri başlayır

29 Sent 2016 Azərbaycanlı sahibkar Qazaxıstanda güllələnib

24 Sent 2016 Naxçıvanda avtomobillərin dövlət nömrə nişanları dəyişdirilir

22 Sent 2016 Moskvada 5 nəfər yangınsöndürən ölüb

21 Sent 2016 Lənkəranda avtomobil yanıb

21 Sent 2016 Həbsdə olan jurnalist azadlığa buraxıldı

19 Sent 2016 Azərbaycanda yeni telekanal açıldı - Bu gün efirdə!

18 Sent 2016 Rusiya təyyarəsi Latviya səmasında yaxalandı

16 Sent 2016 Xəzərdə zəlzələ olub

07 Sent 2016 Balakəndə 5 bal gücündə zəlzələ baş verib

31 Avq 2016 Gürcüstanın baş naziri Azərbaycana gəlib

30 Avq 2016 Gürcüstanda 200 nəfərdən çox azərbaycanlı zəhərləndi

21 Avq 2016 ABŞ generalı Rusiyanı hədələdi

18 Avq 2016 Lənkəranskinin nəşi vətənə gətirilir

Xəbər lenti