"Azərbaycan Respublikasını Prezidenti İlham Əliyev cənablarına

Bakı şəhəri ... ünvanda yaşayan İran İslam Respublikasının

vətəndaşı Faiqə İbişbəyli (Nusreti) tərəfindən

ƏRİZƏ

Möhtərəm Prezident!

Məlum edirəm ki, mən 2006-cı ildə Azərbaycan Respublikasının vətəndaşı İbişbəyli Fikrət Fərəməz oğlu ilə həyatı qurmuşam. Birgə nikahımızdan 2 və 3 yaşlarında övladımız var. Həyat yoldaşım tanınmış jurnalistdir, Jam.az saytının (Jurnalist Araşdırma Mərkəzi) baş redaktorudur. Bu il iyunun 30-u günorta saatlarında 3 nəfər mülki geyimli naməlum şəxs yaşadığımız evə daxil olaraq axtarış aparmaq adı ilə heç bir order təqdim etmədən Fikrət Fərəməzoğluna məxsus noutbuku, sənədləri, yazıları, diskləri, hətta uşaqlarımızın toy disklərini götürdülər. Axtarış zamanı bizimlə kobud davrandılar. Həmin şəxslərdən nələr olduğunu soruşanda onlar həyat yoldaşımın həbs edildiyini bildirdilər, lakin həbs olunma səbəbini açıqlamadılar. İlk günlər nə mən, nə də Fikrətin həmkar dostları DİN və Baş Prokurorluqdan bu barədə məlumat ala bilmədik.

KİV-də mənim verdiyim informasiya yayılandan sonra nəhayət ki, iyulun 4-də Daxili İşlər Nazirliyi Fikrət Fərəməzoğlunun həbsi ilə bağlı rəsmi məlumat verdi və bəlli oldu ki, iyulun 2-də Nərimanov rayon Məhkəməsində onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə təqsirləndirilib. Düz bir aydır ki, qanunvericiliyin tələblərinə zidd olaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Bir günlüyə istintaq təcridxanasına köçürülsə də, yenidən BMCMİ-nə qaytarılmışdır. İyulun 5-də vəkil Nemət Kərimli DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində jurnalist Fikrət Fərəməzoğluyla görüşüb, lakin məlum olmayan səbəblərdən Fikrət vəkildən imtina edib. Daha müəmmalı budur ki, Fikrət həbsindən apellyasiya şikayəti vermişdi. Bu o deməkdir ki, o, həbsini qanunsuz sayır və azadlığa çıxmaq istəyir. Amma sonra necə olubsa, Fikrət apellyasiya şikayətindən imtina edib. Məhkəmə prosesindən öncə hakim Həsən Əhmədovun katibi vəkilə zəng vuraraq iclasın təxirə salındığını bildirib, Fikrətin apellyasiya şikayətindən imtina etdiyini deyib.

Müstəqil kütləvi informasiya vasitəsi olan Jam.az saytı hər hansı konkret siyasi-ideoloji təmayülü ilə fərqlənməyib. Amma saytda cəmiyyət həyatında müşahidə olunan neqativ hallara münasibət bildirilib, vəzifəsindən sui-istifadə edən məmurlar barədə tənqidi məqalələr yer alıb. Həmin məqalələr oxucular tərəfindən maraqla qarşılanıb və hüquqları tapdalanan bir çox vətəndaşın problemlərinin ictimailəşdirilməsinə, hüquqlarının bərpasına vəsilə olub. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 157-ci maddəsinin 3-cü bəndinə görə məhkəmə tərəfindən haqqında həbs qətimkan tədbiri seçilən şəxs müvəqqəti saxlama yerində 24 saatdan artıq saxlanıla bilməz və bu müddət bitənədək o, istintaq təcridxanasına keçirilməlidir. Lakin o 33 günden sonra avqustun 2- si Kürdəxanı tecridxanasına köçürülüb.

Jurnalistin lazımi zəruri hüquqi xidmətdən məhrum edilməsi, yaxınları tərəfindən tutulmuş vəkilin onunla görüşünə maneçilik törədilməsi, çətinliklə baş tutan görüşün konfidensial deyil, müstəntiqin otağında reallaşması, eləcə də müəmmalı şəkildə F. Fərəməzoğlunun müdafiəçidən imtina etməsi, verdiyi apellyasiya şikayətini geri götürməsi bu şəxslə bağlı müəyyən planların cızıldığını göstərir.

Cənab prezident,siz dəfələrlə jurnalistlərlə dostluğuzu bəyan edərək onlardan himayət etmisiz. Mən inanıram ki,Azərbaycanda yaşayan xarici vətəndaşların problemlərinə həssas yanaşırsınız və bizim ailənin də qarşılaşdığı bu çətin vəziyyətə, haqsızlığa biganə qalmayacaqsınız. Çox xahiş edirəm,öz yücə ədalətinizle iki azyaşlı uşağımızın aqibətini nəzərə alıb həyat yoldaşım Fikrət Fərəməzoğlunun həbsi məsələsinin dürüst araşdırılmasına yardım edəsiniz.

İmza: Faiqə İbişbəyli (Nusreti)

08 avqust 2016"

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti