“Razi Nurullayevin rəhbərlik ediyi AXCP-ni heç kim tərk etmir, əksinə partiya sıralarına gündəlik olaraq onlarla adam qəbul olur. Xalqdan gələn dəstək partiya yetkilisi kimi məni sevindirir. AXCP-yə qarşı yönələn bu iyrənc kampaniyanın arxasında nəyin dayandığını açıq deyəcəyəm. Bu “zəngin” anti-təbliğatın arxasında "Yurd" sədri Əli Kərimlinin olduğu şübhə doğurmur. Təbii, bu şər-böhtanın arxasında“Yurd” əxlaqının təzahürü durur. “Yurd”un rəhəbərliyinə, Əli Kərimliyə müraciətlə bəyan edirəm ki, əxlaqı yerində olmayanlara beş-on manat verib, onları təhqirə təhrik etmək düzgün deyil”.

Bunu Cebhe.info-ya açıqlamasında AXCP funksioneri Ələddin Qarayev deyib.

Onun sözlərinə görə, bəzi mətbuat orqanları da xüsusi tapşırıqla heç bir əsası olmayan informasiyalar yayırlar: “AXCP olaraq sədrimiz Razi Nurullayevin yanında bu yolu sona qədər getməyə hazır olanlarla yola davam edəcəyik. Bəzi sıra informasiya vasitələri, o cümlədən Əvəz Zeynallı AXCP və sədr Razi Nurullayev haqqında guya kompromat xarakterli məlumatlar yayır.
Bu məlumatlar şübhəsiz ki, "Yurd" sədri Əli Kərimliyə yaxın adamların düzüb-qoşduğu uydurmalar, az məlumatlı insanlarda sual yaratmaq üçün ortaya atılımış yalanlardır. Aydındır ki, bunu yayan mənbələr heç nəyə nail ola bilməyəcəklər və əksəriyyət bu iddiaları ciddiyə almır. Razi Nurullayevin sədrlik etdiyi AXCP-yə qarşı yalan məlumat yaymaqla haqqı heç vaxt nahaqqa calamayın. Partiyanın unvanına deyilən tənqidi fikirlər yanlışdır. Partiyanın fəaliyyəti səffaf olub və xalq bunu müşahidə edib. AXCP sədri Razi bəy humanist və gözəl insandır”.

Sonda AXCP funksioneri “Belə bir ülvi məqsədlə – xalqımızın zəbt edilmiş hakimiyyətini özünə qaytarmaq məqsədilə çətin bir yola çıxmağımızdan peşman deyilik. Bu yolu sona qədər getməyə hazır olanlarla yola davam edəcəyik. Əbülfəz Elçibəy də belə edərdi. Uzağı deyəcəkdi - işiniz olmasın, o uşaqlar bizim uşaqlardır. Məlumdur ki, kənardan vahid komanda kimi görünən YAP öz daxilində səmimi deyil. Rəhmətlik Elçibəy demiş, hər şeyin zamana ehtiyacı var...”-deyə vurğulayıb. 

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti