Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda Avstriya yığmasının atletlərini avtobusla vurmaqda təqsirləndirilən avtobus sürücüsü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, Xidmətin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov və "Təhlükəsiz Şəhər Xidməti"nin operatoru Elçin Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Teleqraf.az-ın “Qafqazinfo"-ya istinadən verdiyi xəbərə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

Şahid Sahil Əhmədov deyib ki, öncə "Bakı Taksi" şirkətində, sonra isə Avropa Oyunlarında Dəstək Xidmətində menecer işləyib: "Təqsirləndirilənlərdən yalnız sürücünü tanıyıram. Biz avtobusları Almaniyanın Man şirkətindən almışdıq. Həmin gələn avtobuslar Qaradağda "Man" şirkətinin nümayəndəliyində texniki baxışdan keçirilirdi. Bundan başqa Rusiyanın "Man" zavodunun baş mexaniki öz əməkdaşları ilə gəlib maşınları yoxladılar. Sonradan "Man"ın Türkiyədəki zavodundan 2 mexanik çağırdıq, hər birinin saatına 75 avro pul ödədik. Onlar da "Man Azərbaycan"ın 4 mexaniki ilə bütün avtobusları yoxladılar. Hamısı texniki baxışdan keçdi və saz vəziyyətdə idi. Təəssüf ki, sürücülərimiz bu avtobusları idarə edə bilmirdilər, səriştələri yox idi. Bəziləri heç avtobusu "xod"laya bilmirdi.

Bu avtobuslar "Qazel" deyildi, "Qaz 53" deyildi, "Paz" deyildi, amma bu hadisə Azərbaycana "paz" oldu. Bu işə cəlb olunan 800 sürücü ilə bir-bir danışa bilməzdik, amma ümumi olaraq hamısına təlim keçirilib. Bizim deponun rəisi yunan idi, qaydaları da onlar qoyurdular. Qəzadan sonra Ədliyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə 4 ekspertin nəzarəti altında həmin avtobusu test etdik. Şəxsən özüm idarə etdim və heç bir nasazlıq yox idi. Qəzaya düşən avtobus 3 gün öncə Azərbaycana gətirilmişdi. Maşınlar hər gün axşam qaraja qoyulmadan öncə də texniki baxışdan keçirilirdi. O maşınların bir xüsusiyyəti var ki, qaz ilə motor arasında beyin yerləşir, məsafə də 12 metrdir. Qaza basanda beyin sürəti motora ötürür, bu da 3-4 saniyə çəkir. Buna görə də qaza basan kimi maşın yerindən tərpənmir. Mənim fikrimcə, bu sürücü qaza basıb, görüb avtobus getmir, təkrar 5-6 dəfə basıb. Avtobus yerindən tərpənəndən sonra da beyin bütün basılan sürətləri motora ötürüb. Amma sürücü tormoza basmayıb. O avtobusların tormoz sistemi əla işləyirdi, əgər tormoza bassaydı, yerindəcə dayanırdı. O avtobuslarda əl əyləci olmayıb. Qəza sürücünün səriştəsizliyi üzündən baş verib".

Prosesdə "Bakı Şərnişin Nəqliyyat" MMC-nin 2012-ci ilə qədər rəisi, ondan sonra da rəis müavini işləyən Davud Əfəndizadə ifadə verib. Deyib ki, oyunlar zamanı o özü şəhər nəqliyyatının təşkili ilə məşğul olub, sürücülərin siyahısından məlumatı olmayıb.

Hakim bildirib ki, proses zamanı dindirilən şahidlərin hər biri iyunun 11-dən sonra vəzifəsindən çıxarılıb: "Hamısı da deyir ki, öz ərizəmlə çıxmışam. Siz də bu qəzanın oduna yanmısız?"

D.Əfəndizadə isə hadisədən öncə də vəzifədən çıxmaq istədiyini deyib.

Məhkəmədə Avstriya səfirliyinin məktubu elan olunub. Qeyd olunub ki, zərərçəkən qızların valideynləri məhkəmə prosesində iştirak etmək istəmirlər.

Məhkəmədə şahidlərin dindirilməsi mərhələsi məhdudlaşdırılıb və sübutların tədqiqi mərhələsi başlayıb.

Nəqliyyat Naziri Ziya Məmmədovun Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general Vaqif Axundova məktubu elan olunub. Z.Məmmədov məktubda qeyd edib ki, XDMX-nin qeyd etdiyi 286 nəfər istisna olmaqla, digər sürücülərlə hazırlıqlara başlanılıb.

Məhkəmə istintaqı yekunlaşıb. Proses iyunun 17-də davam etdiriləcək.

Qeyd edək ki, keçən il iyun ayının 11-də, I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub.

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti