Aprelin 30-də Bakının Xudafərin Şadlıq Sarayında Borçalı Cəmiyyəti tərəfindən Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Ustad Hüseyn Saraclının 100 illiyinə həsr olunmuş "Dədə Camal Məclisi" keçirilib.

Qarabağ uğrunda şəhid olanların və ADNA terroru qurbanlarının xatirəsinə bir dəqiqəlik sükutdan sonra Borçalı İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Borçalının və bütövlükdə Türk Dünyasının iftixarı Aşıq Hüseyn Saraclı şəxsiyyəti haqda açılış nitqi söyləyərək milli dəyərlərimizin qorunması yolunda "Cəmiyyət"in daim israrlı olmasına toxunub və yubiley mərasiminə qatılanlara təşəkkürünü bildirib. O, eyni zamanda Borçalı elinin tanınmış şairi Osman Əhmədoğlunun "Saz amanatı" kitabını da iştirakçılara təqdim edib. Tədbirin aparıcısı Salman Murğuzlu Hüseyn Saraclının həyat və yaradıcılığı haqda məlumat verdikdən sonra mərasim iştirakçılarının çıxışları başlanıb. Yubileyə qatılan tanınmış saz söz üstaları, o cümlədən Aşıq Hüseyn Saraclının şagirdi Aşıq Murad, Aşıq Tərmeyxan Borçalı, Aşıq Cahangir Quliyev, Solmaz Kosayeva, Səadət Buta, Aşıq Əşrəf, İlham Astanbəyli, Güllü Tumarova, Aşıq Fikrət, Qəzənfər Sazbənd , Aşiq Ayişənin çıxışları alqışlarla qarşılanıb. Mərasim iştirakçıları şair Abbas Abdulla, professor Telman Əliyev, tanınmış jurnalist Qiymət Məhərrəmli, Perm şəhərindən Qorxmaz Qocayev, eləcə də Anadolu, Güney Azərbaycan , Borçalı və Axıska türklərinin təmsilçiləri Babək Muğanlı, İbrahim Bürhanov, Əmirxan Babaşov, Ayxan Xələfov, Tural Qulun da çıxışlarını diqqətlə izləyiblər. Tədbirdə Borçalı Cəmiyyəti tərəfindən mərasimə Almaniyadan qatılan Avropa Türk Birliyinin sözçüsü Adem Karacaya də xüsusi təşəkkür plaketi təqdim olunub. Yubiley mərasimi sənətçilərin çıxışı ilə davam edib.Tədbirin sonunda söz alan Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli iştirakçılara təşəkkür edərək Türk Dünyasına və Gürcüstana dostluq, qardaşlıq mesajlarını dilə gətirərək milli dəyərlərə sahib çıxan hər kəsi 26 iyulda Gürcüstanın Dmanisi rayonunun Armudlu yaylasına keçiriləcək sayca 8-ci Elat Mədəniyyəti Gününə dəvət edib.

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti