Türkiyənin paytaxtı Ankara şəhərində fəaliyyət göstərən “Yerli Düşüncə” dərnəyi tərəfindən 20 aprel tarixində “Azərbaycana qardaş dəstəyi” adlı tədbir aksiyası gerçəkləşdirilmişdir. Bu haqda “Yerli Düşüncə” dərnəyinin Azərbaycan təmsilçisi Cavid MÖVSÜMLÜ məlumat verib.

Cavid MÖVSÜMLÜNÜN verdiyi məlumata əsasən tədbir onun tərəfindən dərnək rəhbərliyinə təklif olunmuş və qəbul edilmişdir. Tədbir əsnasında Ankarada müxtəlif universitet və fakültələrdə təhsil alan Azərbaycanlı tələbələr üçün dərnək tərəfindən 1 günlük rəsmi dairələrə ziyarət görüşləri düzənlənmişdir. İlk olaraq “Yerli Düşüncə” dərnəyinin rəhbərliyi, başda dərnəyin fəxri sədri Türkiyə Respublikasının prezidentinin baş məsləhətçisi, 63-cü hökümət kabinetinin Mədəniyyət və Turizm naziri Yalçın TOPÇU olmaqla, Azərbaycanlı tələbələrnən birgə bu ölkədə fəaliyyət göstərən Azərbaycanın rəsmi səfirliyini ziyarət etmişdirlər. Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq BAĞIROV gələn ziyarətçiləri qəbul edərək çay süfrəsində hamıya bu ziyarətdən və Azərbaycana son olaylardan dolayı dəstək olduqları üçün təşəkkürünü bildirmişdir. Öz növbəsində dərnəyin fəxri sədri Yalçın TOPÇU da aidiyatı mövzuda çıxış edərək “Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş Qarabağ torpaqları qeyri-şərtsiz və dərhal işğaldan azad edilərək ölkənin ərazi bütövlüyü bərpa edilməlidir”, “Xocalı soyqırımı dünya ölkələri tərəfindən tanınmalıdır” ifadələrini həm səfirliyin nümayəndəliyinə, həm də orada toplanan medya qurumlarına çatdırmışdır. Bunun ardından çıxış edən dərnəyin Azərbaycan təmsilçisi Ph.DR. Cavid MÖVSÜMLÜ cənab səfirə təmsil etdiyi dərnəyin Azərbaycan adına gördüyü işlər və tədbirlər haqqında geniş məlumat vermiş, qardaş Türkiyədə təhsil alan Azərbaycanlı tələbələrin adından hər zaman Azərbaycan uğrunda savaşmağa hazır olduqlarını diqqətlərinə çatdırmışdır. Görüş sonunda səfirlikdə Azərbaycanlı tələbələrlə birgə toplu xatirə şəkili çəkilmiş, dərnəyin dərc etdiyi aylıq eyniadlı jurnalın bütün sayları səfirliyə təqdim edilmişdir.

Bunun ardından Azərbaycanlı tələbələr dərnək rəhbərliyi ilə birgə Türkiyə Böyük Millət Məclisini ziyarət etmişdirlər. TBMM-də “Yerli Düşüncə” dərnəyinin sədri AK-Parti Ordu millət vəkili Mətin GÜNDOĞDU Azərbaycanlı tələbələrlə günorta yeməyində bir araya gəlmişdir. Yemək zamanı Azərbaycana bu diqqət və qayğıdan dolayı azərbaycanlı tələbələr cənab vəkilə öz təşəkkürlərini bildirmiş, hörmətli vəkil Mətin bəy də öz növbəsində hər zaman qardaş ölkəyə göstərilən diqqət və qayğının davamlı olacağını əminliklə ifadə etmişdir. Nahardan sonra TBMM-nin bağçasında Azərbaycanlı tələbələri çay süfrəsində Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri, AK-Parti Adana millət vəkili Prof.DR. Nejdet Ünüvar qəbul etmişdir. Azərbaycan-Türkiyə münasibətləri mövzusunda geniş siyasi təcrübəsi olan hörmətli Nejdet bəy Azərbaycanlı tələbələrlə öz bildiklərini bölüşüb, onların suallarını cavablandırmışdır. Sonda hörmətli vəkil çox yaxın günlərdə 4 günlük müharibədən sonra Azərbaycan ordusunun vermiş olduğu şəhidlərinin dəfn mərasimlərində iştirak etmək üçün Azərbaycana getdiyini və başda Azərbaycan parlamenti olmaqla rəsmi dairələrə başsağlığı verdiyini və hər zaman Türkiyənin Azərbaycanın yanında olduğunu ifadə etmişdir. Sonda tələbələrlə birgə xatirə şəkili çəkilmişdir.

Cavid MÖVSÜMLÜ Azərbaycan adına bu kimi tədbirlərin “Yerli Düşüncə” dərnəyi tərəfindən hər zaman davamlı olaraq görüləcəyini və çox yaxınlarda daha geniş və mötəbər laihələrin həyata keçiriləcəyini bildirməkdədir.

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti