İşçi səfərilə ölkəmizə gələn Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Təyinatlı Qüvvələr komandanı diviziya generalı Zekai Aksakallının rəhbərlik etdiyi nümayəndə heyəti cəbhə bölgəsində yerləşən hərbi birlikdə olub. 

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Teleqraf.az-a verilən məlumata görə,Türkiyəli qonağı qarşılayan hərbi hissə komandiri hərbi hissənin döyüş hazırlıgı, təminatı, şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, sosial-məişət şəraiti haqqında danışaraq son dövrlərdə görulən işlər barədə məlumat verib. 
Sonra qonaqlar müdafiənin ön xəttində, düşmənlə birbaşa təmas xəttində yerləşən bölmələrdə olublar.
Diviziya generalı Z.Aksakallı doyüş mövqeyində dayanan hərbi qulluqçularla görüşüb, hərbi xidmətin təşkili, döyüş növbətçiliyinin aparılması ilə maraqlanıb, şəxsi heyət üçün yaradılmış şəraitlə, əsgərlərin yataq və istirahət yerləri ilə tanış olub.

O, Ermənistan tərəfindən işğal olunmuş əraziləri döyüş mövqeyindən müşahidə edib və ərazidəki komandirlər onu maraqlandıran sualları cavablandırıblar.
Döyüş postunda xidmət aparan əsgərlərlə görüşdə türkiyəli general Azərbaycan xalqının və eləcə də türk millətinin bu səngərlərdə inamla, ayıq-sayıq xidmət edərək döyüş tapşırığını yerinə yetirən Vətən övladları ilə fəxr etdiyini və qürür duyduğunu bildirib. Torpaqların müdafiəsində və işğaldan azad edilməsində onlara uğurlar arzulayan diviziya generalı Z.Aksakallı deyib: "Mən Azərbaycan əsgərini, onun hərbi texnika, silah-sursatla təminatını yüksək səviyyədə gördüm. Bu məni çox sevindirir. Türkiyə daima Azərbaycanın yanındadır. Azərbaycan və Türkiyə əsgəri yenilməzdir. O, bunu dəfələrlə savaşlarda sübut edib. Ümid edir və inanıram ki, gələcəkdə də belə olacaqdır".

Sonra türkiyəli hərbiçilər ön xəttdəki hərbi hissənin təlim poliqonunda olaraq müxtəlif təlim nöqtələrində snayper, minaatanlar və PDM-nın hazırlıq prosesini izləyib və döyüş atışlarını müşahidə ediblər. Diviziya generalı Z.Aksakallı snayper kursları keçən hərbçilərlə görüşərək "İstiqlal" snayper tüfənginin texniki göstəriciləri və döyüş imkanları ilə maraqlanıb. 
Qonaqlar həmçinin tank təlim taborunda olaraq müxtəlif zirehli texnikalara baxış keçiriblər.
Nümayəndə heyətinin ölkəmizə səfəri noyabrın 8-də başa çatacaqdır.

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti