Səxavət Əlisoy səsvermədən qalib çıxan yeni "Müsavat" sədrini ittiham edib

Müsavat Partiyasının qurultayında keçirilən başqanlıq seçkilərində namizəd olan və sonra Qubad İbadoğlunun xeyrinə geri çəkilən Səxavət Əlisoy səsvermədən qalib çıxan Arif Hacılını ittiham edib. 

Teleqraf.az bildirir ki, S.Əlisoy bu barədə özünün facebook hesabında yazıb. O, ittihamlarla dolu suallarını Arif Hacılıya və onun QHTK-sının sadiq üzvlərindən olan Gülağa Aslanlıya, Söhrab Məhərrəmliyə, Mustafa Hacıbəyliyə, Razim Əmiraslanova, Elman Fəttaha, Yusif Tağıya, Cahangir Əmirxanlıya, İkram İsrafilə və digərlərinə ünvanladığını qeyd edib.

S.Əlisoy xatırladıb ki, Müsavat Partiyasının təməl prinsiplərindən biri də ləyaqətdir: "Qurultaydan narazı olan müsavatçılar iddia edir ki:

1.Əksər rayonlarda qurultay nümayəndələri sizin tərəfinizdən ciddi nizamnamə pozğunluğu olmasına baxmayaraq, Arif Hacılıya dəstək üçün seçilib. Sizə (Arif Hacılıya) sərf etməyən rayonlarda nəticələr ya ləğv edilib, ya da rayon təşkilatı buraxılıb. (MNTK-dan Ə. Talışxanlı və digərləri sabah bu qayonların adını açıqlayacaq).

2. Tovuz rayonunda konfransda Başqan müşaviri iştirak etməsinə baxmayaraq, konfrans MNTK üzvü və QHTK nümayəndəsi iştirak etmədiyi üçün etibarsız hesab olunub. Naxçıvan Muxtar Respublikasının 6 rayonunda konfrans keçirilibmi və harada keçirilib, keçirilibsə, hansı MNTK üzvü və ya QHTK üzvü bu konfranslarda iştirak edib?

3. Azərbaycanın 16 rayonunda partiyanın konfransı nədən baş tutmayıb?

4. Arif Hacılı namizədliklə ilgili istefa verdikdən sonra onun kabineti kimlərin sərəncamında olub?

5. Qurltaya təşkilatı olmayan rayonlardan Arif Hacılıya dəstək üçün nümayəndələr seçimi təşkil olunub, ya yox? (Bu rayonların adları da açıqlanacaq).

6 Qurultay günü QHTK üzvlərinin əksəriyyəti və partiyanın Arif Hacılının tabeçiliyində olan funksionerləri " İsa Qəmbərin mövqeyi Arif Hacılıdır" deyə qurultay nümayəndələrinə xəbərdarlıq etdikləri nə dərəcədə nizamnəmayə uyğun idi?

7. Nədən Müsavatın yolunda mübarizə aparan fədəkar gənclərdən kimsə Məclis üzvü seçilmədi?

İndi sizə sözüm var. Əgər bizi (şəxsən məni) bu iddialara görə ittiham edirsinizsə, şərəfiniz və namusunuz üzrə and için ki, deyilənlərin heç biri ilə razı deyilik. Əgər içinizdə biri çıxıb desə ki, qərəzlisən və onu sübut etsə üzr istəməyə hazıram. Ən azı 7 iddiadan 3-nü qəbul edirsinizsə Müsavat Partiyasının ləyaqət prinsipini əsas götürüb ya üzr istəyin, ya da seçkiyə haram qatdığınız üçün istefa verin.

Bu partiyada ya ləyaqət, ya da ləyaqətsizlik qalmalıdır. Hər ikisinin birlikdə fəaliyyəti əsla mümkün olan iş deyil".

Qeyd edək ki, Müsavat Partiyasının sentyabrın 27-də keçirdiyi qurultayda Arif Hacılı 28 səs üstünlüyü ilə 228 səslə Qubad İbadoğluna qalib gəlib.

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti