Dostlar, gözümüzn qabağında həbsdə olan bir jurnalistin axırına çıxmaq istəyirlər. Bakıda əxlaqsızlıq yuvalarını himayə edən məmurlar haqqında yazdığı ifşaedici silsilə tənqidi yazılarına görə ondan qisas alırlar. Ona divan tuturlar, işgəncə verirlər, özünə qəsd edəcək səviyyədə döyüb zülm edirlər. Söhbət jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlundan gedir. DİN Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində məruz qaldığı işgəncələri onunla görüşən həyat yoldaşı Faiqe Nosreti və vəkiliElchin Sadıqov da təsdiq ediblər, ictimaiyyətə yayıblar.

 

Xəbəriniz olsun ki, ürəkləri bununla da soyumur. Fikrət bəyin həyat yoldaşını, əsl azərbaycanlı xanım kimi onu mərdi- mərdanə, heç nədən çəkinmədən cəsarətlə müdafiə edən Faiqə xanımı ölkədən deportasiya etmək istəyirlər. O, əslən Güney Azərbaycandandır. 2004- cü ildən Azərbaycanda yaşayır, rəsmi qeydiyyata düşüb. 2006- cı ildən Fikrət bəylə ailə həyatı qurub nigah bağlayıblar, 2 övladları var. Bu gün ona Miqrasiya İdarəsindən zəng edib sorğu sual ediblər. Harda yaşadığını, nə işlə məşğul olduğunu soruşublar. Şübhəli və narahatlıq doğuran suallar veriblər. Faiqə xanım bildirir ki, indiyə qədər adı çəkilən idarədən ona belə bir zəng olmayıb. Bütün bunlar ona təzyiq üçündür. Ona "banditizm" - də bildiriblər ki, Fikrətlə bağlı məlumatları ictimailəşdirmə, ora- bura yazma. Yoxsa sənin üçün ağır olacaq. Hətta onu həbslə də təhdid ediblər. Faiqə xanım isə "ölərəm, Fikrətin müdafiəsində geri çəkilmərəm" deyib.
Əziz dostlar, görürsünüzmü biz necə ölkədə yaşayırıq. Hətta öz həyat yoldaşını müdafiə etdiyinə görə insanlara təzyiq edirlər. Onları həbslə, şantajla, ölkədən qovmaqla hədələyirlər. Təbii ki, bütün bunlar qanunsuzluqdur, pislənilməlidir və etiraz olunmalıdır...
Mən bir daha özünü müstəqil hesab edən media nümayəndələrinə səslənirəm. Biləsəniz ki, mənim indiyə qədər Fikrət Fərəməzoğlu ilə heç bir əlaqəm, təmasım, münasibətim olmayıb. Hətta bir dəfə də olsun görüşüb salamlaşmamışıq. Amma bu gün o dardadır. Onu məhz yazılarına görə şərləyib həbs ediblər. Ona olmazın işgəncələr veriblər. Sabah sizlərin hər birinizi də onun kimi həbs edə, işgəncəyə məruz qoya bilərlər. Sizləri qanunlar və qaydalar çərçivəsində öz həmkarınızı müdafiə etməyə çağırıram. Fikrət bəylə münasibəti olan onu keçmiş münasibətlərinə görə, olmayanlar isə insanlıq naminə, özlərinin təhlükəsiliyi baxımdan onu müdafiə etməlidir. Unutmyayaq ki, heç kim bu ölkədə həbslərdən, təzyiqlərdən sığortalanmayıb.

Oktay Gülalıyev, hüquq müdafiəçisi 

Bölməyə aid digər xəbərlər

18 Okt 2017 Ermənilər mövqelərimizi atəşə tutdu

18 Okt 2017 Sərkisyan Cenevrə görüşünə məcburi şəkildə aparılıb?

27 Okt 2016 Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək istəyir

27 Okt 2016 Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

18 Okt 2016 Müstəqilliyimizin əleyhinə səs verənlər bunlardır -SİYAHI

17 Okt 2016 Son 100 ilin ən soyuq qışı gəlir

17 Okt 2016 18 oktyabr aktından seçmələr

15 Okt 2016 Dabık əməliyyatı başladı – Türkiyənin dəstəklədiyi müxaliflər hücuma keçdi

15 Okt 2016 Bayden: “Rusiyanın cavabı veriləcək”

12 Okt 2016 “Bu ilki pambıq kampaniyası bir neçə yüz milyon ziyana səbəb olacaq”

10 Okt 2016 ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

10 Okt 2016 Erməni yazar: “Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun”

10 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Hakimiyyət Qarabağ referendumuna hazırlaşır”

04 Okt 2016 ANS-in fəaliyyəti bərpa olunur

03 Okt 2016 Azərbaycan Xalq Cumhuriyyəti Azərbaycan Səfəvi dövlətinin siyasi varisidir

01 Okt 2016 “Buna talışların özü, bu xalqın ziyalıları cavab verməlidirlər”

22 Sent 2016 Şəhid ailələrinə çatacaq sğorta haqqı niyə verilmir?

19 Sent 2016 Qənirə Paşayeva: “İran buna görə cavab verməlidir”

13 Sent 2016 Referendumdan sonra prezident seçkiləri keçiriləcək

10 Sent 2016 Dərbənddə Azərbaycan türklərinə qarşı görünməmiş diskriminasiya

07 Sent 2016 Türkiyə Menbici alsa… - Avropa narahatdır

04 Sent 2016 Ateistlikdə ittiham edilən Quran hafizi

03 Sent 2016 Rəsulzadəni satan adamın “nəvəsi” danışdı

03 Sent 2016 `Hamı məni yaddan çıxarıb`- Şahbazdan məktub

30 Avq 2016 Qırmızı Körpüdə vətəndaş döyüldü- Gömrükdə rəzalət...

24 Avq 2016 Vasif Talıbov vitse-prezident olacaq - Deputatdan şok açıqlama

14 Avq 2016 Türkeşi Gülən öldürtdürüb? - Sensasion faktlar ortaya çıxdı (Video)

09 Avq 2016 Şəhid qardaşından şok sözlər: “Biz Milli Qəhrəman adını dilənməyə gəlməmişdik”

09 Avq 2016 Rəsulzadəni satan adamın nəvəsi icra hakimiyyətində işləyir

08 Avq 2016 Milli Məclisin deputatı sələmə verirmiş

Xəbər lenti