|
ABŞ Baş Qərargah rəbəri general Martin Demsi ABŞ-ın Suriyadakı hədəfləri ilə bağlı Konqresə məlumat verib.
Teleqraf.az axar.az saytına istinadən xəbər verir ki, generalın Konqresə göndərilən məlumatında İŞİD-ə qarşı necə bir plan hazırlandığı yer alır.
Suriyada yerləşən İŞİD-ə qarşı şok effekti yaradacaq və dəhşət doğuracaq hücum etmədiklərini bildirən general Dempsi bunları dedi:
"Suriyada İŞİD hədəflərini onların gücünü azaldacaq formada vurmağa hazırlaşacağıq. Bu şok və dəhşətli bir kampaniya olmayacaq, çünki İŞİD-in təşkilatlanma quruluşu da belə deyil. Ancaq daimi və davamlı bir kampaniya olacaq".