Avqust ayının ilk ongünlüyündə Azərbaycan-Ermənistan sərhədində atəşkəs rejimi ciddi şəkildə pozuldu. Azərbaycan ordusu şəhid də verdi. Amma Azərbaycan mətbuatı 3 günlük müharibə dövründən üzüağ çıxa bilmədi. 

Cəbhə bölgəsindən dezinformasiyalar, Müdafiə Nazirliyinin təsdiqləmədiyi xəbərlər, milli ordumuzun ağır texnikalarının nömrələrinə qədər sosial şəbəkələrdə paylaşılması müharibə şəraitində yaşayan bir dövlətin dövlət və hərbi sirrlərinin qorunub saxlanılması yolunda əsas maneəyə çevrildi. Təbii ki, düşmən tərəfin, Azərbaycan ordusu haqqında geniş bilgilər əldə etməsinə bilərəkdən, yaxud bilməyərəkdən şərait yaradıldı. 

Bu günlərdə Prezident Administarsiyasının rəhbəri Ramiz Mehdiyev media nümayəndələri ilə görüşündə bir sıra fikirlər səslənməsinə baxmayaraq, Azərbaycan mətbuatı haqlı olaraq tənqid olundu. Bundan başqa, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sultanov maraqlı təkliflə çıxış etdi. O, dövlət sirrinin yayılması ilə bağlı qanunvericiliyə əlavə və dəyişikliklər edilməsinin zəruriliyini diqqətə çatdırdı. Milli Məclisin Hüquq və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Modern.az-a açıqlamasında bu təklifə münasibətini bildirib:

“Bu günlərdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin keçirdiyi müşavirədəki açıqlamaları onu göstərdi ki, dövlət artıq bu sahədə müəyyən boşluğun olduğu qənaətinə gəlib və bunun tənzimlənməsi üçün addımlar atılacaq. Təbii ki, həm Ramiz müəllimin qaldırdığı məsələlər, həm də Eldar müəllimin fikirləri ilə həmrəyəm. Belə olmaz. Cəbhə bölgəsində gərginlik yarananda mətbuatla bağlı xüsusi problemlərimiz yarandı. Bilirsiniz ki, avqust ayının 3-4 günü müddətində atəşkəs rejimi ciddi pozuldu, şəhidlər verdik. Bu müddətdə mətbuat özünü kifayət qədər normal və professional apara bilmədi. Orada nədən söhbət getdiyini xırdalamaq istəmirəm. Sanki kütləvi informasiya vasitələri arasında yarışma gedirdi. Bu yarışmada əsas məqsəd kimin hansı informasiyanı daha tez yerləşdirməsi idi. Bir çoxları informasiyanın həqiqətə uyğun oldu-olmadığını belə nəzərə almadı. Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da vurğuladı ki, saytlar arasında İP davası gedir. Müharibə şəraitində mətbuatda bizim hərbi texnikamızın yerdəyişmələri haqqında informasiya verilməsi, hətta bunun fotoşəkillər əks etdirilməsi yolverilməzdir. Ona görə belə hesab edirəm ki, bu boşluğu doldurmaq üçün mütləq qanunlara əlavə və dəyişiklik edilməlidir. Ümid edirəm ki, sentyabr ayının sonunda Milli Məclisin payız sessiyası başlayarkən belə bir təkliflə Prezident Administrasiyası çıxış edəcək”.

Deputatın fikrincə, məsələ müzakirəyə çıxarılandan sonra belə özbaşnalıqların qarşısı alınacaq: “Özbaşınalığını davam etdirənlər isə qanunla cəzalandırılacaq. Erməni kəşfiyyatına, erməni xüsusi xidmət orqanlarına hansısa bir informasiyanı bilərəkdən, yaxud bilməyərəkdən ötürmək heç kimi məsuliyyətdən azad etmir. Hər bir kəs mətbuat nümayəndəsi kimi yox, Azərbaycan dövlətinin vətəndaşı kimi çıxış etməlidir. Milli maraqlarımıza, ordumuzun maraqlarına, təhlükəsizliyimizə xələl gətirən informasiyaları 5 oxucunun oxuması önəmlidir,  yoxsa bu sirri saxlamaqla ordumuzun uğurlu qələbəsini təmin etməyimiz?!  Bunu düşünmək lazımdır”.

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 Türkiyə AB-yə boğazları bağlamaqla cavab verə bilər

07 Sent 2020 Əsgərə məktub – Rəhim bəy Qazi Tofiq Yaqublu oğluna

03 Sent 2020 Ermənistan yenə də riyakarlıqla məşğuldur – XİN

02 Sent 2020 Talış kəndindəki erməni evləri və dəyirman yandırıldı…

01 Avq 2020 Nazir polkovniklərin yerlərini dəyişdi – ƏMR

01 Avq 2020 “Tri koronı”nın yaxınlığındakı göllə bağlı daha bir AÇIQLAMA

04 Apr 2020 “Eheeey karonavirus”, – deyə bilən dövlət başçısı axtarıram

04 Apr 2020 “Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər”

01 Mart 2020 Samuxda Qarabağ qazisinin acınacaqlı durumu – Alı Qocayevin başı sərvət toplamağa qarışıb

23 May 2018 ABŞ İraq şiələrinin liderini ələ aldı – Gizli təmas

23 May 2018 İran Qərbi parçaladı: Berlin Vaşinqtona qarşı...

19 Fev 2018 Ağsuda bir ailə intihar edəcək

06 Fev 2018 Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR

05 Fev 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu

05 Fev 2018 YAP-ın qurultayının vaxtı məlum oldu –Prezidentliyə namizəd elan ediləcək

05 Fev 2018 MSK yeni iclas təyin etdi –Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək

05 Fev 2018 ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi

18 Okt 2017 Ermənilər mövqelərimizi atəşə tutdu

18 Okt 2017 Sərkisyan Cenevrə görüşünə məcburi şəkildə aparılıb?

27 Okt 2016 Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək istəyir

27 Okt 2016 Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

18 Okt 2016 Müstəqilliyimizin əleyhinə səs verənlər bunlardır -SİYAHI

17 Okt 2016 Son 100 ilin ən soyuq qışı gəlir

17 Okt 2016 18 oktyabr aktından seçmələr

15 Okt 2016 Dabık əməliyyatı başladı – Türkiyənin dəstəklədiyi müxaliflər hücuma keçdi

15 Okt 2016 Bayden: “Rusiyanın cavabı veriləcək”

12 Okt 2016 “Bu ilki pambıq kampaniyası bir neçə yüz milyon ziyana səbəb olacaq”

10 Okt 2016 ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

10 Okt 2016 Erməni yazar: “Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun”

10 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Hakimiyyət Qarabağ referendumuna hazırlaşır”

Xəbər lenti