|
Almaniyanın Türkiyəni 1976-cı ildən bu yana gizlicə dinləməsi olayı üzə çıxdıqdan sonra bu dəfə alman gizli servislərinin Türkiyə MİT-inin rəhbəri Hakan Fidandan rahatsız olduqları iddiası ortalığı qarışdırıb.
Avropa.info xəbər verir ki, "Focus" dərgisi dünənki sayında Almaniya xüsusi xidmət orqanlarının, müstəqil siyasət apardığı üçün Hakan Fidana nifrət etdiklərini yazıb.
Dərginin yazdığına görə, Almaniya xüsusi xidmət servisləri Ərdoğanın hakimiyyətə gəlişindən, xüsusi ilə də, Hakan Fidanı MİT-ə rəhbər təyin etdikdən sonra Türkiyə xüsusi xidmət orqanları ilə rahat çalışa bilmədiklərini bildirir.
Dərgi həmçinin, MİT-in 1997-ci ildə Yaşıllar Partiyasının sədri Cem Özdəmirə bir oteldə "qadın tələsi" qurduğunu iddia edib
Qeyd edək ki, Almaniya xarici işlər naziri Tomas Maiziere cümə axşamı Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanın inaqurasiyasına qatılacaq.
Almaniya ilə Türkiyə arasında çıxan dinləmə qalmaqalının müzakirə olunub-olunmayacağı hələlik bəlli deyil.